Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3258/2021 22.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 İnzibati xəta haqqında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi protokolu tərtib etmiş: yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin rəis müavini X1 iştirakları ilə “X6 Hüquq Şirkəti” MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küç., ev 239, m.104, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.4-cü maddəsi üzrə tərtib olunmuş 21.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Protokola görə “X6 Hüquq Şirkəti” MMC tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda verilən yazılı göstərişlər icra edilməmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X2 izahat verərək bildirdi ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı “X6 Hüquq Şirkəti” MMC-dən “Yoxlama üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” 05.10.2021-ci il tarixli Tələbnaməyə əsasən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqi ilə bağlı əlavə məlumat və sənədlərin lazımi qaydada təsdiq edilmiş surətlərinin 7 iş günü müddətinə, yəni 14.10.2021-ci il tarixə kimi yoxlayıcılara təqdim edilməsi tələb olunmuşdur. Lakin zəruri sənədlər təqdim edilmədiyi üçün “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” akt tərtib edilmişdir. Bununla da cəmiyyət “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda verilən yazılı göstərişləri vaxtında icra etməmişdir. Şirkətin məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə xəbardarlıq edilməsinə baxmayaraq, barəsində icraat aparılan hüquqi şəxs “X6 Hüquq Şirkəti MMC-nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 21.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən “X6 Hüquq Şirkəti” MMC tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda verilən yazılı göstərişlər icra edilməyib sənədlər təqdim olunmamışdır; “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 04.10.2021-ci il tarixli qərara görə “X6 Hüquq Şirkəti” MMC üzrə Vergilər Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədilə 2018-ci ilin sentyabr – 2021-ci ilin avqust aylarının vergi dövrü üzrə 30 iş günü müddətinə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Ticarət sahəsi auditi üzrə 1-ci şöbəsinin dövlət vergi müfəttişi X4 tapşırılmışdır; 05.10.2021-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, “X6 Hüquq Şirkəti MMC üzrə 05.10-17.11.2021-ci il yoxlama müddətini əhatə etməklə keçiriləcək olan növbədənkənar səyyar vergi yoxlaması operativ vergi nəzarəti yoxlamaların vahid məlumat reyestrində qeydə alınmışdır; “Yoxlama üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” 05.10.2021-ci il tarixli, **********924000 saylı Tələbnaməyə əsasən “X6 Hüquq Şirkəti” MMC-dən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa əməl edilməsinin yoxlanılmasının aparılması üçün həmin Qanunun 10.2-ci maddəsinə əsasən 01.09.2018-ci il tarixdən 31.08.2021-ci il tarixədək dövrü əhatə edən aşağıdakı zəruri sənədlərin təqdim edilməsi tələb olunmuşdur: 1) “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələblərinə əməl olunması ilə bağlı müəssisənin rəhbərinin və məsul şəxsin izahatları, onların şəxsiyyət vəsiqələrinin surəti; 2) Müştərinin və benefısiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyasına dair sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri (şəxsiyyəti təsdiq edən sənədin, şəxsiyyət vəsiqəsi, pasportun, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən digər sənədlərin surəti), müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamənin, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədin, habelə notariat qaydasında təsdiq olunmuş hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatına alınması haqqında və digər sənədlərin surətləri); 3) Məlumat daşıyıcılarında və ya elektron formada saxlanılan eyniləşdirmə və verifikasiya sənədlərinin, pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair məlumatların və sənədlərin saxlanma vəziyyətinə dair məlumatlar (arayış, izahat və s.); 4) Qanunun 7.2-ci və 9.15-ci maddələrində göstərilən əməliyyatlara dair məlumatların həmin Qanunun 11-ci maddəsi ilə müəyyən edilmiş qaydada maliyyə monitorinq orqanına təqdim olunmasına dair müvafiq formada təsdiq edilmiş sənədlərin surətləri; 5) Qanunun 12-ci maddəsinin tələblərinə uyğun olaraq daxili nəzarət sisteminin təşkilinə dair məlumatlar və sənədlərin (qaydar, prosedur, məsul şəxsin təyini və sair) müvafiq qaydada təsdiq edilmiş surətləri; 6) Nəzarət orqanı tərəfindən nəzarət olunan subyektə göndərilən sorğuları (və sair sənədlər) və onların cavablandırılması ilə bağlı müvafiq qaydada təsdiq edilmiş surətləri; 7) Nəzarət olunan subyekt tərəfindən Qanunun tətbiqi ilə bağlı əlavə məlumat və sənədlər. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətlərinin 7 iş günü müddətinə, yəni 14.10.2021-ci il tarixə kimi yoxlayıcılara və ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilməsi tələb olunmuşdur; “Sənədlərin təqdim edilməməsi barədə” tərtib edilmiş 15.10.2021-ci il tarixli akta əsasən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 04.10.2021-ci il tarixli qərara görə “X6 Hüquq Şirkəti” MMC-yə “Yoxlama üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” 05.10.2021-ci il tarixli, **********924000 saylı Tələbnamə təqdim edilmiş və göstərilən sənədlərin 7 iş günü müddətinə, yəni 14.10.2021-ci il tarixə kimi təqdim edilməsi tələb olunmuş, lakin vergi ödəyicisi 14.10.2021-ci il tarixli, **********686600 nömrəli məktubla müraciət edərək tələbnamədə göstərilən sənədlərin 7 iş günü müddətin təqdim oluna bilməyəcəyini bildirmiş və sənədlərin təqdim edilməsi üçün əlavə vaxt istəmişdir; “X6 Hüquq Şirkəti” MMC tərəfindən məhkəməyə elektron kabinet vasitəsilə təqdim edilmiş etiraz ərizəsində qeyd olunur ki, şirkətin fəaliyyət göstərdiyi ünvan ünvan 2 Sonradan yüksək icarə haqqı səbəbindən şirkət icarə müqaviləsinə xitam verməklə 26 oktyabr 2021-ci il tarixdə ünvan 3 ünvanını dəyişmişdir. Orada yerləşən ofis tam təchiz olunmadığından təmir işləri görülməsi üçün şirkətin işçiləri ev şəraitində işləmişlər. Yoxlayıcı orqana üzürlü səbələrə görə vaxt tələb olunması üçün müraciət edilmişdir. Belə ki, maliyyəmühasibatlığa aid sənədlər və müqavilələr vaxtilə şirkətdə mühasib vəzifəsində işləmiş maddi məsul şəxs Afaq Əliyevaya məxsus mənzildə saxlanılırdı. Həmin şəxs ağır xəstəlikdən əziyyət çəkərək səhhəti ilə bağlı müalicə aldığından bir müddət sənədlər onda qalmışdır. Yalnız 2021-ci ildə hissə-hissə sənədləri A.Əliyevadan götürməklə şirkətin maliyyə-mühasibatlıq və vergi-uçot işi digər şəxsə həvalə edilmişdir. Ofisin təhvil verilməsi səbəbindən bir müddət fəaliyyətlərində maddi çətinliklərlə üzləşmiş və dərhal yeni ofisə köçmək mümkün olmamışdır. Yoxlayıcı orqanın ilk tələbi ilə sənədlərin dərhal verilməməsinə şirkətin faktiki olaraq ofis şəraitində fəaliyyət göstərməməsi və əvvəlki mühasibdən sənədlərin tam təhvil alınmaması kimi üzürlü səbəblər olmuşdur. Lakin üzürlü səbəblər mövcud olduğu halda vergi orqanı şirkətə vaxt verməkdən imtina edib inzibati xəta haqqında protokol tərtib etmişdir. Cəmiyət “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanundan irəli gələn tələblərə əməl edib lazımi qaydaları təsdiq etməklə müvafiq əmrlərlə məsul şəxs təyin edilmiş və bu barədə Maliyyə Monitorinqi Xidmətinə məlumat verilmişdir. Məhkəmədə müəyyən edilir ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 04.10.2021-ci il tarixii qərar əsasında “X6 Hüquq ŞirkətiMMC üzrə keçirilmiş plandankənar yoxlama çərçivəsində yoxlayıcı şəxs tərəfindən şirkətdən “Yoxlama üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” 05.10.2021-ci il tarixli, **********924000 saylı Tələbnamədə göstərilmiş, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqi ilə bağlı bir sıra sənədlərin 7 iş günü müddətinə, yəni 14.10.2021-ci il tarixinədək təqdim edilməsi tələb olunmuşdur. Lakin şirkət tələb olunan sənədlərin qeyd olunan vaxtda təqdim edilməsinin mümkün olmadığını bildirib əlavə vaxt istəmişdir. Buna baxmayaraq Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən cəmiyyət barəsində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda verilən yazılı göstərişlər icra edilməyib sənədlər təqdim olunmamasına görə İnzibati Xətalar Məcəlləsinin 598.1.4-cü maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “X6 Hüquq Şirkəti” MMC tərəfindən protokolla bağlı təqdim edilmiş etirazdan və ona əlavə edilmiş sənədlərdən da aydın olur ki, plandankənar yoxlamanın keçirildiyi dövr ərzində şirkət qeydiyyatda olduğu hüquqi ünvanında fəaliyyət göstərməmiş, eyni zamanda yoxlayıcı orqan tərəfindən tələb edilən sənədlər üzrlü səbəbdən təqdim edilə bilinməmiş, bunun aradan qaldırılması üçün əlavə vaxt tələb olunmuşdur. Lakin şirkət tərəfindən verilmiş bu vəsatətə heç bir əhəmiyyət verilmədən yoxlayıcı vergi orqanı tərəfindən yoxlama çərçivəsində tələb edilən sənədlərin üzrlü səbəbdən təqdim edilməməsi verilən yazılı göstərişlərin icra edilməməsi olaraq qəbul edilmişdir. Halbuki, şirkətin məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, şirkətdə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qaydalar və sair mövcuddur. Belə olan halda plandankənar yoxlamanın əhatə etdiyi dövr ərzində sənədlərin şirkət tərəfindən aradan qaldırılması mümkün olan üzrlü səbəblərdən təqdim edilə bilinməməsi nəzərə alınmayıb əlavə vaxt verilmədən, barəsində icraat aparılan şəxsin xətanın mövcudluğuna bilərəkdən şərait yaradıb-yaratmadığına heç bir qiymət verilmədən vergi orqanı tərəfindən aparılmış səthi araşdırma nəticəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şirkətin yoxlama ilə bağlı sənədlərin təqdim edilməsinə vaxt istəyib yaranmış üzrlü səbəblərin aradan qaldırılmasına cəhd göstərməsi onun törətdiyi qeyd olunan inzibati xətanın tərkibinin mövcudluğu faktının kifayət qədər əsaslı sübutlarla öz təsdiqini tapmadığına dəlalət edir. Beləliklə, məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, “X6 Hüquq Şirkəti” MMC barəsində başlanılmız iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3cü maddə); Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (8-ci maddə); Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur (12.1-ci maddə); İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddə); İnzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Vəsatət yazılı formada verilir və ona dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə, bu barədə qərardad qəbul edilir (52-ci maddə); İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-ü maddə); inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir (53.1.1-ci maddə); Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir (105.1-ci maddə); Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı (106.0-cı maddə). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “X6 Hüquq Şirkəti” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.4-cü maddəsi üzrə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3258/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3258/2021
22.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver