Məhkəmə qərarları › İş №3(006)-322/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-322/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-322/2024 26.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Qərarı qəbul etmiş qurum: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X8 Şikayətçilər: "xxxx" MMC-nin direktoru X10 və onun vəkili Vəkil iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-5/3-1-14369/2023 saylı “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayətdə göstərilmişdir ki, "xxxx" MMC-də sosial media marketinq işləri üzrə həkim köməkçisi işləyən X2 əmək hüquqlarının pozulması ilə bağlı əldə olunmuş sənədlər əsasında "xxxx" MMC-nin baş direktoru X18 tərəfindən işçininin Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsi faktı aşkar edilmiş və 24 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən "xxxx" MMC-nin direktoru X18 barəsində 4.000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. "xxxx" MMC-nin direktoru X10 rəhbərlik etdiyi müəssisəyə xx.xx.2023-cü il tarixdə daxil olmuş, X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023cü il tarixli, 3-17-5/2-40696/2023 saylı məktuba əlavə olunmuş sənədlərdən görünür ki, guya V.Həsənov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində MN ******* nömrəli protokol tərtib edilmişdir. X17 Xidmətinin Bakı şəhər İdarəsində tərtib olunmuş MN ******* nömrəli protokol tam qərəzli əsaslarla, həm də guya şikayətçinin hüquqlarının qorunması fonunda onun hüquqlarının açıq aşkar pozulması və məhdudlaşdırılması ilə nəticələnmişdir. Yalnız 12 oktyabr 2023-cü il tarixdə, saat 17:30-da, 051 ***-**-** saylı mobil nömrədən istifadə etdiyi 055 ***-**-** saylı mobil nömrəyə tanımadığı bir xanım zəng edərək 13 oktyabr 2023-cü il tarixdə, saat 11:00-da Bakı şəhəri, Xətai rayonu ərazisindəki “DOST” mərkəzinə gəlməyini istəmiş və şikayət məsələsinin müzakirə olunacağını demişdir. Bu zamana kimi nə ona, nə də ünvanına heç bir məktub, heç bir bilidiriş çatdırılmamışdır. Həmin gün V.Həsənov “DOST” mərkəzində olmuş və orada özünü mərkəzin əməkdaşı olaraq təqdim edən xanımla görüşmüşdür. Görüş zamanı həmin xanım ona heç bir sənəd təqdim etmədən vətəndaş X2 yazmış olduğu ərizədən bəhs etmiş, hətta bir neçə dəfə ondan müvafiq sənədlər istəsə də, həmin xanım ona məktubun təqdim olunacağını bildirərək qeyd etmişdir ki, barəsində protokol tərtib olunacaq və o, X17 Xidmətinin Bakı şəhər İdarəsinə dəvət olunacaqdır. Sonda həmin xanım əməkdaş ona X17 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Fərid Bağırovun imzası ilə hazırlanmış, 13 sentyabr 2023-cü il tarixli, 3-17-5/2- 35187/2023 saylı məktubu təqdim etmiş, bundan başqa, ona nə protokol təqdim etmiş, nə də protokolu imzalamaq barədə təklif verməmişdir. Növbəti günü o, bu məktuba cavab yazaraq 05 iş günü ərzində istənilən sənədlərin aidiyyəti üzrə təqdim ediləcəyini bildirmiş və qeyd etdiyi müddətdə cavab məktubunu mailto:demx%20bshi@sosial.gov.azElektron ünvan elektron poçt ünvanına göndərmişdir. xx.xx.2023-cü il tarixdə 051 ***-**-** saylı mobil telefon nömrədən istifadə etdiyi 055 ***-**-** saylı mobil telefon nömrəsinə yenidən zəng olunmuş və o, X17 Xidmətinin Bakı şəhər İdarəsinə dəvət olunmuşdur. Təxminən 01 saata yaxın gözlədikdən sonra onu İdarə rəisi qəbul etmiş və Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərini pozduğunu bildirərək 4.000 manat cərimə olunduğunu bildirmişdir. Yenə də ona heç bir protokol təqdim olunmamış, nə də protokolu imzalamaq təklif edilməmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin ünvanına daxil olmuş, X17 Xidmətinin Bakı şəhər İdarəsindən göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-17-5/2-40696/2023 saylı məktuba əlavə olunmuş protokolda isə qeyd olunub ki, guya V.Həsənov protokolu imzalamamışdır. Qeyd olunanları nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-5/3-1-14369/2023 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X18 şikayətdə qeyd olunanlardan əlavə olaraq göstərdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsinin rəisi MN ******* nömrəli protokolu tərtib edərkən özü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin bir sıra tələblərini pozmuşdur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin rəisinə etmiş olduğu müraciət və eləcə də, həm protokoldan, həm də qərardan vermiş olduğu şikayətlər isə yenə də hüquqlarının və qanunların pozulması ilə nəticələnmişdir. Belə ki, inzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi "xxxx" MMC tərəfindən X2 xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi göstərilmişdir. Belə ki, X6 qaydalara əməl etməmiş, hər gün işə gecikmiş, içkili vəziyyətdə işə gəlmiş və işdə də yatmışdır. Bu kimi səbəblərə görə o, işdən azad olunmuşdur. Onun işlədiyi zaman ərzində heç bir qazanc əldə etməmiş, əksinə öz cibindən əmək haqqısını ödəmişdir. 13 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərkən isə X17 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsləri protokolda qeyd etmişlər ki, X16 13 oktyabr 2023-cü il tarixdə müzakirədə iştirak etmiş, lakin protokolun tərtib olunmasını gözləməmişdir. O, 13 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “DOST” mərkəzinə vəzifəli şəxs olaraq dəvət edilmiş və müzakirədə iştirak etmişdir. O, onlara səhhəti ilə əlaqədar gözləyə bilmədiyini, onlar isə ona cavabında rəisin onu dəvət edəcəyi bildirilmişdir. Protokol tərtib olunacağı və bununla əlaqədar gözləməli olduğuna dair ona heç bir məlumat verilməmişdir. Həmin vaxt özünü X17 Xidmətinin əməkdaşı kimi təqdim edən xanımla söhbət zamanı monitorda səs yazısının aparıldığını görmüşdür. Qeydə alınan səs yazısından da bunu aydın şəkildə bilmək olar ki, ona protokolla bağlı heç nə deyilməmiş, nə də ondan hər hansı bir izahat alınmamışdır. Protokolda vəzifəli şəxs olaraq onun imzası yoxdur. Nə də hər hansı bir mülahizəsi protokola əlavə edilməmişdir. Bu da onu göstərir ki, protokol tam qərəzli şəkildə tərtib olunmuş və X17 Xidmətinin Bakı şəhər idarəsi bu əməli ilə onun hüquqlarını vəzifə səlahiyyətlərini aşaraq laqeyidliklə pozmuşdur. İstər koronavirusla mübarizə illərində, istərsə Vətən müharibəsi günlərində "xxxx" olaraq aztəminatlı ailələri, xüsusilə də xidmət aparan polis əməkdaşlarını və hərbi qulluqçuları ödənişsiz tibbi maskalar və antibakterial məhlullarla təmin etmişdir. Müharibə günlərində Füzuli döyüş bölgəsində yerləşən hospitala zəruri tibbi ləvazimatlar göndərilmişdir. Eyni zamanda, Gəncə şəhərində yerləşən filialda çalışan 15 nəfərdən çox işçilər işə gəlmədikləri halda onlara əməkhaqqı ödənilmişdir. Gəncə şəhərinə atılan ilk roket hücumu zamanı Gəncə şəhərində yerləşən filialları tamamilə yararsız vəziyyətə düşmüşdür. Amma heç vaxt dövlətdən hər hansı bir yardım istənilməmişdir. O, uzun müddət Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində kəşfiyyat diversiya qrupu komandiri olaraq və X15 müxtəlif vəzifələrdə xidmət edərkən güllə yarası və minaya düşərək ağır kəllə beyin travması almışdır. Bu gün də daxil olmaqla, nevroloji müalicə alır və iki dəfə ürəyinə müdaxilə olunmuşdur. Şikayətin təmin olunmasını xahiş edir. Məhkəmədə şikayətçinin vəkili Vəkil verilmiş şikayətin təmin olunmasını Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-5/3-1-14369/2023 saylı “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” qərarın ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi X11 izahatında bildirdi ki, X2 əmək hüquqlarının pozulması ilə bağlı müraciətinə baxılarkən əldə olunmuş sənədlər əsasında X18 tərəfindən işçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmiş və 24 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən “VMR Şirkətiər Qrupu MMC-nin baş direktoru X18 barəsində 4.000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. X6 ilə "xxxx" MMC arasında bağlanmış xidməti müqavilənin heç bir hüquqi əsası yoxdur. Belə ki, bağlanmış həmin xidmət müqaviləsi fiziki şəxslə bağlanmış müqavilənin sistemə yerləşdirilməməsi üçün tərtib olunmuşdur. Qeyd olunan fakt üzrə dərhal X17 Xidməti əməkdaşları tərəfindən sənədləşmə işləri aparılmış və daha sonra 13 oktyabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 3(006)-4884/2023 saylı qərarına əsasən "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 20.000 manat məbləğində cərimə edilmiş və bu qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanları nəzərə alaraq şikayətin rədd olunmasını xahiş edir. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-5/3-1-14369/2023 saylı “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” qərara əsasən "xxxx" MMC-nin baş direktoru X18 barəsində X17 Xidmətinin Bakı şəhər İdarəsinin 24 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılmışdır. Belə ki, həmin qərarla "xxxx" MMC-nin baş direktoru X1 Günel Ələsgər qızını əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 4.000 manat məbləğində cərimə edilmişdir; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-4884/2023 saylı qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-2508/2023 saylı qərarına əsasən həmin qərardan verilmiş apellyasiya şikayəti təmin edilməmiş, xx.xx.2023-cü il tarixli qərar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutur. Beləliklə, məhkəmədə müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla "xxxx" MMC tərəfindən X3 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə X4 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 4.000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-5/3-1-14369/2023 saylı “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” qərara əsasən "xxxx" MMC-nin baş direktoru X18 barəsində X17 Xidmətinin Bakı şəhər İdarəsinin 24 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılmışdır. Bununla belə o da aydın olur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə X2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər-hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı ilə əlaqədar "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 manat məbləğində cərimə edilmiş, bu qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi X2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər-hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı ilə bağlı artıq qanuni qüvvəyə minmiş həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin qərarları mövcuddur və qanunvericiliyin tələbləri baxımından məhkəmənin qanuni qüvvəyə minmiş və ləğv edilməmiş qərarı preyudisial əhəmiyyət daşıyır. İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə görə hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Bu Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" MMC-nin inzibati məsuliyyətə cəlb edilməsinə onun baş direktoru X10 hərəkətləri səbəb olduğu üçün o, haqlı olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 4.000 manat məbləğində cərimə edilmişdir. Bununla belə, "xxxx" MMC-nin baş direktoru X18 barəsində inzibati tənbeh tətbiq edilərkən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimənin aşağı həddi olan 3.000 manat məbləğin deyil, məhz 4.000 manat məbləğin tətbiq olunmasının səbəbləri əsaslandırılmamışdır. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə uyğun olaraq fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: - Tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır (135.1.5-ci maddə); - İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər (134.1.2-ci maddə). Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla "xxxx" MMC-nin baş direktoru X12 tətbiq edilmiş 4.000 manat cərimənin məbləği azaldılaraq 3.000 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla "xxxx" MMC-nin baş direktoru X12 tətbiq edilmiş 4.000 (dörd min) manat cərimənin məbləği azaldılaraq 3.000 (üç min) manat məbləğində müəyyən edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar