Məhkəmə qərarları › İş №3(006)-3222/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3222/2022

26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3222/2022 26.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvanına Gürcüstan respublikasından KT015TL nömrəli yük nəqliyyat vasitəsi ilə 22000836;2200837 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi ilə 02 avqust 2022-ci il tarixdə, saat 14:16-da Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş və bakı Baş Gömrük İdarəsində **********1442 sorğu nömrəli, 03 avqust 2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə dair mallar gömrük ərazisinə gətirilməzdən əvvəl, yəni 01 avqust 2022-ci il tarixdə **********5976 sorğu nömrəli qısa idxal bəyannaməsi gömrük orqanına verilmiş, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Belə ki, Gürcüstan Respublikasından Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvanına göndərilmiş mallar KT015TL nömrəli yük nəqliyyat vasitəsi daxil olmuş, **********1442 sorğu nömrəli, 03 avqust 2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Həmin gömrük bəyannaməsinə 14 iyul 2022-ci il tarixli 22000836 nömrəli və ******* nömrəli invoys sənədləri qoşulmuşdur və həmin invoys sənədlərində göstərilən malın dəyəri gömrük bəyannaməsinin 22-ci qrafasında öz əksini tapmışdır, lakin **********1442 sorğu nömrəli, 03 avqust 2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan mallara dair tərtib olunmuş **********5976 sorğu nömrəli, 01 avqust 2022-ci il tarixli qısa idxal bəyannaməsinə yalnız 14 iyul 2022-ci il tarixli 22000836 nömrəli invoys sənədi qoşulmuşdur və bununla da, **********1442 sorğu nömrəli, 03 avqust 2022-ci il tarixli gömrük bəyannaməsinin 22-ci qrafası ilə **********5976 sorğu nömrəli, 01 avqust 2022-ci il qısa idxal bəyannaməsinin 22-ci qrafası arasında uyğunsuzluq yaranmışdır, yəni **********1442 sorğu nömrəli, 03 avqust 2022-ci il tarixli gömrük bəyannaməsinin 22-ci qrafasında ümumi invoys dəyəri 24990,40 Avro göstərildiyi halda **********5976 sorğu nömrəli 01 avqust 2022-ci il tarixli qısa idxal bəyannaməsinin 22-ci qrafasında ümumi invoys dəyər 24640,40 Avro göstərilmişdir. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, Gürcüstan Respublikasından Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvanına göndərilmiş mallar KT015TL nömrəli yük nəqliyyat vasitəsi ilə daxil olmuş, **********1442 sorğu nömrəli 03 avqust 2022-ci il tarixli gömrük bəyannaməsinə qoşulan invoyslar **********5976 sorğu nömrəli, 01 avqust 2022-ci il qısa idxal bəyannaməsinə tam olaraq qoşulmamışdır, bununla da, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Qapalı Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq müəssisənin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 00100-1674/22 (EP 0047807) saylı inzibati xəta haqqında protokolla, gömrük bəyannaməsi və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********1442 saylı gömrük bəyannaməsindən və xx.xx.2022-ci il tarixli, **********5976 saylı qısa idxal bəyannaməsindən görünür ki, **********1442 sorğu nömrəli, 03 avqust 2022-ci il tarixli gömrük bəyannaməsinin 22-ci qrafası ilə **********5976 sorğu nömrəli, 01 avqust 2022-ci il qısa idxal bəyannaməsinin 22-ci qrafası arasında uyğunsuzluq yaranmışdır, yəni **********1442 sorğu nömrəli, 03 avqust 2022-ci il tarixli gömrük bəyannaməsinin 22-ci qrafasında ümumi invoys dəyəri 24990,40 Avro göstərildiyi halda **********5976 sorğu nömrəli 01 avqust 2022-ci il tarixli qısa idxal bəyannaməsinin 22-ci qrafasında ümumi invoys dəyər 24640,40 Avro göstərilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına qısa idxal bəyannaməsi verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 43, 49-51, 114-115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 350 (üç yüz əlli) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar