Məhkəmə qərarları › İş №3(006)-3221/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3221/2023

21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3221/2023 21.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu 19-cu polis şöbəsinin sahə inspektoru tərtib etmiş şəxs: X2 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1994-cü il tarixdə Masallı rayonunun Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 21 iyun 2023-cü il tarixdə, saat 07 radələrində ünvan 1 ünvanda ictimai asayişi pozmuş, yüksək səslə ətrafdakı insanları narahat etmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin sahə inspektoru X4 izahatında göstərdi ki, şöbənin əməkdaşları xx.xx.2023-cü il tarixdə, saat 07 radələrində inzibati ərazidə xidmət aparan zaman görmüşlər ki, Nəsimi rayonu, Mircəlal küçəsi, 06 saylı ünvanda yerləşən avtomobil təmir sexinin qarşısında saxlanılmış müxtəlif markalı avtomobillər yolun gedişgəliş hərəkətini məhdudlaşdırır. Bununla əlaqədar olaraq həmin avtomobillərin yerinin dəyişdirilməsi üçün təmir sexini işlədən Asiman adlı şəxsi taparaq ondan yolun hərəkət hissəsini avtomobillərdən boşaltmaq tələb edilmişdir. Lakin Asiman buna riayət etməyərək yüksək səs tonu ilə qışqırmağa başlamışdır. Polis əməkdaşları da ondan ictimai asayişi pozmamağı, vətəndaşları narahat etməməyi xahiş etsələr də, sonuncu buna əhəmiyyət verməmişdir. Asiman 19-cu polis şöbəsinə dəvət olunsa da, bundan imtina etmiş, sonra ona fiziki zor tətbiq olunaraq o, şöbəyə gətirilmişdir. Şöbədə bu şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, 21 iyun 2023-cü il tarixdə, saat 07 radələrində Nəsimi rayonu, Mircəlal küçəsi, 06 saylı ünvanda yerləşən, işlətdiyi avtotəmir sexinin qarşısında bir neçə avtomobili yolun hərəkət hissəsində saxladığı üçün iki nəfər polis əməkdaşı ona yaxınlaşmış və bu avtomobilləri oradan aparmağı tələb etmişlər. Həmin vaxt o, əsəbi olduğundan yüksək səslə polis əməkdaşlarının tələbini yerinə yetirməyəcəyini bildirmiş, onlarla mübahisə etmişdir. Ona yüngül cəzanın verilməsini xahiş edir. Məhkəmədə 19-cu polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili X5 şahid qismində izahatında bildirdi ki, iş yoldaşı X7 ilə birlikdə xx.xx.2023-cü il tarixdə, saat 07 radələrində 19-cu polis şöbəsinin inzibati ərazisində xidmət aparan zaman Nəsimi rayonu, Mircəlal küçəsi, 06 saylı ünvanda yerləşən avtomobil təmir sexinin qarşısında saxlanılmış müxtəlif markalı avtomobillər yolun gediş-gəliş hərəkətini məhdudlaşdırdığını görmüşlər. Bu səbəbdən həmin avtomobillərin yerinin dəyişdirilməsi ilə əlaqədar təmir sexini işlədən Asiman adlı şəxsi taparaq özlərini təqdim etdikdən sonra ondan yolun hərəkət hissəsini avtomobillərdən boşaltmağı tələb etdikdə, sonuncu buna riayət etməyərək yüksək səs tonu ilə “özüm bilərəm, yaxşı edirəm, sizin sözünüzlə hərəkət edən deyiləm” ifadəsini işlətmişdir. Onlar şəxsi yenidən qanuni tələblərə riayət etməyə dəvət etsələr də, sonuncu göstərilənlərə məhəl qoymayaraq öz hərəkətlərini davam etmişdir. Onlar şöbənin avtopatrulunu həmin ünvana çağıraraq onu avtopatrula əyləşdirən zaman Asiman yayınmaq istəmiş, lakin onlar fiziki qüvvə tətbiq edilərək onu polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X7 şahid X3 izahatına uyğun izahat verdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini və iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati həbs tətbiq edilməlidir. Eyni zamanda iş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 21 iyun 2023-cü il tarixdə, saat 07:00-da tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq ona 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 21 iyun 2023-cü il tarixdə, saat 07:00-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar