Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3226/2023 21.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1955-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, İmişli rayonu, Xəlfəli ərazi dairəsi, Xəlfəli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(001)-2350/2019 saylı icra sənədi üzrə Şəxs 150.000 (bir yüz əlli min) manat və 30 (otuz) manat tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi rayon İcra Şöbəsinin icra məmuru R.A.Əhmədov inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 2350/2019 saylı icra sənədinə əsasən Şəxs 150.000 (bir yüz əlli min) manat və dövlət rüsumu kimi ödənilmiş vəsaitinin əvəzi qismində 30 (otuz) manat tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış, borcluya tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmiş, borclunun əmlakı üzərinə xx.xx.2022-ci il tarixli qərarla həbs qoyulmuş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-167/2022 saylı qərardadı ilə borclu Şəxs mülkiyyətində olan Şamaxı şəhəri, 0,08 ha (reyestr nömrəsi: **********67) torpaq sahəsinin üzərinə həbs qoyulmuş, xx.xx.2022-ci il tarixli qərar əsasında həmin ərazinin qiymətləndirilməsi üçün "xxxx" MMC-dən mütəxəssis dəvət edilmişdir. Daha sonra həmin torpaq sahəsi hərraca çıxarılmış, hərracın yekunları barədə N251/22 saylı protokola əsasən 32.000 manat qiymətlə "xxxx" ASC tərəfindən alınmışdır. Bundan sonra tərəfindən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Nəsimi Rayon Məhkəməsinə təqdimat verilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 8(006)-167/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2350/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Şəxs mülkiyyətində olan Şamaxı şəhəri, 0,08 ha (reyestr nömrəsi: **********67) torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Belə ki, görülmüş tədbirlərə əsasən 150.000 (bir yüz əlli min) manat borcdan 32.000 manat tələbkara ödənilmişdir. Tərəfindən müvafiq qurumlara sorğular verilmiş və borclunun adına hər hansı daşınar və daşınmaz əmlak qeydə alınmamışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan əlavə icra məmuru R.A.Əhmədov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra sənədi icraatına Binəqədi rayon icra şöbəsindən daxil olmuş, borclu xaricdə olduğu üçün barəsində axtarış verilmişdir. Sonuncunun adına qeydə alınmış Şamaxı şəhərində 0,08 ha torpaq sahəsi hərraca qoyularaq 32.000 manata satılmış və tələbkara ödənilmişdir. Hal-hazırda borclunun ödənilməmiş 118.000 manat borcu qalmışdır. Bundan başqa, borclu 268 manat təqaüd alır, lakin həmin təqaüdə yönəldilmə olmamışdır, səbəbi isə təqaüdünün olmasının sistemdə görülməməsi olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, o, icra sənədindən məlumatlıdır. Barəsində axtarış işi açıldığını bilməmişdir. Həmçinin adına hər hansı daşınar və ya daşınmaz əmlak yoxdur, adına olan əmlak hərraca qoyularaq satılmış və 32.000 manat məbləğində pul tələbkara ödənilmişdir. Bundan başqa, onun səhhəti yaxşı deyil, 2 dəfə ağır ürək əməliyyatı keçirmişdir, maddi imkanı aşağıdır və yalnız təqaüd alaraq dolanışığını təmin edir. Həmçinin o, İmişli rayonunda qeydiyyatdadır və orada yaşayır. Göstərilənləri, adına hər hansı daşınar və ya daşınmaz əmlakın olmamasını, tələbkara 32.000 manat məbləğində pul ödəniş etməsini, səhhətinin yaxşı olmamasını, 2 dəfə ağır ürək əməliyyatı keçirməsini, maddi imkanının aşağı olmasını və yalnız təqaüd alaraq dolanışığını təmin etməsini nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən nümayəndə və vəkil R.F.Umudov bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs adına olan əmlakı Ali Məhkəmənin qərarına əsasən 4 hissəyə bölünmüş, əmlak 45.000 manat məbləğində qiymətləndirilmişdir. Əmlakla bağlı 4 dəfə hərrac keçirilmiş, 1-ci dəfə əmlakın qiyməti 10%, sonradan 36.000 manata düşmüş, sonra 32.000 qiyməti manata düşmüş, bundan sonra banka həmin pul ödənilmişdir. Həmçinin bildirmişdir ki, Şəxs iki dəfə Türkiyədə ürək əməliyyyatı olmuş, ahıl yaşdadır və doğulub böyüdüyü yerdə yaşamaq istəyir. Bundan başqa, Şəxs heç vaxt qeydiyyatda olduğu ünvanda yaşamamışdır. Həmçinin sonuncu "xxxx" ASC-dən kredit götürmədiyi halda onun barəsində tədbirlər görülür. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-2350/2019 saylı icra sənədindən görünür ki, Şəxs 150.000 (bir yüz əlli min) manat və dövlət rüsumu kimi ödənilmiş vəsaitinin əvəzi qismində 30 (otuz) manat tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Binəqədi Rayon İcra Şöbəsi tərəfindən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-2350/2019 saylı icra vərəqəsi üzrə həmin tarixdə icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Binəqədi Rayon İcra şöbəsinin bildirişindən görünür ki, borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli borclunun əmlakı üzərinə həbs qoyulması haqqında Nəsimi rayon icra şöbəsinin qərarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2350/19 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Şəxs məxsus Şamaxı şəhəri, 0,08 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)- 167/2022 saylı qərarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2350/19 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Şəxs məxsus Şamaxı şəhəri, 0,08 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında Nəsimi rayon icra şöbəsinin qərarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2350/19 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası üçün hərracda satılmalı olan Şamaxı şəhəri, 0,08 ha torpaq sahəsinin qiymətləndirilməsi üçün "xxxx" MMC-dən mütəxəssis dəvət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzinin xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Şəxs məxsus Şamaxı şəhəri, 0,08 ha torpaq sahəsi təkrar hərracda alış qiyməti 32.000 (otuz iki min) manat olmaqla, "xxxx" ASC-yə satılmışdır. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)- 41/2023 saylı qərardadından görünür ki, təqdimat təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-167/2022 saylı qərardadı ləğv edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-2350/2019 saylı icra sənədi üzrə borclu Şəxs mülkiyyətində olan Şamaxı şəhəri, 0,08 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. İş materiallarında olan müvafiq qurumlardan olan elektron çıxarışlardan görünür ki, borclu Şəxs adına hər hansı daşınar və ya daşınmaz əmlak qeydə alınmamışdır. İş materiallarında olan T.C.Çukurova Üniversitesi X1 çıxarışdan görünür ki, Şəxs həmin xəstəxanada müalicə almışdır. İş materiallarında olan borclu V.Ə.Talıbov tərəfindən Nəsimi rayon icra şöbəsinə ünvanlanmış ərizədən görünür ki, icraatında ondan tələbkar "xxxx" ASC-nin xeyrinə pul vəsaitinin tutulmasına dair Binəqədi Rayon Məhkəməsinin 2(001)-2350/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi vardır. Qeyd edir ki, Şəxs əvvəllər ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğundan icra sənədi aidiyyəti üzrə icra olunmasından ötrü Nəsimi rayon icra şöbəsinə göndərilmişdir. Lakin o, uzun müddətdir ki, həmin mənzildə yaşamır. Faktiki olaraq yaşadığı və doğulduğu İmişli rayonu, Xəlfəli kəndində yaşayış yeri üzrə qeydiyyata alınmışdır, buna görə də barəsində olan hazırki icra sənədinin ərazi aidiyyəti üzrə olduğu yerə - İmişli rayon icra şöbəsinə göndərilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsaasən və qüvvədə olan Qanunvericiliyin tələblərini rəhbər tutaraq əminliklə hesab edirik ki, Ərizə tam əsaslıdır və qanuna uyğundur. Onun üçün təmin edilməli, İcra sənədi ərazi aidiyyəti üzrə icra olunmasından ötrü İmişli rayon İcra şöbəsinə göndərilməlidir. İş materiallarında olan İmişli RİHB-nin Xəlfəli kənd İƏD-i üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs İmişli rayonu, Xəlfəli kəndində qeydiyyatdadır və orada yaşayır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-2350/2019 saylı icra sənədinə əsasən Şəxs 150.000 (bir yüz əlli min) manat və dövlət rüsumu kimi ödənilmiş vəsaitinin əvəzi qismində 30 (otuz) manat tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi üzrə icraata xx.xx.2022ci il tarixli qərarla icraata başlanılmış, borcluya tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmiş, borclunun əmlakı üzərinə xx.xx.2022-ci il tarixli qərarla həbs qoyulmuş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-167/2022 saylı qərardadı ilə borclu Şəxs mülkiyyətində olan Şamaxı şəhəri, 0,08 ha (reyestr nömrəsi: **********67) torpaq sahəsinin üzərinə həbs qoyulmuş, xx.xx.2022-ci il tarixli qərar əsasında həmin ərazinin qiymətləndirilməsi üçün "xxxx" MMC-dən mütəxəssis dəvət edilmişdir. Daha sonra həmin torpaq sahəsi hərraca çıxarılmış, hərracın yekunları barədə N251/22 saylı protokola əsasən 32.000 manat qiymətlə "xxxx" ASC tərəfindən alınmışdır. Bundan sonra icra məmuru tərəfindən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Nəsimi Rayon Məhkəməsinə təqdimat verilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 8(006)-167/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2350/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Şəxs mülkiyyətində olan Şamaxı şəhəri, 0,08 ha (reyestr nömrəsi: **********67) torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Belə ki, görülmüş tədbirlərə əsasən 150.000 (bir yüz əlli min) manat borcdan 32.000 manat tələbkara ödənilmişdir. Tərəfindən müvafiq qurumlara sorğular verilmiş və borclunun adına hər hansı daşınar və daşınmaz əmlak qeydə alınmamışdır. Buna görə də xx.xx.2023-cü il tarixdə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu Şəxs mülkiyyətində olan torpaq sahəsi hərraca qoyularaq satılmış və borc məbləğindən 32.000 manat ödəniş edilmiş, bundan başqa, borclu İmişli rayonunda qeydiyyatdadır və orada yaşayır, buna baxmayaraq icra sənədi borclunun qeydiyyatda olduğu və ya yaşadığı ünvana göndərilməmişdir. Həmçinin icra məmuru tərəfindən borclunun adına hər hansı mülkiyyətin olması ilə bağlı müvafiq qurumlara sorğu verilmiş, lakin heç bir əmlak aşkar edilməmiş və icra sənədi üzrə borcun ödənilməsi borclunun aldığı təqaüdə yönəldilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi hazırda sözügedən icra sənədi üzrə borc borclu Şəxs tərəfindən ödənişlər edildiyindən və borcun ödənişindən yayınmadığından həmin icra sənədinin sonuncu tərəfindən qərəzli olaraq icra edilməməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3226/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3226/2023
21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver