Məhkəmə qərarları › İş №3(006)-324/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-324/2022

07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-324/2022 07.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Barəsində icraat aparılan şəxs: "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə "xxxx" ASC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsi, 13, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi üzrə tərtib olunmuş 05.01.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Protokola görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2(006)-3095/2021 saylı icra vərəqəsinə görə "xxxx" ASC tərəfindən tərtib edilmiş 29.01.2021-ci il tarixli, R 210207 saylı akt ləğv edilmiş, bu akt əsasında hesablanmış 360,57 manat cərimə borcu silinmişdir. Lakin borclu "xxxx" ASC icra sənədini icra etməmiş, bu vəsaiti silməmişdir. Məhkəmə iclasında barəsində icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2(006)-3095/2021 saylı qətnaməsi ilə iddiaçı X2 iddia tələbi təmin edilmiş, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 29.01.2021-ci il tarixli, R 210207 saylı akt ləğv edilmiş, bu akt əsasında hesablanmış 360,57 manat cərimə borcun silinməsi qət olunmuşdur. Qeyd edir ki, 29.01.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən X1 yaşayış ünvanına quraşdırılmış elektrik sayğacına baxış zamanı onun qrifinin əriməsi müəyyən edilmiş və bununla bağlı 29.01.2021-ci il tarixli, R 210207 saylı baxış aktı tərtib olunmuşdur. Həmin akt əsasında istehlakçıya heç bir borc hesablanmamışdır. Buna görə də həmin akt üzrə hər-hansı borc məbləğinin silinməsi mümkün deyil və bu barədə Nəsimi rayon İcra şöbəsinə də məlumat verilmişdir. X1 hazırda borcu 164,16 manat təşkil edir və bu borc da hələ "xxxx" ASC-nin dövründən qalıb. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2(006)- 3095/2021 saylı icra vərəqəsinə görə "xxxx" ASC tərəfindən tərtib edilmiş 29.01.2021-ci il tarixli, R 210207 saylı akt ləğv edilmiş, bu akt əsasında hesablanmış 360,57 manat cərimə borcu silinmişdir; - "xxxx" ASC tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış 03.09.2021-ci il tarixli, 01/05-06/4336 saylı məktubda qeyd olunur ki, abonent X4 barəsində tərtib edilmiş 29.01.2021-ci il tarixli, R 210207 saylı akt baxış aktı olduğundan və istehlakçıya akt üzrə borc hesablanmadığından, icra sənədində göstərilən məbləğin silinməsi mümkün deyil; - “Abunə haqqında” məlumata əsasən X2 "xxxx" ASC-yə 154,16 manat borcu var və bu sənəddə ona R 210207 saylı baxış akt ilə borcun hesablanmadığı görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Məhkəmədə müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.06.2021ci il tarixli, 2(006)-3095/2021 saylı qətnaməsi ilə iddiaçı X2 iddia tələbi təmin edilmiş, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 29.01.2021-ci il tarixli, R 210207 saylı akt ləğv edilmiş, bu akt əsasında hesablanmış 360,57 manat cərimə borcun silinməsi qət olunmuşdur. Lakin bu akt "xxxx" ASC-nin əməkdaşları tərəfindən istehlakçıya quraşdırılmış elektrik sayğacına baxışla bağlı tərtib edilmiş və onun əsasında istehlakçıya heç bir borc hesablanmamışdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu "xxxx" ASC-nin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar