Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3256/2021 10.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 06.09.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 06.09.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin 06 sentyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən 3500 (üç min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərar ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada 28 sentyabr 2021-ci il tarixində təqdim edilmişdir. Həmin qərar qanunvericilik normalarının kobud surətdə pozulması şəraitində çıxarılmışdır. Belə ki, onun tərəfindən ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsi halına yol verilməmişdir. O, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Eyni məsələ ilə bağlı Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli, 3(002)-892/2021 saylı qərarı ilə "xxxx" MMC-nin İXM-in 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərarlaşdırılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 01.09.2021-ci il tarixli, 3(103)-1990/2021 saylı qərarı ilə Apelyasiya şikayətinin təmin edilməməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin "xxxx" MMC barəsində olan MN seriyalı, ******* nömrəli, 18 iyun 2021ci il tarixli inzibati xəta haqqmda qərarının ləğv edilməsi və inzibati xəta haqqında işə xitam verilməsinə dair Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 3(002)- 892/2021 saylı qərarının dəyişdirilmədən saxlanılması qərarlaşdırılmışdır. Onlar heç bir bildiriş almamışlar. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 06.09.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onlara inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun yalnız inzibati tənbeh vermə haqqında qərarı daxil olmuş, məcburi göstəriş məktubu onlara daxil olmamışdır. Göstərilənlərə əsasən, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 izahatında bildirdi ki, 21.06.2021-ci il tarixli, MG/2621-032 nömrəli icrası məcburi olan göstərişin icra vəziyyəti 09.08.2021-ci il tarixində araşdırılması zamanı X4 tərəfindən qanunvericiliyin tələbinə əməl edilməməsi müəyyən edilmiş və sonuncu barəsində 13 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 06.09.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən E.A.Cəfərli İXM-nin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3500 manat məbləğində cərimə edilmişdir. Sözügedən qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Göstərilənlərə əsasən, şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan 13 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 11 X5 və Təbii Sərvətlər İdarəsi tərəfindən 21.06.2021-ci il tarixli məcburi göstərişin tələblərinin yerinə yetirilməməsinə görə “Şpal” zavodunun rəhbəri X4 barəsində Azərbaycan Respublikasının İXM-in 541-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 06 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 11 X5 və Təbii Sərvətlər İdarəsinin rəisi X2 “Şpal” zavodunun rəhbəri X4 barəsində Azərbaycan Respublikası İXM-in 541-ci maddəsi ilə tərtib edilmiş 21.06.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola baxaraq sonuncunun 3500 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin “Şpal” zavodunun rəhbəri X3 ünvanladığı 21.06.2021-ci il tarixli məcburi göstərişdən görünür ki, qalaqlanmış tullantıların qanunamüvafiq qaydada ərazidən daşınması təmin edilərək müəssisə daxili ətraf mühitin müəssisə monitorinqi və ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatları (tullantıların invertarlaşdırılması tullantı mənbələrinin yerinin müəyyənləşdirilməsi, 2TG statistik hesabatlar) aparılaraq 11 X5 və Təbii Sərvətlər İdarəsinə məlumat verilməsi, müəssisənin fəaliyyəti ilə bağlı otaraq qurğu və avadanlıqların pasportu, təhlükəli tullantılara görə xüsusi icazə və həmçinin ekoloji pasportu 11 X5 və Təbii Sərvətlər İdarəsinə təqdim edilməsi, fəaliyyət zamanı yaranan bütün növ tullantıların qanunvericiliyin tələblərinə uyğun olaraq idarə olunması təmin edilməsi və bu barədə 11 X5 və Təbii Sərvətlər İdarəsinə məlumat verilməsi tələb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 541-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görəfiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin 21.06.2021-ci il tarixli məcburi göstərişini yerinə yetirməməyi ilə əlaqədar “Şpal” zavodunun rəhbəri X4 barəsində protokol tərtib edilmiş, protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən qəbul edilmiş 06 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara görə E.A.Cəfərli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən 3500 manat məbləğində cərimə olunmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin 21.06.2021-ci il tarixli məcburi göstərişinin X3 çatdırılması faktı təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi qaydası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsi ilə tənzimlənir və həmin qaydalara əməl etməklə çatdırılmış sənəd rəsmi qaydada verilmiş sənəd hesab edilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Qeyd olunan Məcəllənin 57.3-cü maddəsinə görə ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Beləliklə, yerinə yetirilməsi tələb edilən məcburi göstərişin X3 İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələblərinə uyğun rəsmi qaydada çatdırılması təsdiq edilmir. Belə bir vəziyyətdə rəsmi qaydada çatdırılması təsdiq edilməyən göstərişin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 06.09.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 06.09.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3256/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3256/2021
10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver