Məhkəmə qərarları › İş №3(006)-3205/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3205/2022

26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3205/2022 26.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 24 avqust 2022-ci il tarixli, 00100-1749/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə bildiriş göndərilsə də, onlar məhkəməyə gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Gömrük Dəyərləndirilməsi və X2 şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nin adına Türkiyə Respublikasından 34LC6189/34LC4842 nömrəli avtomaşınla daxil olmuş 12 yerdən ibarət, brutto çəkisi 2720 kq olan şokolad konfetləri **********5672 saylı xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Gömrük rəsmiləşdirilməsi üçün təqdim edilən № BND**********628 saylı, xx.xx.2021-ci il tarixli invoysda qeyd edilən dəyərin araşdırılması üçün DGK-nin Beynəlxalq Əməkdaşlıq İdarəsinin vasitəsilə Türkiyə Respublikasının Gömrük orqanına 1400-011/0xx-xx/009344 saylı xx.xx.2021-ci il tarixli məktubla müraciət etmişdir. Həmin müraciətə cavab olaraq DGK tərəfindən 1000-200/2xx-xx/012584 saylı, xx.xx.2022-ci il tarixli məktubla BBGİ-yə göndərilən X1 və Ticarət Bakanlığıdan alınmış cavab məktubunda göstərilən qiymətlərlə Şəxs MMC tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilən № BND**********628 saylı xx.xx.2021-ci il tarixli invoys sənədində qeyd olunan yükün dəyəri 10499,40 ABŞ dolları deyil, 21418,32 ABŞ dolları olduğu bildirilmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, "İnter Promo” MMC-nin adına Türkiyə Respublikasından 34LC6189/34LC4842 nömrəli avtomaşınla daxil olmuş 12 verdən ibarət, brutto çəkisi 2720 kq olan şokolad konfetləri **********5672 saylı xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Gömrük rəsmiləşdirilməsi üçün təqdim edilən № BND**********628 saylı xx.xx.2021-ci il tarixli invovsda qeyd edilən dəyərin araşdırılması üçün DGK-nin Beynəlxalq Əməkdaşlıq İdarəsinin vasitəsilə Türkiyə Respublikasının Gömrük orqanına 1400-011/0xx-xx/009344 saylı xx.xx.2021-ci il tarixli məktubla müraciət etmişdir. Həmin müraciətə cavab olaraq DGK tərəfindən 1000-200/2xx-xx/012584 saylı, xx.xx.2022-ci il tarixli məktubla BBGİ-yə göndərilən X1 və Ticarət Bakanlığından alınmış cavab məktubunda göstərilən qiymətlərlə Şəxs MMC tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilən № BND**********628 saylı, xx.xx.2021-ci il tarixli invovs sənədində qeyd olunan yükün dəyəri 10499,40 ABŞ dolları deyil, 21418,32 ABŞ dolları olduğu bildirilmişdir. Odur ki, bu halın gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi və təsir etdiyi təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Bakı Bas Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinə 34/013/017037 saylı xx.xx.2022-ci il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq Qida məhsullarının rəsmiləşdirilməsi şöbəsindən daxil olmuş 34/012/018014 saylı xx.xx.2022-ci il tarixli raportda **********5672 saylı xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsində invovs dəyərinin 10499,40 ABŞ dolları qeyd edildiyi, lakin ixrac bəyannaməsindəki qiymətin 21418,32 ABŞ dolları olduğu halda mövcud qiymət fərqi nəzərə alınarsa, ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu 2784.32 manat, əlavə dəyər vergisi 3842.36 manat, ümumilikdə 6626.68 (altı min altı yüz iyirmi altı manat altmış səkkiz qəpik) manat və borc olaraq dəbbə pulu isə 861.47 manat(xx.xx.2022-ci il tarixinə 130 gün) təşkil edildiyi qeyd olunmuşdur. Həmçinin Şəxs MMC barəsində 07 fevral 2022-ci il tarixdə İXM-nin 505-ci maddəsi ilə 00100- 0269/22 nömrəli iş başlanılmış və ilk dəfə törətmədiyi üçün İXM-nin 505-ci maddəsinin qeyd hissəsinə əsasən təqsirli bilinərək Şəxs MMC barəsində toplanmış material 00100/0301 nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadla Bakı şəhəri Səbail rayon məhkəməsinə göndərilmiş və Bakı şəhəri Səbail rayon məhkəməsinin 3(009)-336/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə 70 faiz, 3326 manat məbləğində cərimə tətbiq edildiyi müəyyən edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 224-cü maddəsinə əsasən gömrük edənişləri dedikdə, gömrük rüsumları, əlavə dəyər vergisi, aksizlər, yol vergisi, gömrük yığımları, haqq, dövlət rüsumu başa düşülür. Həmin Məcəllənin 247-ci maddəsin əsasən gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəvvən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda inzibati məsuliyyət nəzərdə tutulur. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Şəxs MMC tərəfindən **********5672 sorğu nömrəli gömrük bəyannaməsi üzrə yaranmış 6626,68 (altı min altı yüz iyirmi altı manat altmış səkkiz qəpik) manat gömrük ödənişi və dəbbə pulu üzrə 861,47 (səkkiz yüz altmış bir manat qırx yeddi qəpik) manat, cəmi isə 7488,15 manat (yeddi min dörd yüz səksən səkkiz manat on beş qəpik) ödəniş ödənməmişdir. Şəxs MMC gömrük ödənişlərinin ödənilməsindən ümumilikdə 6626,68 (altı min altı yüz iyirmi altı manat altmış səkkiz qəpik) manat məbləğində yayınmışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də cəmiyyət həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: 1. Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın obyekti olmuş pul məbləğinin 80 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 6626 (altı min altı yüz iyirmi altı) manat, 68 (altmış səkkiz) qəpik gömrük ödənişləri məbləğinin 80 (səksən) faizi məbləğdə, yəni 5301 (beş min üç yüz bir) manat, 34 (otuz dörd) qəpik məbləğində inzibati cərimə edilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar