Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3252/2022 14.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi ilə, X2 Bakı şəhəri BPİ-nin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri BPİ-nin X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022 tarixli TP4921934 saylı inzibati tənbeh vermə haqqında qərarın mübahisələndirilməsi və ləğv edilməsi barəsində Ağdaş rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə yazılmış qərarın hüquq pozuntuları ilə qəbul edildiyini nəzərə almış və xx.xx.2022 tarixli 3(014)-152/2022 nömrəli qərarla həmin inzibati qərara xitam vermiş,yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nə göndərmişdir. Bundan sonra o, Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsin 110.1-ci maddəsinə rəhbər tutaraq Bakı şəhər DYPİ-nə müraciət etmiş, vəsatəti əsasında inzibati qərarın yaşadığı yer üzrə Ağdaş polis bölməsində araşdırılmasını xahiş etsə də bu rədd edilmişdir. Məhkəmənin qəbul etdiyi qərar müddətinin üzərindən 4 aydan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh orqan tərəfindən qərar icra edilməmişdir. Bunun nəticəsində cərimənin üzərinə dəbbə hesablanmış və sürücülük hüququm məhdudlaşdırılmışdır. Həmçinin, avtomobili texniki baxışdan keçirilməsinə əngəl törədilmişdir. Bu barədə rəsmi şəkildə Baş X7 idarəsinə müraciət etmişdir. Onunla telefon vasitəsilə əlaqə saxlayan həmin polis bölməsinin əməkdaşı özlərinə haqq qazandıraraq bu qanunsuzluğa növbətçi sözlərdən ibarət cavab vermişdir. Polis əməkdaşı ona işə baxılması haqqında bildiriş göndərəcəklərini bildirmişdir. Ünvanına xx.xx.2022 tarixdə Bakı şəhər DYPİ tərəfindən bildiriş daxil olmuş və o, işə baxılması üçün guya xx.xx.2022-ci tarixdə həmin bölmədə olması qeyd edilmişdir (yəni keçmişə səyahət etməliyəm). Bildirişin ünvanına niyə gec göndərilməsi onda şübhə yaratmış və o, Ağdaş rayon mərkəzi poçt şöbəsinə müraciət etmişdir. Əldə etdiyi rəsmi məlumatda qeyd edilmişdir ki, SS679283608 AZ nömrəli poçt göndərişi DYPİ-i idarəsi tərəfindən xx.xx.2022 tarixdə mübadilə məntəqəsinə daxil olmuş, xx.xx.2022 tarixdə Ağdaş rayon mərkəzi poçt şöbəsinə çatmış və xx.xx.2022 tarixdə ona rəsmən təhvil verilmişdir. O, yenidən həmin polis bölməsi ilə əlaqə saxlamış və göndərdikləri bildirişin ona işə baxılması müddətindən 25 gün sora çatdırıldığını bildirmişdir. Əməkdaşlar yenə də öz əməllərinə haqq qazandırmışlar. Elektron ünvanına və telefonuna sms vasitəsilə xx.xx.2022-ci il tarixli TP5184407 nömrəli qərar barədə bildiriş gəlmişdir. Beləliklə, iştirakı olmadan və yeni sübutlar ortalığa çıxarılmadan eyni məzmunlu qərar sistemə yerləşdirilmişdir. Göstərilənlərə əsasən, Bakı şəhəri BPİ-nin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxs və Bakı şəhəri BPİ-nin X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri BPİ-nin X7 İdarəsinin xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. İş materiallarında olan Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 İXM-in 327.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 60 manat məbləğində cərimə edilmişdir. Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(014)-152/2022 saylı qərarı ilə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin YPX-nin inspektoru, polis baş serjantı X3 tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş inzibati xəta haqqında iş üzrə TP4921934 saylı qərarın ləğv edilməsi və qeyd olunan inzibati xəta haqqında işin yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 öncədən Ağdaş rayon Məhkəməsinə şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat inzibati qaydada cərimə edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin YPX-nin inspektoru, polis baş serjantı X1 xx.xx.2022-ci il tarixli, TP4921934 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması məhkəmədən xahiş etmişdir. Ağdaş rayon Məhkəməsində A.A.Rəcəbovun şikayəti üzrə araşdırma aparılarkən müəyyən edilmişdir ki, X4 barəsində xx.xx.2022-ci il tarixli, İXP4529037 saylı inzibati xəta haqqında qərar qəbul edilməzdən əvvəl, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin izahatı alınmamış, hüquq və vəzifələri izah edilməmiş, inzibati xəta haqqında protokol tərtib edilmədən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin YPX-nin inspektoru, polis baş serjantı X3 tərəfindən inzibati xəta haqqında qərar qəbul edilmişdir. Beləliklə, mübahisələndirilən qərar ləğv edilərək iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nə göndərilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri BPİ-nin X7 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(014)-152/2022 saylı qərarında göstərilənlər nəzərə alınmadan, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin iştirakı təmin edilib izahatı alınmadan onun barəsində yenidən inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayət əsaslıdır. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Bakı şəhəri BPİ-nin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri BPİ-nin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3252/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3252/2022
14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver