Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3199/2025 04.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı, Vəzifəli şəxs Şəxs ASC-nin direktor müavini X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM : Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən vəzifəli şəxs Şəxs ASC-nin direktor müavini X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokola görə Şəxs ASC-nin direktor müavini X5 tərəfindən inzibati cərimə növündə tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar DƏMX-nin Bakı şəhər idarəsinin 3-17-5/2-46920/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Buna görə də vəzifəli şəxs X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında materialı araşdırıb belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 13 iyun 2024cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs ASC-nin direktor müavini X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 900 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs ASC-nin direktor müavini X3 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-5/2-46920/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsinə əsasən Şəxs ASC-nin direktor müavini X5 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən 900 (doqquz yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilməsinə dair 13 iyun 2024cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərarın icrasını təmin etmək üçün fiziki şəxs X1 əmək haqqından hər ay 50% olmaqla 900 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 7 gün ərzində Xidmətə yazılı formada məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş hüquqi şəxs Şəxs ASC-nin direktoru X2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən və ona əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 55 saylı, xx.xx.2024-cü il tarixli, 58 saylı və xx.xx.2025-ci il tarixli, 39 saylı məktubların surətindən görünür ki, inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı qərar xx.xx.2024-cü il tarixində tam icra olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 150.5-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən: 150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Qeyd edirəm ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin 13 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı onu qəbul etmiş orqan tərəfindən məcburi icra olunması üçün “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən müvafiq icra şöbəsinə göndərilməli olduğu halda, icra tədbirləri barədə prosessual hərəkətlər həmin orqanın özü tərəfindən həyata keçirilmiş, icra tədbirlərini həyata keçirən subyekt sayılmadığı halda Şəxs ASC-nin direktor müavini X5 barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Beləliklə, hesab edirəm ki, Şəxs ASC-nin direktor müavini X5 barəsində xx.xx.2025ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol səlahiyyəti olmayan qurum tərəfindən qanunvericiliyin normaları düzgün tətbiq edilməməklə tərtib olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlirəm ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduğundan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən vəzifəli şəxs Şəxs ASC-nin direktor müavini X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 13 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3199/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3199/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver