Məhkəmə qərarları › İş №3(006)-3220/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3220/2021

16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3220/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Abşeron Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Dövlət vergi müffəttişi X6 tərəfindən tərtib edilmiş 20 oktyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanda, saat 15:15-də “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanununun 12-ci maddəsinin tələbləri pozulduğu müəyyən edilmiş, bununla da, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 598.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin P.Ə.Bəkaliyev Şəxs MMC-nin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili E.M.Kazımov izahatında bildirmişdir ki, inzibati xəta haqqında protokolda qeyd edilənlərlə razı deyil, cəmiyyət barəsində protokol tərtib edilməsini, qanunsuz, əsassız və ədalətsiz hesab edir. Bu səbəbdən də hesab edirlər ki, inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, protokolda qeyd edilir ki, guya Cəmiyyət Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunun 12ci maddəsinin tələblərini pozmuşdur. Qeyd edirlər ki, İnzibati Xətalar Məcəlləsinin 598.1.3ci maddəsi məhz monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən daxili nəzarət sisteminin tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə inzibati məsuliyyəti müəyyən edir. Protokolda qeyd edilir ki, guya Cəmiyyət Qanunun 5.1.3-ci maddəsində qeyd edilən fəaliyyət növü ilə məşğul olmuşdur və bununla da Cəmiyyətin daxili nəzarət sistemin tətbiq etmək öhdəliyi vardır. Qanunun 5.1.3.1, 5.1.3.2, 5.1.3.3, 5.1.3.4-cü yarımbəndlərində subyektin Monitorinqdə iştirak edən digər şəxs kimi qəbul edilməsi üçün müəyyən fəaliyyət növləri müəyyən edilmişdir. Cəmiyyət həmin yarımbəndlərdə qeyd edilən fəaliyyət növlərinin hər hansı birini icra etməmişdir. Bu səbəbdən də Cəmiyyətin Monitorinqdə iştirak edən digər şəxs kimi qəbul edilmir. Cəmiyyət Monitorinqdə iştirak edən digər şəxs olmadığından Cəmiyyətin Monitorinqdə iştirak edən digər şəxsə dair tələblərin Cəmiyyətə şamil edilməsi qanunsuzluqdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53-cü maddəsinə görə: inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan başqa Şəxs MMC-nin nümayəndəsi və vəkili E.M.Kazımov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, inzibati xəta haqqında protokol subyekt düzgün müəyyən edilmədən tərtib edildiyinə görə geri qaytarılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanda, saat 15:15-də “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanununun 12-ci maddəsinin tələbləri pozulduğu müəyyən edilmiş, bununla da, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 598.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan səyyar vergi yoxlamasının keçirilməsi haqqında 04 oktyabr 2021-ci il tarixli, **********150299 saylı qərarından görünür ki, “TİD LEGAL SOLUTİON” MMC (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması yə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə aşağıda göstərilən vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlama ilə əhatə olunan vergi dövrü: Sentyabr 2018 - Avqust 2021-ci il tarixədək müəyyən edilmiş, yoxlamanın keçirilməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Xidmətiyə digər sahələrin auditi şöbəsinin dövlət vergi müfəttişi vergi xidməti müşaviri X4 tapşırılmış və yoxlamanın müddəti 30 (otuz) iş günü müəyyən edilmişdir. İş materiallarında olan 05 oktyabr 2021-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, növbədənkənar (plandankənar) həmin operativ vergi nəzarəti yoxlamaların vahid məlumat reyestrində qeydə alınmışdır. İş materiallarında olan yoxlama üçün zəruri olan sənədlərin təqdim (məlumatların) təqdim edilməsi haqqında 05 oktyabr 2021-ci il tarixli, **********626300 saylı tələbnamədən görünür ki, 1. “Cinayət yöİLlilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun-maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması ilə bağlı müəssisənin rəhbərinin və məsul şəxsin izahatları, onların şəxsiyyət vəsiqələrinin surəti; 2. Müştərinin və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyasına dair sənədlərin: müvafiq qaydada təsdiq edilmiş surətləri (şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi,.pasportun, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən, digər sənədlərin surəti) - müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamənin) nümayəndənin səlahiyyətlərini - təsdiq, edən sənədin, - habelə İ notariat qaydasında təsdiq olunmuş hüquqi şəxsin nizamnamsinin və dövlət qeydiyyatına alınması haqqında və digər sənədlərin surətləri); 3. Məlumat daşıyıcılarında və ya elektron formada saxlanılan eyniləşdirmə və verifikasiya sənədlərinin, pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair məlumatların və sənədlərin saxlanma vəziyyəinə dair məlumatlar (arayış, izahat və s); 4. Qanunun 7.2-ci və 9.15-ci maddələrində göstərilən əməliyyatlara dair məlumatların, həmin Qanunun 11-ci maddəsi ilə müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanına təqdim olunmasına dair müvafiq formada təsdiq edilmiş sənədlərin surətləri; 5. Qanunun 12-ci maddəsinin tələblərinə uyğun olaraq, daxili nəzarət sisteminin təşkilinə dair məlumatlar və sənədlərin (qaydalar, prosedur, məsul şəxsin təyini və sair) müvafiq qaydada təsdiq edilmiş surətləri; 6. Nəzarət orqanı tərəfindən nəzarət olunan subyektə göndərilən sorğuları (və sair sənədlər) və onların cavablandırılması ilə bağlı müvafiq qaydada təsdiq edilmiş surətləri; 7.Nəzarət olunan subyekt tərəfindən Qanunun tətbiqi ilə bağlı əlavə məlumat və sənədlər. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri 7 iş günü müddətində, yəni 14.10.2021-ci il tarixə kimi yoxlayıcılara və ya vergi orqanının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi AZ1029 Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanına təqdim olunmalıdır. Təqdim olunmuş məlumatlar (sənədlər) tikilir, “əsli ilə düzdür” ifadəsi və tarix qeyd-olunur. Nəzarət olunan subyektin məsul şəxsi tərəfindən imzalanır və möhürlənir. Tələb olunan məlumatlar (sənədlər) vaxtında təqdim oluna bilmədikdə və ya mövcud olmadıqda bu barədə nəzarət olunan subyektin məsul şəxsi tərəfindən yazılı izahat təqdim edilir. İş materiallarında olan sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 15 oktyabr 2021-ci il tarixli, **********232200 saylı qərarından görünür ki, 1. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması ilə bağlı müəssisənin rəhbərinin və məsul şəxsin izahatlar, onların şəxsiyyət vəsiqələrinin surəti; 2. Müştərinin və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyasına dair sənədləri müvafiq qaydada təsdiq edilmiş surətləri (şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi pasportun, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən digər sənədlərin surəti) müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamənin, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədin, habelə notariat qaydasında təsdiq olunmuş hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatına alınması haqqında və digər sənədlərin surətləri); 3. Məlumat daşıyıcılarında və ya elektron formada saxlanılan eyniləşdirmə və verifikasiya sənədlərinin, pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair məlumatların və sənədlərin saxlanma vəziyyətinə dair məlumatlar (arayış, izahat və s); 4. Qanunun 7.2-ci və 9.15-ci maddələrində göstərilən əməliyyatlara dair məlumatların həmin Qanunun 11-ci maddəsi ilə müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanına təqdim olunmasına dair müvafiq formada təsdiq edilmiş sənədlərin surətləri; 5. Qanunun 12-ci maddəsinin tələblərinə uyğun olaraq, daxili nəzarət sisteminin təşkilinə dair məlumatlar və sənədlərin (qaydalar, prosedur, məsul şəxsin təyini və sair) müvafiq qaydada təsdiq edilmiş surətləri;

6. Nəzarət orqanı tərəfindən nəzarət olunan subyektə göndərilən sorğuları (və sair sənədlər) və onların cavablandırılması ilə bağlı müvafiq qaydada təsdiq edilmiş surətləri;

7. Nəzarət olunan subyekt tərəfindən Qanunun tətbiqi ilə bağlı əlavə məlumat və sənədlərin götürülməsi həyata keçirilməsi qərara alınmışdır. İş materillarında olan sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 15 oktyabr 2021-ci il tarixli, 001 saylı protokoldan və həmin protokola əlavədən görünür ki, 1. "xxxx" MMC-nin daxili komisiyası yaradılması haqqında 07.01.2019-cu il tarixli əmrin surəti 1 vərəq, 07.01.2019-cu il tarixli Qərar 1 vərəq, "xxxx" MMC-nin Korupsiyaya qarşı mübarizə siyasəti proqram haqqında, korrupsiya qarşı mübarizə haqqında vəzifələr; 2. "xxxx" MMC-yə (VÖEN **********) dair “Kommersiy a qurumunun Dövlət reyestrindən çıxarış”surəti, VÖEN-nin surəti, "xxxx" MMC nizamnaməsinin surətləri,cəmi 8 vərəq; 3 "xxxx" MMC-yə (VÖEN **********) dair “Kommersiya qurumunun Dövlət reyestrindən çıxarış”surəti, “Vergi ödəyicisinin nizamnaməsinin surəti, VÖEN-nin surəti 6 vərəq; 4 "xxxx" MMC-yə (VÖEN **********) dair “Kommersiya qurumunun Dövlət reyestrindən çıxarış”surəti, “Vergi ödəyicisinin nizamnaməsinin surəti, VÖEN-nin surəti 7 vərəq; 5. "xxxx" MMC-yə (VÖEN **********) dair “Kommersiya qurumunun Dövlət reyestrindən çıxarış”surəti, “Vergi ödəyicisinin nizamnaməsinin surəti, VÖEN-nin surəti 8 vərəqd, 6. "xxxx" MMC-yə (VÖEN **********) dair “Kommersiya qurumunun Dövlət reyestrindən çıxarış”surəti, VÖEN-nin surəti 6 vərəq; 7. "xxxx" MMC-yə (VÖEN **********) dair “Kommersiya qurumunun Dövlət reyestrindən çıxarış”surəti, VÖEN-nin surəti 5 vərəq; 8 "xxxx" MMC (VÖEN **********) nizamnaməsinin surətləri, “Kommersiya qurumunun Dövlət reyestrindən çıxarış”surəti, “Vergi ödəyicisinin nizamnaməsinin surəti, VÖEN-nin surəti, 7 vərəq; 9 . "X12 X9 Sannayi iç və Diş Ticarət Anonim şirkətinin Azərbaycan Respubilikasıindakı filialı (VÖEN **********) “Kommersiya qurumunun Dövlət reyestrindən çıxarış”surəti, “Vergi ödəyicisinin nizamnaməsinin surəti, VÖEN-nin surəti 7 vərəq; 10. "X8 United Limiteed” Şirkətinin Azərbaycan Respubilikasıindakınümayəndəliyinin (VÖEN **********) dair “Kommersiya qurumunun Dövlət reyestrindən çıxarış”surəti, “Vergi ödəyicisinin nizamnaməsinin surəti, VÖEN-nin surəti 7 vərəq; 11. "xxxx"MMC (VÖEN **********) dair “Kommersiya qurumunun Dövlət reyestrindən çıxarış”surəti, ”Vergi ödəyicisinin nizamnaməsinin surəti, VÖEN-nin surəti 7 vərəq; 12. "Orange Vvave” MMC (VÖEN **********) dair ”Kommersiya qurumunun Dövlət reyestrindən çıxarış’’surəti, ”Vergi ödəyicisinin nizamnaməsinin surəti, VÖEN-nin surəti 4 vərəq; 13. ”Staron-AZ”MMC (VÖEN **********) dair ”Kommersiya qurumunun Dövlət reyestrindən çıxarış” surəti, ”Vergi ödəyicisinin nizamnaməsinin surəti” VÖEN-nin surəti 7 vərəq; 14. “Red Village” (VÖEN **********) dair “Kommersiya qurumunun Dövlət reyestrindən çıxarış” surəti, “Vergi ödəyicisinin nizamnaməsinin surəti, VÖEN-nin surəti 8 vərəq; 15. "xxxx" MMC (VÖEN **********1) dair “Kommersiya qurumunun Dövlət reyestrindən çıxarış”surəti, “Vergi ödəyicisinin nizamnaməsinin surəti, VÖEN-nin surətləri Şəxs MMC-nin direktoru X7 tərəfindən könüllü olaraq təqdim edilmişdir. İş materillarında olan Şəxs MMC-nin direktoru X3 izahatından görünür ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanununun 5.1.3-cü maddəsinə əsasən şirkət monitorinq iştirakçısı hesab edilməsə belə müştəriləri hüquqi şəxs olduqda onunla eyniləşdirmə tədbirləri aparılır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 04 oktyabr 2021-ci il tarixli, **********150299 saylı qərara əsasən Şəxs MMC-də vergi müfəttişi Ç.Ş.Abdullayev tərəfindən səyyar vergi yoxlaması keçirilmiş və Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 598.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 20 oktyabr 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolun tərtib etmə əsası kimi Şəxs MMC tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanununun 12-ci maddəsinin tələbləri pozulduğu göstərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” 10 fevral 2009-cu il tarixli, 767-İİİQ nömrəli, Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsində monitorinq iştirakçılarının dəqiq siyahısı göstərilməsinə baxmayaraq Şəxs MMC barəsində əsassız olaraq protokol tərtib edilmişdir. Belə ki, Şəxs MMC tərəfindən MMC direktoru L.Ə.Kərimxanovanın izahatında da göstərdiyi kimi şirkət tərəfindən Qanunun 5.1.3.1 – 5.1.3.4 maddəsində qeyd edilən əməliyyatlar aparılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 4.2-ci maddəsinə əsasən normativ xarakterli aktlar onların icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz. Qeyd edilən müddəa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 dekabr tarixli 533 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası”nda da öz əksini tapmışdır. Belə ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” 10 fevral 2009-cu il tarixli, 767-İİİQ nömrəli, Azərbaycan Respublikası Qanununun 5.1. Monitorinqdə iştirak edən digər şəxslər tərəfindən bu Qanunun 9-11-ci və 12-1-ci maddələrinin tələbləri aşağıdakı qaydada tətbiq olunur: 5.1.1. qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslər, lotereya və idman mərc oyunları təşkilatçıları bu Qanunun 9.2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğdə nağd əməliyyatlar apardıqda; 5.1.2. daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər daşınmaz əmlakın alqısatqısı üzrə əməliyyatları həyata keçirdikdə; 5.1.3. notariuslar, vəkillər, hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri, auditor xidmətləri göstərən şəxslər aşağıdakı əməliyyatları həyata keçirdikdə: 5.1.3.1. daşınmaz əmlakın alqı-satqısı ilə əlaqədar əməliyyatlar; 5.1.3.2. müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması ilə əlaqədar əməliyyatlar; 5.1.3.3. müştərinin bank və ya qiymətli kağız hesablarının idarə olunması ilə əlaqədar əməliyyatlar; 5.1.3.4. hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanılmasının təşkil olunması, habelə hüquqi şəxslərin alqı-satqısı ilə əlaqədar əməliyyatlar. Göründüyü kimi, normativ xarakterli aktın tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsi ilə hər hansı məsuliyyət müəyyən edilə bilməz. Məhz bu tələblərdən irəli gələrək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3.-ci maddəsində ”Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq”monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən daxili nəzarət sisteminin tətbiq edilməməsi, yaxud tam tətbiq edilməməsi məsuliyyətə səbəb olması qeyd edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər”şəxslər tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə”məsul şəxslərin peşə ixtisasına və təcrübəsinə dair Tələblər”in müəyyən edilməsi qeyd edilən Qanunda nəzərdə tutulmamışdır. Bu Tələblərin qəbul edilməsinin nəzərdə tutulduğu “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti haqqında Əsasnamə” isə ölkə Prezidentinin 07.09.2016-cı il tarixli, 1032 nömrəli Sərəncamı ilə ləğv edilmişdir. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC-də aparılan yoxlama ”Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi Qaydaları” na əsaslanaraq keçirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin ”Hüquqi xidmətlər, mühasibat və vergi məsləhətləri xidmətləri göstərən şəxslər tərəfindən ”Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi Qaydaları” Azərbaycan Respublikasının X14 Reyestrinə daxil edilməmişdir. Bu səbəbdən də həmin təlimatın heç bir hüquqi qüvvəsi yoxdur. ”Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.9.-cu maddəsinə əsasən Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. X5 78.1.-ci maddəsinə əsasən Hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının X14 Reyestrinə daxil edilməlidir. ”Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 78.2.-ci maddəsinə əsasən Hüquqi aktlar onları qəbul etmiş dövlət orqanı tərəfindən X14 Reyestrinə daxil edilmək məqsədi ilə həmin aktların qəbul edildiyi gündən üç gün keçənədək göndərilir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İXM-nin 598.1.3-cü maddəsinə edilmiş dəyişikliyə əsasən “hüquqi şəxs olan” sözləri çıxarılaraq “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri əlavə edilmişdir. Maddənin də dispozisiyasından güründüyü kimi hüquqi şəxs anlayışı çıxarılmışdır. Məhkəmə hesab edir ki, protokol tərtib edilərkən obyektiv, tam və hərtərəfli araşdırma aparılmamış, Azərbaycan Respublikasının İXM-nə edilmiş dəyişikliklər nəzərə alınmamış, nəticədə iş üzrə inzibati xəta tərkibinin dörd zəruri elementindən biri olan subyekt düzgün müəyyən edilməmişdir. Azərbaycan Respublikasının “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən monitorinq iştirakçıları cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemini hazırlamalı və həyata keçirməlidirlər. Bu sistem ən azı aşağıdakılardan ibarət olmalıdır: 12.1.8.”monitorinq iştirakçılarında rəhbərlik, habelə struktur bölmələrinin rəhbərliyi səviyyəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların həyata keçirilməsinə nəzarət etməyə, maliyyə monitorinqi orqanı ilə məlumat mübadiləsini həyata keçirməyə, həmçinin monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabatları hazırlamağa və təqdim etməyə məsul şəxsin təyin edilməsi;” Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar araşdırılmamış və ən vacib hesab edilən iş üzrə inzibati xəta tərkibinin dörd zəruri elementindən biri olan subyekt düzgün müəyyən edilməmiş və ya subyektin müəyyən edilməsini təsdiq edən hər hansı möhtəbər sübut məhkəməyə təqdim edilməmişdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan”hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)”inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 53, 114-117, 128-130 və 598.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar