Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3251/2022 26.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Gigiyena Epidemiologiya Mərkəzi”nin xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Gigiyena Epidemiologiya Mərkəzi”nin xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, 3(004)-4086/2022 saylı qərardadına əsasən T.F.Bağırovun barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət üzrə iş aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Respublika Gigiyena Epidemiologiya Mərkəzinin 26 aprel 2021-ci il tarixli, ******* nömrəli protokoluna əsasən guya “X4 Bakı” restoranında aparılan monitorinq zamanı işçinin fərdi qoruyucu vasitədən tibbi maskadan düzgün istifadə etmədiyi halı aşkar olunmuşdur. Buna görə də o, Səhiyyə Nazirliyinin “Respublika Gigiyena Epidemiologiya Mərkəzi” ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş iizrə qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə olunmuşdur. O, həmin qərardan narazıdır və sadalananlara əsasən həmin qərarı əsassız və qanunsuz hesab edir. Belə ki, restoranda pandemiya ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarlarına və digər normativ aktların tələblərinə hər zaman əməl olunmuşdur. Sözügedən qərar qanunsuz olaraq qəbul edilmişdir, hər hansı bir sübuta və dəlilə əsaslanmır. Hesab edir ki, barəsində qəbul edilmiş AR İXM-nin 211.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli deyil, iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Bundan başqa AR Səhiyyə Nazirliyinin “Respublika Gigiyena Epidemiologiya Mərkəzi” ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının qəbul edilməsinə əsas olmuş protokol İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə müvafiq olaraq tərtib edilməmişdir. Ona görə də həmin protokol da mötəbər sübut kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən Səhiyyə Nazirliyinin “Respublika Gigiyena Epidemiologiya Mərkəzi******* nömrəli, 21.05.202l-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi, barəsində İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə inzibati xəta işi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçiyə və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Gigiyena Epidemiologiya Mərkəzi”nə lazımi qaydada məlumat verilsə də, şikayətçi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Gigiyena Epidemiologiya Mərkəzi”nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçinin və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Gigiyena Epidemiologiya Mərkəzi”nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarında olan bidldirişdən görünür ki, şikayətçinin yaşayış yerinin ünvanı ünvan 1ir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, şikayətçinin şikayətçinin yaşayış yerinin ünvanı ünvan 2nvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir. İş materiallarına əlavə edilmiş SMS xəbardarlığı AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişdən görünür ki, şikayətçi T.F.Bağırova məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə keçiriləcək məhkəmə iclasının vaxtı və yeri barədə SMS bildiriş göndərilmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, restoranda aparılan monitorinq zamanı işçinin fərdi qoruyucu vasitədən, tibbi maskadan düzgün istifadə etmədiyi halı aşkar olunmuş, nəticədə “X4 Baku” restoranın direktoru T.F.Bağırov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Yasamal rayon İcra şöbəsi tərəfindən borclu T.F.Bağırovdan tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. Həmin bildirişi T.F.Bağırov xx.xx.2022-ci il tarixdə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icra ödənişinin alınması barədə qərardan görünür ki, icra sənədi üzrə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 21 ünvanında yerləşən “X4 Baku” restoranının direktoru T.F.Bağırovdan cəmi 42 (qırx iki) manat məbləğində icra ödənişinin tutulmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Gigiyena Epidemiologiya Mərkəzi”nin PHŞ-nin Yasamal rayon icra şöbəsinə ünvanladığı məktubun surətindən görünür ki, “Azərbaycan Respublikasının ərazisində xüsusi karantın rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 160 nömrəli Qərarı ilə müəyyən edilmiş sahələrdə və istiqamətlərdə xüsusi sanitar rejim tətbiq edilməsi ilə bağlı olaraq, “Sanitariya-epidemıoloji Salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanunun 34-cü maddəsini rəhbər tutaraq, Sanıtarıya-epidemioloji xidmətin nümayəndəsi tərəfindən Nəsimi rayonu. Bülbül prospekti 21 ünvanında yerləşən “X5 Baku” restoranında müvafiq monitorinq aparılmışdır. Sanitar-epidemioloji xidmətin mütəxəssisi tərəfindən Nəsimi rayonu, Bülbül prospekti 21 ünvanında yerləşən “X4 Baku” restoranında COVİD-19 infeksiyasının profilaktikasına dair aparılmış monitorinq zamanı aşkar olunmuş nöqsanlarla əlaqədar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinə əsasən sözügedən məkanın direktoru T.F.Bağırov barəsində tərtib olunmuş xx.xx.2021-ci tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında, sözügedən şəxs xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla cərimə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli, ******* saylı protokol əsasında “X4 Baku” restoranının aparılan monitorinq zamanı işçinin fərdi qoruyucu vasitədən, tibbi maskadan düzgün istifadə etmədiyi halı aşkar olunmuş nəticədə restoranın direktoru T.F.Bağırov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, şikayətçi tərəfindən şikayət ərizəsinin məzmunu ümumi sözlərlə əsaslandırılmış, sadəcə “X4 Baku” restoranında işçilərin pandemiya ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarlarına və digər normativ aktların tələblərinə hər zaman əməl olunduğunu bildirmişdir. Lakin şikayətçi məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə tərəfindən lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və şikayət ərizəsində göstərdiyi halı təsdiq edəcək hər hansı sənəd və sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, şikayətçinin barəsində tətbiq edilmiş İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinində dizpozisiyasından görünür ki, inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində həmin Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblər təkrar pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitəvə ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Gigiyena Epidemiologiya Mərkəzi”nin xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan T.F.Bağırovun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Gigiyena Epidemiologiya Mərkəzi”nin xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3251/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3251/2022
26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver