Məhkəmə qərarları › İş №3(006)-3202/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3202/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3202/2025 10.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X2 iştirakı ilə, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2025 – xx.xx.2025-ci il tarixlərində ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC-də həyata keçirilmiş plandankənar tematik yoxlama zamanı avtomatlaşdırılmış əməliyyat sisteminə tam giriş imkanı yaradılmamış və aparılmış əməliyyatlar haqqında dolğun məlumat (yoxlamaya aid sənədlər) yoxlayıcıya təqdim edilməmişdir. Nəticədə Şəxs MMC-nin direktoru X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X4 özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilərək barəsində minimum həddə cərimə növündə inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankınının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır.Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankınının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Mərkəzi X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə tərtib MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2025 – xx.xx.2025-ci il tarixlərində ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC-də həyata keçirilmiş plandankənar tematik yoxlama zamanı avtomatlaşdırılmış əməliyyat sisteminə tam giriş imkanı yaradılmamış və aparılmış əməliyyatlar haqqında dolğun məlumat (yoxlamaya aid sənədlər) yoxlayıcıya təqdim edilməmişdir. xx.xx.2025-ci il tarixli, 6-1-36/3-2-43/2025 saylı qərardan görünür ki, Şəxs MMC-də xx.xx.2025 – xx.xx.2025-ci il tarixlərində plandankənar tematik yoxlama keçirilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli 6-1-36/2-4580/2025 saylı Şəxs MMC-nin direktoru X3 ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının (Mərkəzi Bank) 14 mart 2025-ci il tarixli, 6-1-36/3-2-43/2025 nömrəli Yoxlama Qərarı ilə 17 mart - 10 aprel 2025-ci il tarixləri aralığında "xxxx" MMC-də (burdan sonra - Təşkilat) plandankənar tematik yerində yoxlamanın keçirilməsi qərara alınmışdır. Yoxlamanın keçirilməsinə ayrılmış müddətin yekunlaşmasına 1 (bir) təqvim gününün qalmasına baxmayaraq, Təşkilat tərəfindən yoxlama qrupunun üzvlərinə sorğulanan sahələr üzrə tam və dolğun məlumatlar təqdim edilməmişdir. Təşkilatın avtomatlaşdırılmış əməliyyat sisteminə giriş imkanı (məhdud olduğu məlum olmuşdur) 8 (səkkiz) iş günü bitdikdən sonra yaradılmışdır ki, bu da yoxlamanın effektiv keçirilməsinə, pozuntuların aşkarlanmasına və sübutların əldə edilməsində ciddi əngəllər yaratmışdır. Bundan əlavə, Təşkilatın avtomatlaşdırılmış əməliyyat sisteminə giriş hüququ yoxlama qrupuna qismən verilsə də. bütün məlumatları əks etdirən bazalara girişlər təmin edilməmiş, yoxlamaya məlumat bazasının strukturu haqqında tam məlumatlı olan əməkdaşın cəlbi təmin edilməmişdir. Bununla bağlı Təşkilatın icra orqanının rəhbərinə dəfələrlə müraciət edilsə də, qeyd edilən halların aradan qaldırılması mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Azərbaycan Respublikasının Mərkəzi Bank haqqında” Azərbaycan Respublikası Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddələrini rəhbər tutaraq, ən geci xx.xx.2025-ci il tarixinədək Təşkilat tərəfindən Mərkəzi Banka avtomatlaşdırılmış əməliyyat sisteminə tam giriş imkanının yaradılması və aparılmış əməliyyatlar haqqında dolğun məlumatların təqdim olunmasının təmin edilməsi barədə göstəriş verilir. Həmçinin, təqdim edilən məlumatların qiymətləndirilməsi başa çatdırılanadək aşağıdakı məhdudiyyətlər barədə təshih tədbiri tətbiq edilir: ödəniş xidməti istifadəçiləri ilə ödəniş xidmətinə dair yeni müqavilələrin bağlanması, o cümlədən yeni ödəniş hesablarının açılması dayandırılsın; mövcud ödəniş xidməti istifadəçilərinin ödəniş hesabları üzrə mədaxil əməliyyatları dayandırılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 17-ci maddəsinin “Qeyd” hissəsinə müvafiq olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən fiziki şəxslər də vəzifəli şəxslər hesab edilirlər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir 602.4-cü maddəsinə əsasən, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə-vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, vəzifəli şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 (min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar