Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3208/2024 06.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, X1 Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv olunması barədə şikayətə Nəsimi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin sanksiyası çərçivəsində 40 manat inzibati cərimə tənbeh edilmişdir. O, həmin qərarla razı deyil, hesab edir ki, qərar qanunsuz və əsassızdır. Ona görə də ləğv edilməlidir. Qeyd edir ki, inzibati xəta haqqında qərar qəbul edilməsinə əsas olaraq məlumatverici-göstərici nişanın (5.9) tələbinə riayət etməyərək sürücünün avtobus nəqliyyat vasitələri üçün ayrılmış zolaq üzrə hərəkət etməsi göstərilmişdir. Qanunun tələbindən aydın olur ki, mahiyyət etibarı ilə 5.9 nişanının istifadəsində məqsəd sadəcə sürücünü yol hərəkətinin rejimi barədə məlumatlandırmaqdan ibarətdir. Qadağan və ya məcburi hərəkət istiqaməti nişanlarından fərqli olaraq 5.9 nişanı sürücünün həmin yolda hərəkətini qadağan etməyərək dispozitiv xarakter daşıyır və sürücüyə digər zolaq üzrə hərəkət etməyin üstünlüyünü bildirir ki, bu da özlüyündə inzibati xəta hadisəsinin mövcudluğunu istisna edir. Hazırki məsələyə münasibətdə deyilə bilər ki, dispozitiv xarakterli nişanın tələbinə riayət edib etməmək sürücünün şəxsi seçimidir, burada hansısa hüquqazidd və ya təqsirli sayılan əməldən, dolayısı ilə inzibati xətadan söhbət gedə bilməz, əksinə bu səbəbdən şəxs inzibati məsuliyyətə cəlb edilməklə qanunvericiliyin əsas prinsipləri ciddi şəkildə pozulmuşdur. Eyni zamanda məlumatverici nişanın tələbinə riayət edilməməsinin inzibati tənbeh tətbiq edilməsinə əsas olaraq göstərilməsi konstitusion prinsiplərlə ziddiyyət təşkil edir. Göstərilənlərdən əlavə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Onun inzibati xətanı törətməyini təsdiq edən hər hansı sübut müəyyən edilmir. Onun 09 may 2024-cü il tarixdə yol nişanının tələbinə riayət etməməyi nə ilə sübut olunur? İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur, inzibati orqan xətanı təsdiq edən sübutlar qərara əlavə edilməmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq barəsində şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. X2 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq şikayətə onun iştirakı olmadan baxılmasını və şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə şikayətçinin və barəsində şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş DİN-nin Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən məlum olur ki, X4 xx.xx.2024-cü il tarixdə avtomaşını idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarına əsasən məlum olur ki, X4 xx.xx.2024-cü il tarixdə avtomaşını idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Şikayətçi inzibati xəta törətməməsi barədə heç bir sübutu iş materiallarına əlavə etməmiş və ya məhkəməyə gələrək təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilsin. Qərardan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3208/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3208/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver