Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3273/2024 09.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 İnzibati xəta haqqında 20-ci polis şöbəsinin sahə inspektoru protokolu tərtib etmiş şəxs: X1 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1995-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Laçın rayonu, Mığıdərə kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 08 avqust 2024-cü il tarixdə, saat 17:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində avtoxuliqanlıq edərkən polis əməkdaşları tərəfindən dayandırılmış və bu zaman o, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin sahə inspektoru X4 izahatında göstərdi ki, yolpatrul xidməti əməkdaşları 08 avqust 2024-cü il tarixdə, təxminən saat 17:00 radələrində Bakı-Quba yolunun 6-cı km-də onlara təhkim olunmuş avtomobillə xidmətdə olarkən “Vaz 2107” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə və təhükəli manevrlər etdiyini aşkar edib həmin avtomobilin sürücüsünə “saxla” işarəsi vermişlər. Sürücü heç bir sənəd təqdim etməyəcəyini, polisin qanuni əmrinə tabe olmayacağını və yeri gəlsə özünə xəsarət yetirəcəyini söyləyərək sürətlə yerin səthində təkər izləri qoyub oradan uzaqlaşmış, avtoxuliqanlıq etməyə davam etmiş, yol-hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlər etməklə insanların həyat və sağlamlığına real təhlükə yaratmışdır. Sürücüyə dəfələrlə “saxla” əmri verilsə də, sonuncu buna məhəl qoymayaraq əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərini davam etdirmişdir. Sürücü uzun müddət təqibdən sonra saat 17:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində, “Yeganə” şadlıq sarayının yaxınlığında süni tıxacla saxlanılmışdır. O, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərmiş, sürücü onu zorla avtomobildən düşürməyə çalışan polis əməkdaşının əlini avtomobilinin qapısının arasında qoyaraq xəsarət yetirməyə çalışmışdır. Bu səbəbdən də onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, arvadı hamilə olduğundan onu o, 08 avqust 2024-cü il tarixdə Masazır qəsəbəsindən yaşadığı evdən götürüb “Vaz 2107” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə X2 gətirirdi, bu zaman arvadının ağrıları olduğu üçün maşını surətlə idarə edərək manevr qaydalarını pozmaq məcburiyyətində qalmışdır. “20 Yanvar” dairəsi istiqamətində olarkən yol-patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılaraq avtoxuliqanlıq etdiyi üçün idarə etdiyi maşının xüsusi duracağa aparılcağı bildiriləndə, o, vəziyyəti izah edib tələsdiyini söyləmiş, lakin polis əməkdaşı öz mövqeyində israrlı olduğundan o, avtomobilə əyləşib hərəkətinə davam etmiş və təqib olunduğunu görüb surətlə hərəkət edərək yol-hərəkət qaydalarını pozmuşdur. Bir daha bu hərəkətə yol verməyəcək. Ailə vəziyyətini nəzərə alaraq ona yüngül tənbehin verilməsini xahiş edir. Məhkəmə iclasında şahid Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol-Patrul xidmətinin bölüyünün inspektoru X5 izahatında göstərdi ki, 08 avqust 2024-cü il tarixdə, təxminən saat 17:00 radələrində Bakı-Quba yolunun 6-cı km-də ona təhkim olunmuş avtomobillə xidmətdə olarkən “Vaz 2107” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə və təhükəli manevrlər etdiyini aşkar etmiş və buna görə həmin avtomobilə “saxla” işarəsi vermişdir. Daha sonra sürücüyə yaxınlaşıb özünü təqdim edib xəta haqqında ona məlumat verəndə, sürücü heç bir sənəd təqdim etməyəcəyini bildirmiş, polisin qanuni əmrinə tabe olmayacağını və yeri gəlsə özünə xəsarət yetirəcəyini söyləyərək sürətlə yerin səthində təkər izləri qoyub hadisə yerindən uzaqlaşmışdır. O da dərhal xidməti avtomobili onun arxasınca sürmüş və yolboyu sürücü yol-hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlər etməklə insanların həyat və sağlamlığına real təhlükə yaratmışdır. Sürücüyə dəfələrlə “saxla” əmri verilsə də, sonuncu buna məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Uzun müddət təqibdən sonra həmin sürücü saat 17:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində, “Yeganə” şadlıq sarayının yaxınlığında süni tıxacla saxlanılmışdır. Saxlanılarkən bu şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərmiş, sonra ərazidəki polis əməkdaşlarının köməkliyi ilə 20-ci polis şöbəsinə aparılmışdır. Sonradan Şəxs kimi məlum olna bu şəxsin hərəkətləri sosial şəbəkələrdə də yayılmışdır. İş materiallarında olan: • Kompakt diskdəki görüntülərdən aydın olur ki, “Vaz 2107” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü polis əməkdaşının “saxla” əmrinə tabe olmur və hərəkətinə davam edir, avtomobili qəflətən yüksək sürətlə sürərək şəhərin müxtəlif küçələrində qərəzli şəkildə bir neçə dəfə sağ və sol tərəfdən manevrlər etməklə təhlükəli manevrlər edir, əks istiqamətdə olan yola çıxmaqla qəza şəraiti yaradır, yol nişanlarının tələblərinə və yolpatrul xidməti əməkdaşının “saxla” tələbinə əməl etmir, yolun səthində çoxsaylı təkər izləri buraxır, əhalinin dicliyini nümayişkaranə şəkildə pozur, yolu keçməkdə olan piyadaların həyat və sağlamlığını təhlükə altında qoyur; • İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 08 avqust 2024-cü il tarixdə, saat 18:50-də tutulmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, eyni zamanda o, inzibati qaydada tutulduğu üçün həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3273/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3273/2024
09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver