Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3287/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X3 iştirakı ilə, Bakı şəhəri BPİ-nin X7 İdarəsinin Yol Patrul Xidmətinin 27 oktyabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqqında protokol əsasında qəbul edilmiş həmin tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri BPİ-nin X7 İdarəsinin Yol Patrul Xidmətinin 27 oktyabr 2021-ci il tarixli, İXP ******* saylı in-zibati xəta haqqqında protokol əsasında qəbul edilmiş həmin tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 27.10.2021-ci il tarixdə “Opel Astra minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 28 Nay metrostansiyasına yaxın ərazidə Bakı şəhəri DYPİ-nin Yol patrul xidmətinin X2 onu saxlayaraq barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında birbaşa qərar qəbul edərək 60 manat məbləğində inzibati qaydada cərimə etmişdir. Qəbul edilmiş qərar 27.10.2021-ci il tarixdə tənbeh vermə haqqında qərar ona təqdim olunmuşdur. Qəbul edilmiş qərarla razı deyil, belə ki, heç bir yol hərəkəti qayda pozuntusunu törətmədiyi halda əsassız oluraq barəsində qanunsuz qərar qəbul elmişdir. İnzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda YPX əməkdaşı birbaşa tənbeh vermə haqqında qəbul elmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Maddənin tələbindən göründüyü kimi xətanın mövcudluğu ilə razılıq olmadığı balda inzibati xəta haqqında protokol tərtib etməli və qanunla müəyyən edilmiş qaydada işi aidiyyəti üzrə baxılması üçün səlahiyyətli orqana göndərməli idi. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda inzibati tənbeh tətbiq elmə haqqında qərar çıxarılır. Maddənin tələbindən göründüyü kimi bu maddənin tərkibi olmadığı halda YPX əməkdaşı səlahiyyət həddini aşaraq birbaşa tənbeh vermə haqqında qərar qəbul elmişdir. Halbuki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinin 6-cı bəndinin qeydinə əsasən yol hərəkəti qaydalarının pozuntusu haqqında inzibati protokol həmin pozuntu və qaydanı pozan şəxs barəsində məlumatları əks etdirən əsas sənəddir. Protokol xüsusi hazırlanmış və nömrə üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarının ciddi hesabatla verilən blank şəklində tərtib edilir. Protokolda baş vermiş pozuntunun xarakteri konkret olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin hansı maddəsində nəzərdə tutulması, qaydanı pozan şəxs barəsində məlumatlar, pozuntunun aşkar edilməsində istifadə olunmuş texniki nəzarət etmə vasitələri və onların göstəriciləri qeyd olunur. İnzibati qaydanı pozmuş şəxsin qeydləri üçün ayrılan yerdə onun qısa izahatı yazılır və inzibati məsuliyyətə cəlb edilən şəxsin hüquq və vəzifələrinin ona elan edilməsi, barədə müddəa göstərilir. Protokol tərtib edildikdən sonra Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşı və qaydanı pozan şəxs tərəfindən imzalanır və inzibati xəta haqqında inzibati icraatın həyata keçirilməsi üçün aiddiyyəti üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərilir. Nəqliyyat vasitəsinin sahibi yol hərəkəti qaydasını pozmuşdursa Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının əməkdaşı həmin şəxsin sürücülük vəsiqəsini götürüb haqqında tərtib edilmiş inzibati protokola əlavə edir. Bu halda eyni zamanda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən qaydanı pozan şəxsə bir ay müddətinə sürücülük vəsiqəsini əvəz edən xüsusi hazırlanmış və nömrə üzrə Azərbaycan Respublikasının müvaliq icra hakimiyyəti orqanı əməkdaşlarına ciddi hesabat blankı olan müvəqqəti icazə vərəqi verilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 85-1-ci maddəsinin 1-ci bəndinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilir və onun surəti barəsində protokol tərtib olunan şəxsə dərhal verilir. Protokol xüsusi hazırlanmış və nömrə üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarına ciddi hesabatla verilən blank formasında tərtib edilir. Beləliklə də, qəbul edilmiş 27.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərar İXM-nin və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. İXM-nin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən Qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanlarının və vəzifəli şəxslərinin idarə nəzarəti ilə, məhkəmə, prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qararı ləğv edərək inzibati xəta haqqnıda iş üzrə icraata xilam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri X7 İdarəsinin Yol patrul xidmətinin X1 qəbul etdiyi 27.10.2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xilam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi İ.İ.Cabbarov şikayəti müdafiə edərək izahatında bildirmişdir ki, o, Nizami küçəsindən gələrkən idarə etdiyi avtomobilin ön hissəsini qabağa, daha sonra avtomobili arxa-arxaya vermişdir. Onun əməlində hər hansı qayda pozuntusunun olmamasını nəzərə alaraq şikayətin təmin olunmasını və barəsində qəbul edilmiş 27 oktyabr 2021-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri BPİ-nin DYPİ-nə lazımi qaydada məlumat verilsə də, Bakı şəhəri BPİ-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhəri BPİ-nin DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı və yenidən araşdırılması üçün qərarı qəbul edən orqan Bakı şəhəri BPİ-nin DYPİ-nə göndərilməlidir. Belə ki, iş materiallarında olan 27 oktyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında tənbeh vermə haqqında görünür ki, İ.İ.Cabbarov həmin tarixdə, saat 11:04də Azadlıq prospektində “Opel Astra” minik markalı, **-FY-*** nömrəli avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İ.İ.Cabbarov barəsində 27 oktyabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında həmin tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və İ.İ.Cabbarovun 27 oktyabr 2021-ci il tarixdə idarə etdiyi “Opel Astra minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nişanlarının 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmüş, buna görə də sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, İ.İ.Cabbarovun barəsində Bakı şəhər BPİ-nin DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, İ.İ.Cabbarov barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən inzibati xəta hadisəsinin necə baş verməsinin səbəbləri düzgün araşdırılmamış, baş vermiş hadisəsi ilə bağlı Bakı şəhəri BPİ-nin X7 İdarəsi tərəfindən videogörüntüləri məhkəmə iclasına təqdim edilməmişdir. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri BPİ-nin DYPİ-nin Yol Patrul Xidmətinin 27 oktyabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 27 oktyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul ediləkən yuxarıda qeyd edilən kobud prosessual qanun pozuntularına yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri BPİ-nin X7 İdarəsi Yol Patrul Xidmətinin 27 oktyabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqqında protokol əsasında qəbul edilmiş həmin tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhəri BPİ-nin DYPİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin olunsun. Bakı şəhəri BPİ-nin X7 İdarəsinin Yol Patrul Xidmətinin 27 oktyabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqqında protokol əsasında qəbul edilmiş həmin tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri BPİ-nin X7 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3287/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3287/2021
11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver