Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3277/2024 09.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu Azərbaycan Respublikası Mərkəzi Bankın tərtib etmiş: nümayəndəsi Nümayəndə4 oğlunun Barəsində inzibati xəta haqqında Şəxs MMC-nin nümayəndəsi iş üzrə icraat aparılan şəxs: Nümayəndə2 iştirakları ilə üvənli” MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi, ev G 106, mənzil 125; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsi üzrə tərtib olunmuş 05 avqust 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Güvənli” MMC cinayət yolu ilə əldə edilmiş əmlakm leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi Nümayəndə4 izahatında göstərdi ki, Bank tərəfindən 11-15 dekabr 2023-cü il tarixlərdə lombard fəaliyyəti göstərən GüvənliMMC-də 29 yanvar 2020 – 01 dekabr 2023-cü il tarixli dövrləri əhatə etməklə aparılmış yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsi qiymətləndirilmişdir. Yoxlama zamanı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı aşkar edilmişdir. MMC tərəfindən verilən məlumata əsasən xx.xx.2023-cü il tarixinə təşkilatın aktivləri 8.380.234,15 manat, o cümlədən kredit portfeli 7.142.712,01 manat, öhdəlikləri 6.046.940,41 manat, kapitalı isə 2.333.293,74 manat təşkil edir. Yoxlanılan dövrün son bir ili (xx.xx.2022-xx.xx.2023) ərzində cəmiyyət tərəfindən ümumilikdə 5 min müştəriyə kredit (5,1 mln. manat) ayrılmışdır ki, bunun 97%-i (4.862 müştəri) 5 min manatdan aşağı, 2,3%-i (116 müştəri) 5-10 min manat, 0,7%-i isə (22 müştəri) 10-14 min manat olmuşdur. Cəmiyyətdə müştərilər tərəfindən kreditlərin ödənişi ödəniş terminalları (“MilliÖn” və ya “e-manat”) və kassalar vasitəsilə həyata keçirilir. Kreditlərə təminat qismində girov götürülmüş qızıl-zinət əşyaları əsasən Bakı şəhərində yerləşən baş ofisdə ayrıca bunkerdə saxlanılır. Təminat qismində əldə edilmiş girovların saxlanılması üçün (əsasən regionlarda) "xxxx" ASC və “Azər-Türk Bank ASCnın saxlanclarından da istifadə edilir. Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in (DNP) 2.1.1-ci bəndinə görə (analoji tələb xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (PL/TMM) Qanunun 12.1-ci maddəsində də göstərilmişdir) monitorinq subyekti tərəfindən aşağıdakı qayda və prosedurlar hazırlanmalıdır: ƏL/TMM siyasətinin təsdiq edilməsi; Müştəri uyğunluğu tədbirlərinə və müştəri profili üzrə risklərin qiymətləndirilməsinə dair daxili qayda və prosedurların təsdiq edilməsi; Müştərilərin benefisiar mülkiyyətçilərinin müəyyənləşdirilməsinə dair metodologiya və prosedurların təsdiq edilməsi; Məlumat və sənədlərin saxlanılmasına və konfidensiallığına dair daxili qayda və prosedurların təsdiq edilməsi; Öhdəlik daşıyan şəxslərin rəhbərlik və işçilərinin, habelə struktur vahidlərinin (olduğu təqdirdə) ƏL/TMM-yə dair öhdəlik və vəzifələrinin müəyyənləşdirilməsi; Şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması (yenilənməsi) meyarlarının (indikatorların) təsdiq edilməsi; Şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması üzrə daxili qayda və prosedurların təsdiq edilməsi; Öhdəlik daşıyan şəxsin institusional risk qiymətləndirilməsi metodologiyası və prosedurlarının təsdiq edilməsi; Yeni məhsulların yaradılması və istifadəyə verilməsinə dair daxili qayda və prosedurlarının təsdiq edilməsi. MMC-də yuxarıda qeyd edilən qayda və prosedurlar ancaq yoxlama dövründə hazırlanmağa başlanılmışdır. Bundan əlavə, həmin Qanunun 10.1.4-cü maddəsinə görə (analoji tələb PL/TMM Qanunun 12.1.4-cü maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsinə dair tədbirlər görməlidirlər. MMC tərəfindən yoxlanılan dövr ərzində əməkdaşlara müvafiq təlimlər keçirilməsə də, bu sonradan təşkil olunmuşdur. Habelə, qeyd olunan Qanunun 10.1.5-ci maddəsinə görə (analoji tələb PL/TMM Qanunun 12.1.7-ci maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakm leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsinə dair tədbirlər görməlidirlər. Lakin, yoxlama zamanı şirkətin daxili audit mexanizmini tənzimləyən təkmil qayda və prosedurlar mövcud olmamış, həmçinin yoxlama dövründə ƏL/TM sahəsinin adekvatlılığını yoxlayan daxili audit həyata keçirilməmişdir. Göstərilən bu nöqsanlar yalnız yoxlamadan sonra aradan qaldırılmışdır. Eyni zamanda, Qanunun 10.1.2-ci maddəsinə görə (analoji tələb PL/TMM Qanunun 12.1.8-ci maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsini həyata keçirməlidir. Yoxlama dövründə MMC-də bu tələblər üzrə məsul şəxs və ya onu əvəz edən əməkdaş təyin edilməsə də, sonradan bu aradan qaldırılmışdır. Beləliklə, Güvənli” MMCnin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətləri müəyyən edildiyindən cəmiyyət barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında Güvənli” MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, cəmiyyət barəsində tərtib olunmuş protokolla razı deyil. Çünki, yoxlama zamanı aşkar olunmuş nöqsanların hamısı aradan qaldırılmışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Güvənli” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə məsuliyyət müəyyən edir. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa görə: • Öhdəlik daşıyan şəxslərə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləri daxildirlər (1.1.7-ci maddə); • Kredit təşkilatları, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri, investisiya şirkətləri, investisiya fondları, bu fondların idarəçiləri, xarici investisiya fondlarının nümayəndəlikləri, mərkəzi depozitar, poçt rabitəsinin milli operatoru, lombardlar, maliyyə lizinqi xidmətləri göstərən şəxslər, ödəniş təşkilatları (müstəsna olaraq ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti və (və ya) hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatları istisna olmaqla) və elektron pul təşkilatları, virtual aktiv xidməti təminatçıları və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər maliyyə institutları hesab olunur (1.1.8-ci maddə); • Öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq və tətbiq edilməsi, rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsi, işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi məqsədilə yoxlama prosedurlarının təsdiq və tətbiq edilməsi, işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi, mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi tədbirləri görməlidirlər (10.1-ci maddə); • Maliyyə monitorinqi orqanı daxili nəzarət proqramının cavab verməli olduğu minimum tələbləri müəyyən edir. Nəzarət orqanları nəzarət etdikləri öhdəlik daşıyan şəxslərə münasibətdə maliyyə monitorinqi orqanının müəyyən etdiyi minimum tələblərdən əlavə tələblər müəyyən edə bilər (10.5-ci maddə). Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin xx.xx.2023-cü il tarixli, 3- 21-28/3-6-6/2023 nömrəli qərarı ilə təsdiq edilmiş “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”inin (X2 Reyestrində xx.xx.2023-cü il tarixdə **********0366 qeydiyyata alınmışdır) 2.1.1-ci bəndinə əsasən daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq edilməsi aşağıdakıları ehtiva etməlidir: korporativ idarəetmə standartlarına malik olan öhdəlik daşıyan şəxslərdə daxili strukturun effektiv nəzarət və hesabatlılıq mexanizmlərinə uyğun formalaşdırılması; ƏL/TMM siyasətinin təsdiq edilməsi; müştəri uyğunluğu tədbirlərinə və müştəri profili üzrə risklərin qiymətləndirilməsinə dair daxili qayda və prosedurların təsdiq edilməsi; müştərilərin benefisiar mülkiyyətçilərinin müəyyənləşdirilməsinə dair metodologiya və prosedurların təsdiq edilməsi; məlumat və sənədlərin saxlanılmasına və konfidensiallığına dair daxili qayda və prosedurların təsdiq edilməsi; öhdəlik daşıyan şəxslərin rəhbərlik və işçilərinin, habelə struktur vahidlərinin (olduğu təqdirdə) ƏL/TMM-yə dair öhdəlik və vəzifələrinin müəyyənləşdirilməsi; şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması (yenilənməsi) meyarlarının (indikatorların) təsdiq edilməsi; şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə (bundan sonra - MMX) təqdim olunması üzrə daxili qayda və prosedurların təsdiq edilməsi; öhdəlik daşıyan şəxsin institusional risk qiymətləndirilməsi metodologiyası və prosedurlarının təsdiq edilməsi; yeni məhsulların yaradılması və istifadəyə verilməsinə dair daxili qayda və prosedurlarının təsdiq edilməsi; daxili auditin (olduğu təqdirdə) öhdəlik daşıyan şəxsin daxili nəzarət proqramını qiymətləndirməsi üzrə standartlarının təsdiq edilməsi. Məhkəmədə tədqiq edilmiş dəlillərlə müəyyən edilir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərində lombard fəaliyyəti göstərən Güvənli MMC-də 29 yanvar 2020 - xx.xx.2023-cü il dövrlərini əhatə etməklə aparılmış yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsi qiymətləndirilmiş və yoxlama zamanı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozularaq daxili nəzarət proqramının tətbiq edilməməsi, yaxud tam tətbiq edilməməsi faktı aşkar edilmişdir. Beləliklə, Güvənli MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tələblərinin pozulması halı tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3-cü maddə); • İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (9.1-ci maddə); • Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (31.3-cü maddə). Məhkəmə törədilmiş inzibati xətanın zərərli nəticələrinin Şəxs MMC tərəfindən aradan qaldırılmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda, MMC-nin məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Güvənli” MMC tərəfindən törədilən inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Güvənli” MMC hüquqi şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsi ilə təqsirli bilinməli və quruma həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimənin aşağı həddində tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: üvənli” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci G maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3277/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3277/2024
09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver