Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3253/2021 17.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 05 avquts 1994-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Şıxmahmud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 55RF8AA), subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Şıxmahmud kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 21 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Kommersiya Məhkəməsinin e-2- 2(103)-2309/2021 saylı, 21 iyun 2021-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 16846 (on altı min səkkiz yüz qırx altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulu tutularaq "xxxx" MMC-yə ödənilməsi göstərilmişdir. Lakin "xxxx" MMC-nin rəhbəri Şəxs icra sənədini üzrsüz səbəbdən icra etmir və bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(103)-2309/2021 saylı, 21 iyun 2021-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMCdən 16846 (on altı min səkkiz yüz qırx altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata 31 avqust 2021-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş və xəbərdarlıq göndərilmişdir. "xxxx" MMC-nin rəhbəri Şəxs Nəsimi rayon İcra Şöbəsinə dəvət edilərək izahatları alınmış, lakin həmin şəxs icra sənədi üzrə öhdəliyini apellyasiya vermək bəhanəsi ilə icra etməmişdir. İcra sənədini bugünədək icra etməməsi borclu Şəxs icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına əsas verir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(103)-2309/2021 saylı, 21 iyun 2021-ci il tarixli icra sənədinə əsasən rəhbəri olduğu "xxxx" MMC-dən 16846 (on altı min səkkiz yüz qırx altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. O, həmin icra sənədi üzrə Nəsimi rayon İcra Şöbəsinə dəvət edilmiş və həmin vaxt apellyasiya şikayəti verəcəyini bildirməklə icra məmurunun qanuni tələbini yerinə yetirməkdən boyun qaçırmadığını izah etmişdir. Hal-hazırda onun verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin icraatına qəbul edilmiş və həmin iş üzrə icraat davam etdirilir. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol Nəsimi rayon icra şöbəsinə geri qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qərardadına əsasən "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair Bakı Kommersiya Məhkəməsinin e-2-2(103)-2309/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilmiş və iş üzrə məhkəmə iclası 22.12.2021-ci il tarixə, saat 12:40-a təyin edilmişdir. Qeyd olunan hal isə iş üzrə Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsini istisna edir. Göstərilənlərə əsasən hazırki halda iş üzrə toplanmış materiallara əsasən icra sənədi üzrə tələbin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən qərəzli və ya üzürsüz səbəbdən icra edilməməsini məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılsın. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3253/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3253/2021
17.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver