Məhkəmə qərarları › İş №3(006)-328/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-328/2024

01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-328/2024 01.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, X9 Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 10000-00004/24 nömrəli, 16 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Böyük Britaniyada qeydiyyatda olan hüquqi şəxs - “X15” şirkətinin tapşırığı ilə Rusiya Federasiyasında qeydiyyatda olan hüquqi şəxs - “X12” şirkətindən ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs - “X10 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına idxal olunmuş və gömrük rəsmiləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin “Şirvan” gömrük postuna təyinat alaraq **********8456 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə “son istifadə” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş, ümumi invoys dəyəri 928225,38 ABŞ dolları, netto çəkisi 438454 kiloqram təşkil edən və 58497942, 60091709, 55049332, 55936801, 63539522, 53493763 və 59115329 nömrəli vaqonlarda daşınan “neft sənayesində istifadə olunan dəmirdən və ya aşqarlanmamış poladdan tikişsiz borular” yükü xx.xx.2023-cü il tarixdə saat 19:44-19:49 aralığında Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Lakin sözügedən yüklərin “Şirvan” gömrük postunda “son istifadə” xüsusi gömrük prosedurunda rəsmiləşdirilməsi zamanı mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 20:11-də qeyd olunan yüklərlə bağlı elektron formada **********9944 sorğu nömrəli qısa idxal bəyannaməsinin verildiyi müəyyən edilmişdir. Faktla bağlı sorğu-sual olunan X6 hüquqi şəxs - Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətində gömrük mütəxəssisi vəzifəsində işlədiyini, nümayəndəsi və işçisi olduğu şirkətin gömrük təmsilçiliyi fəaliyyətini həyata keçirdiyini, müqavilə əsasında idxal-ixrac əməliyyatlarını həyata keçirən şəxslərin adlarına qısa idxal və gömrük bəyannamələrinin tərtibatı ilə məşğul olduğunu, belə şirkətlərdən birinin hüquqi şəxs - “X10 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı olduğunu, sözügedən şirkət tərəfindən idxal olunmuş yüklərin gömrük rəsmiləşdirilməsi, malmüşayiət sənədlərinin tərtibatının həmin şirkət tərəfindən verilmiş etibarnamə və müqavilə əsasında daşıyıcı “NTD Service S.R.O” şirkətinə, “NTD Service S.R.O” şirkəti tərəfindən verilmiş vəkalətnamə və müqavilə əsasında isə nümayəndəsi olduğu Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunduğunu, hüquqi şəxs - “X10 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına idxal olunan yüklərlə bağlı qısa idxal və gömrük bəyannamələrinin tərtibatını, ixracatçı şirkətdən mal müşayiət sənədlərinin əldə olunmasını və gömrük rəsmiləşdirilməsi ilə bağlı olan bütün hərəkətlərin nümayəndəsi olduğu şirkət tərəfindən aparıldığını, hüquqi şəxs - “X10 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına 58497942, 60091709, 55049332, 55936801, 63539522, 53493763 və 59115329 nömrəli vaqonlarda idxal olunmuş ümumi invoys dəyəri 928225,38 ABŞ dolları, netto çəkisi 438454 kiloqram təşkil edən “neft sənayesində istifadə olunan dəmirdən və ya aşqarlanmamış poladdan tikişsiz borular” yükü ilə bağlı **********8456 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin nümayəndəsi olduğu Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunduğunu, bəyannamədə bəyannaməçi olaraq Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin qeyd olunduğunu, lakin sözügedən yüklə bağlı qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilmədiyini, bunun səbəbinin yükü ixrac edən şirkət tərəfindən mal-müşayiət sənədlərinin vaxtında elektron formada göndərilməməsi ilə əlaqədar olduğunu, sözügedən yüklərlə bağlı qısa idxal bəyannaməsi tərtib olunan zaman yüklərin artıq Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyini bildirmişdir. İş üzrə materiallarda olan xx.xx.2024-cü il tarixli “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid X3 mövcud olan məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hüquqi şəxs - “X10 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının \ ünvanına idxal olunaraq “Şirvan” gömrük postunda **********8456 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə “son istifadə” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş və 58497942, 60091709, 55049332, 55936801, 63539522, 53493763 və 59115329, nömrəli vaqonlarda daşınan mallar xx.xx.2023-cü il tarixdə saat 19:44-19:49 aralığında Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Lakin sözügedən vaqonlarda idxal olunmuş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 20:11-də **********9944 sorğu nömrəli qısa idxal bəyannaməsi verilmişdir. İş üzrə materiallarda olan xx.xx.2024-cü il tarixli “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid X4 inteqrasiya olunmuş məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hüquqi şəxs - Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının vergi orqanlarında ********** nömrəli VÖEN əsasında hüquqi şəxs qismində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, ev 158, mənzil 25-dir, rəhbəri X8r, rəhbərin şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi 5P9BQEN-dir. İş üzrə materiallarda olan xx.xx.2024-cü il tarixli “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid X3 mövcud olan məlumatlara baxış keçirilməsi haqqında” haqqında protokoldan görünür ki, hüquqi şəxs - “X10 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına idxal olunaraq “Şirvan” gömrük postunda **********8456 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə “son istifadə” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş mallarla bağlı yüklərin gömrük rəsmiləşdirilməsinin aparılmasından ötrü idxalatçı hüquqi şəxs - “X10 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “NTD Service S.R.O” şirkətinə xx.xx.2022ci il tarixli 778/12 nömrəli etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında da “NTD Service S.R.O” şirkəti tərəfindən “X10 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına idxal olunmuş yüklərin rəsmiləşdirilməsi xx.xx.2023- cü il tarixli etibarnamə ilə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunmuşdur. Həmçinin bununla bağlı tərəflər arasında gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında müqavilələr bağlanmışdır. Beləliklə, iş üzrə materiallardan görünür ki, hüquqi şəxs - “X10 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına 58497942, 60091709, 55049332, 55936801, 63539522, 53493763 və 59115329, nömrəli vaqonlarda idxal olunmuş yüklər xx.xx.2023-cü il tarixdə saat 19:44-19:49 aralığında Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilsə də, sözügedən vaqonlarda idxal olunmuş mallarla bağlı bəyannaməçi şirkət olan, Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, ev 158, mənzil 25 ünvanında qeydiyyatda olan hüquqi şəxs - Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən **********9944 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 20:11-də elektron formada verilmişdir. Bu hərəkətləri ilə hüquqi şəxs - Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Şirvan” gömrük postunun xx.xx.2024-cü il tarixli 3-33-4100/2- 000002/2024 nömrəli məktubu, hüquqi şəxs - Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X1-sual edilməsi haqqında protokol, baxış protokolları, gömrük və qısa idxal bəyannamələri, mal müşayiət sənədləri, çıxarışlar və işdə olan digər sənədlərlə təsdiq edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Beləliklə, iş üzrə materiallardan görünür ki, xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid X4 inteqrasiya olunmuş məlumatlara baxış keçirilməsi haqqında protokola əsasən, hüquqi şəxs - Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının vergi orqanlarında ********** nömrəli VÖEN əsasında hüquqi şəxs qismində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, ev 158, mənzil 25-dir, rəhbəri X8r, rəhbərin şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi 5P9BQEN-dir. İş üzrə materiallarda olan xx.xx.2024-cü il tarixli “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid X3 mövcud olan məlumatlara baxış keçirilməsi haqqında” haqqında protokoldan görünür ki, hüquqi şəxs - “X10 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına idxal olunaraq “Şirvan” gömrük postunda **********8456 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə “son istifadə” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş mallarla bağlı yüklərin gömrük rəsmiləşdirilməsinin aparılmasından ötrü idxalatçı hüquqi şəxs - “X10 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “NTD Service S.R.O” şirkətinə xx.xx.2022-ci il tarixli 778/12 nömrəli etibarnamə verilmişdir. xx.xx.2023-cü il tarixli vəkalətnamə ilə “NTD Service S.R.O” şirkəti tərəfindən “X10 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına idxal olunmuş yüklərin rəsmiləşdirilməsi Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunmuşdur. Hüquqi şəxs - “X10 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına \ 58497942, 60091709, 55049332, 55936801, 63539522, 53493763 və 59115329, nömrəli vaqonlarda idxal olunmuş yüklər xx.xx.2023-cü il tarixdə saat 19:44-19:49 aralığında Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilsə də, sözügedən vaqonlarda idxal olunmuş mallarla bağlı bəyannaməçi şirkət olan, Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, ev 158, mənzil 25 ünvanında qeydiyyatda olan hüquqi şəxs - Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən **********9944 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 20:11-də elektron formada verilmişdir. Bu hərəkətləri ilə hüquqi şəxs - Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası İXM-in 485.2 maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Gömrük Xidmətinin Vahid X2 əldə olunmuş çıxarışa və **********9944 nömrəli gömrük bəyannaməsinə əsasən bəyan olunan yük üçün qısa idxal bəyannaməsi vaxtında təqdim olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş mallara dair qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verməli olduğu halda, buna əməl etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, MMC-nin hərəkətlərində İXM-nin 485.2-ci maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar