Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3202/2022 31.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X8, protokolu tərtib edən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin KQQMİ-nin əməliyyat müvəkkili X2 iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 29 avqust 2022-ci il tarixdə Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 37 saylı ünvanın yaxınlığında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin KQQMİ-nin əməliyyat müvəkkili X4 izahat verərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanın qarşısında BMCMİ-nin əməkdaşları xidməti fəaliyyətlərini yerinə yetirərkən sonradan şəxsiyyəti məlum olan Şəxs mobil telefonla uca səs tonunda və nalayiq ifadələr işlətməklə danışmış, bu səbəbdən, polis əməkdaşları ona yaxınlaşaraq ictimai qaydanı pozmamasını bildirsə də, Şəxs iradlara məhəl qoymamışdır. Bir neçə dəfə həmin şəxsə irad bildirilsə də, xəbərdarlıqlara məhəl qoyulmadan Şəxs hərəkətlərinə davam etmişdir. Bundan sonra, polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq polis idarəsinə dəvət etsə də, sonuncu polisin qanuni tələbini yerinə yetirməkdən imtina etmişdir. Bundan sonra, polis əməkdaşlarının birlikdə səyi nəticəsində Şəxs avtomobilə mindirilərək polis idarəsinə gətirilmiş və izahatı alınmışdır. Bundan sonra Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Hal-hazırda protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunması barədə qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, ünvan 2 ünvanın qarşısında ona borcu olan şəxslə mobil telefonla əlaəq yaratmış və danışıq zamanı əsəbi olduğundan həmin şəxslə uca səs tonunda danışmışdır. Bu vaxt ona iki nəfər mülki geyimli şəxs yaxınlaşmış və yüksək səs tonunda danışmasını irad bildirmişdir. O, əsəbi olduğundan həmin şəxslərin xəbərdarlıqlarına məhəl qoymamışdır. Daha sonra həmin şəxslər yenidən ona irad bildirdikdə o hərəkətlərinə davam etmişdir. Bundan sonra, polis əməkdaşları onu polis idarəsinə dəvət etsə də, o, idarəyə getməkdən imtina etmişdir. Bundan sonra, polis əməkdaşları onu avtomobilə mindirərək polis idarəsinə gətirmişlər. Polis idarəsində onunla proflaktik söhbətlər aparılmış və o da səhvini başa düşərək peşman olmuş, polis əməkdaşlarına qarşı hörmətsizlik etmək niyyətində olmadığını bildirmişdir. İzahatının sonunda törətdiyi əməldən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili X3 verdiyi izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanın yaxınlığında xidmət apararkən bir nəfər şəxsin nalayiq ifadələr işlətməklə telefon danışmasını görmüşlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etməklə nalayiq ifadələr işlətməklə danışmasını irad bildirmişlər. Lakin sonradan şəxsiyyəti tam olaraq məlum olan Şəxs onların iradına məhəl qoymadan danışığına davam etmişdir. Bundan sonra həmin şəxsə yenidən irad tutulsa da, Şəxs hərəkətlərinə davam etmişdir. Bundan sonra, Şəxs polis idarəsinə dəvət edilmiş, lakin sonuncu idarəyə getməkdən imtina etmişdir. Lakin polis əməkdaşlarının birlikdə səyi nəticəsində Şəxs polis idarəsinə gətirilmişdir. Polis idarəsində Şəxs barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X5 da şahid X1 izahatına oxşar məzmunlu izahat vermişdir. Məhkəmə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin KQQMİ-nin əməliyyat müvəkkili X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarına əlavə edilmiş 30 avqust 2022-ci il tarixli “İnzibati xəta törətmiş şəxsi tutma haqqında” protokoldan görünür ki, Şəxs 30 avqust 2022-ci il tarixdə, saat 00:45-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 30 avqust 2022-ci il tarixdən, saat 00:45dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X7 Məntəqəsinə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3202/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3202/2022
31.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver