Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3203/2022 30.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında protokolu Azərbaycan Respublikasının İqtisadiyyat tərtib etmiş: Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1 Barəsində icraat aparılan şəxs: “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” X8 nümayəndəsi Nümayəndə iştirakları ilə Şəxs X12 (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, ev 145, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən Şəxs X9 ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş, yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılması və ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsi aşkar olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2 izahatında bildirdi ki, 29 avqust 2022-ci il tarixdə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, DMN- 14/2022 nömrəli qərarına əsasən ünvan 2 ünvanda yerləşən Şəxs X9 ölçmələrin vəhdətinin təmin edilməsi vəziyyəti yoxlanılmışdır. Yoxlama zamanı ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə yoxlamadan keçirilməmiş 166 sayda ölçmə vasitələrindən istifadə olunmaları müəyyən edilmiş və bu barədə akt tərtib edilmişdir. Bununla da, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci madddəsinin tələbləri pozulmuşdur. Məsələ ilə əlaqədar Şəxs X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində icraat aparılan Şəxsn nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2019-cu il tarixli, 895 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Talassemiya Mərkəzi X8 və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 (TƏBİB) tabeliyində X12 statuslu Şəxs yaradılmışdır. Mərkəz Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 145 və ünvan 3 ünvanlarda yerləşən bir neçə korpusdan, həmçinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin “Qan bankı”nın Azərbaycan Respublikasının müxtəlif bölgələrində yerləşən səkkiz bölmələrindən ibarətdir. Mərkəzin fəaliyyətinin əsas istiqaməti ölkədə qan, qan komponentlərinin donorluğu və qan xidməti sahəsində dövlət fəaliyyətinin səmərəliliyini daha da artırmaq və sistemliyini təmin etmək, əhalinin qan və qan komponentlərinə olan tələbatını ödəmək, habelə qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi zamanı beynəlxalq standartları tədbiq etməkdən ibarətdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Metrologiya İnstitutu” X10 Mərkəz arasında ölçmə vasitəsinin yoxlanılmasına dair xx.xx.2021-ci il tarixli aktı ilə 5 il müddətinə bağlanmış “Xidmətlərin göstərilməsi barədə” xx.xx.2020-ci il tarixli, 02502 nömrəli müqavilənin şərtlərinə əsasən 585 ədəd ölçmə vasitələrindən 413 ədədinin yoxlanılması (metroloji tələblərə uyğunluğu) həyata keçirilmiş və “Azərbaycan Metrologiya İnstitutu” X8 xx.xx.2012-ci il tarixli, AzMJ- 5/602 nömrəli məktubunda aparılmış müvafiq yoxlama nəticəsində Mərkəzin balansında olan ölçmə vasitələrinə bir neçə holoqramlar vurulmuş, şəhadətnamələr və attestatlar, həmçinin müvafiq bildirişlər təqdim edilmişdir. “Azərbaycan Metrologiya İnstitutu” X8 TƏBİB-ə ünvanladığı xx.xx.2020-ci il tarixli, 0xx-xx-1352/20 nömrəli məktubda ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi işinin İnstitutunun müvafiq laboratoriyalarında aparılmasına tövsiyyə olunmasına baxmayaraq, ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi Mərkəzin daxilində həyata keçirilmişdir. Mərkəzin balansında olan ölçmə vasitələrinin metroloji tələblərə uyğunluğunun, həmçinin onların metroloji xüsusiyyətlərinin həqiqi qiymətlərinin təyin və təsdiq edilməsinə ehtiyac yarandığını nəzərə alaraq, Mərkəz tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli müraciətə və ölçmə vasitələrinin siyahısına uyğun olaraq İnstitut tərəfindən qiymət cədvəli təklif edilmişdir. Lakin texniki səbəblərə görə müvafiq müqavilə yubanaraq xx.xx.2022-ci il tarixdə bağlanılmış və bu səbəbdən ölçmə vasitələrinin yoxlanılması geç həyata keçirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Dövlət metroloji nəzarətinin aparılması haqqında” 17 avqust 2022-ci il tarixli qərarı ilə “ölçmələrin vəhdətinin təmin edilməsi”nə dair keçirilmiş yoxlamanın nəticəsi olaraq tərtib edilmiş 29 avqust 2022-ci il tarixli akt və inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi qismində Mərkəzin direktor müavini (İcraçı direktorun inzibati işlər üzrə müavini) X3 qeyd edilmişdir. Halbuki, Mərkəzin rəhbərinin və qeyd edilmiş şəxsin vəzifəsi düzgün göstərilməmişdir. Həmçinin müvafiq yoxlamanın aparılması zamanı icraçı direktor əmək məzuniyyətində olduğuna görə qeyd edilmiş yoxlamadan xəbəri olmamış və X6 nümayəndə qismində təmsil etmək üçün heç bir səlahiyyət verməmişdir. 29 avqust 2022-ci il tarixli aktda ünvan 4 ünvanda yerləşən Şəxsn 1 korpusdan ibarət olması qeyd edilmişdir. Həmin qeyddən belə çıxır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq yoxlama Mərkəzin bir qismində keçirilmiş və beləliklə araşdırılma tam olaraq aparılmamışdır. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Mərkəz barəsində İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə “Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə dair müvafiq sənədlər və MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol hüquqi normalara əməl edilmədən düzgün tərtib edilməmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş 29 avqust 2022-ci il tarixli aktdan və akta əlavə edilmiş yoxlanılan ölçmə vasitələrinin siyahısından aydın olur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, DMN-14/2022 nömrəli dövlət metroloji nəzarətin aparılması haqqında qərarına əsasən ünvan 2 ünvanda yerləşən Şəxs X9 ölçmələrin vəhdətinin təmin edilməsi vəziyyəti yoxlanılmış və bu zaman ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin yoxlamadan keçirilməmiş 166 sayda ölçmə vasitələrindən istifadə olunması halı müəyyən edilmişdir; - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli, 0xx-xx-1352/20 saylı məktubunda ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi işini Azərbaycan Metrologiya İnstitutunun müvafiq laboratoriyalarında aparılması tövsiyə olunur; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AİBNDX-12/01- 5/15G saylı “Dövlət metroloji nəzarəti aparılan zaman aşkar edilmiş pozuntuların aradan qaldırılması barədəgöstərişdə qeyd olunur ki, Şəxs X9 istismar olunan 166 ədəd müxtəlif təyinatlı tibbi cihaz və avadanlıqların yoxlamadan keçirilməsi təmin edilməli, Mərkəzin fəaliyyəti zamanı yoxlamadan keçmiş və istismara yararlı tibbi cihaz və avadanlıqların istifadəsi təmin olunmalı, Mərkəz göstərişin yerinə yetirilməsi barədə yazılı məlumatı 30 gün müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim etməlidir. Beləliklə məhkəmədə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən Şəxs X9 ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş, yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilmiş və ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilmişdir. Məhkəmədə Şəxsn nümayəndəsi məsələ ilə bağlı müxtəlif dəlillər gətirsə də, yoxlama zamanı aşkar edilmiş 166 ədəd ölçmə vasitəsinin ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə yoxlamadan keçirilməsini təsdiuq edən sənədləri təqdim edə bilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxsn əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə məsuliyyət nəzərdə tutur. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa görə: - Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələr tipi təsdiq edilmiş və yoxlamadan keçmiş ölçmə vasitələrindən istifadə edilməklə, attestasiya edilmiş ölçmə metodikaları (metodları) ilə (birbaşa ölçmələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ölçmə metodikaları (metodları) istisna olmaqla) yerinə yetirilməlidir. Ölçmələrin nəticələri Azərbaycan Respublikasında tətbiqinə icazə verilmiş kəmiyyət vahidləri ilə ifadə olunmalıdır (5.1-ci maddə); - Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə bu Qanuna uyğun olaraq tipi təsdiq edilmiş və yoxlamadan keçmiş, ölçmə vasitələrinə məcburi metroloji və texniki tələblər daxil olmaqla, ölçmələrin vəhdətinin təmin edilməsinə dair məcburi tələblərə riayət edilməsini təmin edən ölçmə vasitələrindən istifadə edilir. Ölçmə vasitələrinə dair məcburi tələblərə ölçmə vasitələrinin tərkib hissələri, proqram təminatı və istismar şəraiti barədə tələblər də daxil edilir (9.1-ci maddə); - Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə üçün nəzərdə tutulmuş ölçmə vasitələri istismara verilənədək və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövri yoxlamadan keçirilir. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmə vasitələrindən istifadə edən şəxslər onları yoxlama dövriliyinə uyğun olaraq yoxlamaya təqdim edirlər (12.1-ci maddə); - Ölçmə vasitələrinin yoxlanılmasının nəticələri yoxlama nişanı və (və ya) yoxlama haqqında şəhadətnamə ilə təsdiq edilir. Ölçmə vasitəsinin konstruksiyası yoxlama nişanının baxış üçün əlverişli olan yerdə vurulmasını təmin etməlidir. Ölçmə vasitəsinin konstruksiyasının xüsusiyyətləri və ya istismar şəraiti yoxlama nişanını bilavasitə ölçmə vasitəsinin üzərinə vurmağa imkan vermirsə, bu nişan yoxlama haqqında şəhadətnaməyə vurulur (12.5-ci maddə). İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxsn məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxsn törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3203/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3203/2022
30.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver