Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3252/2021 01.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X6 Şikayət vermiş şəxs: X2 iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin rəisi tərəfindən qəbul edilmiş 27.04.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 25.04.2021-ci il tarixdə Nəsimi rayonu, Nizami küçəsində hərəkətdə olarkən 22-ci polis şöbəsinin əməkdaşı Kamran Əliyev tərəfindən saxlanılaraq qoruyucu tibbi maskanın burun nahiyəsindən aşağıda olduğundan karantin qaydalarına əməl etmədiyinə görə barəsində cərimə tətbiq edilmişdir. O, polislərə heç bir qayda pozuntusu olmadığını, sadəcə qəfildən hərəkətdə olarkən maskanın ağız nahiyəsinə doğru endiyini bildirsə də, buna əhəmiyyət verməyib tənbeh tətbiq etmişlər. Belə ki, polis onu saxladıqda maska onun ağız nahiyəsində olmuş, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində konkret hansı hallarda cərimə tətbiq olunacağı, yaxud maska burun və ya ağız nahiyəsindən aşağıya düşdükdə hansı müddəa tətbiq ediləcəyi göstərilməmişdir. Nazirlər Kabinetinin qərarında yalnız açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə zəruri hesab edilir. Buna baxmayaraq onun barəsində əsassız olaraq Nəsimi Rayon Polis İdarəsinin 22ci polis şöbəsinin əməkdaşı K.Əliyev tərəfindən 25.04.2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi üzrə protokol tərtib olunmuş, həmin protokol əsasında qəbul olunan 27.04.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarla 200 manat məbləğində cərimə olunmuşdur. Bundan əlavə, o həmin ərazidə polis əməkdaşına digər şəxsləri göstərib bəzilərində də tibbi maskalarının ağız və ya burun nahiyəsindən aşağıda olduğunu, bu səbəbdən tətbiq olunan diskriminasiyanın düzgün olmadığını bildirdim. Onun aylıq qazancının 269 manat olmasına baxmayaraq 200 manat məbləğində əsassız yerə cərimə ödəməyi ədalətli hesab etmir. Göstərilənləri nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayəin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, o, bu qərardan əvvəl də İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi üzrə cərimə edilmiş və onu ödəməmişdir. Şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 27.04.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X1 Xətalar Məcəlləsinin 211.3-cü maddəsi üzrə 200 manat cərimə edilmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə nəticəyə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.11.2020ci il tarixli, 451 saylı Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi məcburidir. Həmin Qərar “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.05.2021-ci il tarixli, 151 saylı Qərarının 5-ci bəndinə əsasən ləğv edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi internet portalında olan “Tibbi maskalar barədə ümumi maarifləndirici məlumat”da qeyd olunur ki, qoruyucu tibbi maskanı düzgün şəkildə bütün perimetrləri üzrə onu üzə maksimal dərəcədə sıxlaşdırmaqla istifadə etmək lazımdır. Göründüyü kimi, X3 şikayətində törətdiyi əməli inkar etməyərək Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşı tərəfindən saxlanılarkən tibbi maskasının burun nahiyəsindən aşağıda olduğunu bildirib artıq ondan tənəffüs yollarını qoruyan fərdi vasitə kimi təyinatı üzrə düzgün istifadə olunmadığını etiraf etməsinə baxmayaraq, tutarsız dəlillər gətirməklə baş vermiş hadisədə doğruluğunu təsdiq etməyə çalışmışdır. Şikayət vermiş M.Məmmədzadə tərəfindən hadisənin baş verdiyi dövrdə qüvvədə olan açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin məcburiliyinə dair karantin qaydasının pozulması faktının inkarı heç bir əsaslı sübutla öz təsdiqini tapmır. Beləliklə, M.Məmmədzadənin əməlində İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinin tərkib əlamətləri olduğundan o, düzgün olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin rəisi tərəfindən qəbul edilmiş 27.04.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3252/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3252/2021
01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver