Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-323/2022 07.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Qərarından şikayət verilən orqan: Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X1 iştirakları ilə X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 12.01.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək onun ləğv edilməsini xahiş etmiş və bunun səbəbi kimi avtomobilin dövlət qeydiyyat nişanının bir rakursdan çəkildiyini göstərmişdir. Məhkəmə iclasında qərarı qəbul etmiş qurumun nümayəndəsi X3 izahatında göstərdi ki, X4 tərəfindən verilmiş şikayət əsassız olduğundan Bakı Nəqliyyat Agentliyinin 12.01.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, E.Məmmədov idarə etdiyi “Haval Jolion” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 11.01.2022-ci il tarixdə, saat 19:37:09-19:41:58 aralığında Bakı şəhəri, Nəsimi rayonu, İslam Səfərli küçəsində 3.27 (Dayanmaq qadağandır) yol nişanının təsir dairəsində saxlanılmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən dayanmanın qadağan edildiyi yerlərdə məcburi dayanma və üstün hərəkət rejiminə malik nəqliyyat vasitələrinin dayanması halı istisna olmaqla nəqliyyat vasitələrinin hərəkətsiz vəziyyətə gətirilməsi yolverilməzdir. İnzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərar və fotoşəkil ilə tam təsdiq olunur və bu hal da şəxsin həmin Məcəllənin 346.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq şikayətin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayət vermiş şəxsə rəsmi məlumat verilsə də, şikayətçi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 12.01.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X4 “Haval Jolion” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 11.01.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, İslam Səfərli küçəsində dayanma və ya durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir; Bakı Nəqliyyat Agentliyinin internet portalından olan fotoşəkildən görünür ki, 11.01.2022-ci il tarixdə, saat 19:37:09-19:41:58 aralığında “Haval Jolion” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, İslam Səfərli küçəsində yolun kənarında dayanıb, yolun başında 3.27 (Dayanmaq qadağandır) yol nişanı quraşdırılıb. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X4 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 29 və 31-ci bəndlərinə görə nəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Nəqliyyat vasitəsinin durması — əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi dayanma və ya durma qaydalarını pozmağa görə məsuliyyət müəyyən edir. Beləliklə müəyyən edilir ki, X4 idarə etdiyi “Haval Jolion” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 11.01.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, İslam Səfərli küçəsində dayanma və ya durma qaydalarını pozmuş və bununla bağlı o haqlı olaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 12.01.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 12.01.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-323/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-323/2022
07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver