Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3288/2024 15.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: Protokola əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 435/2021 saylı icra sənədinə görə "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı X2 verilməsi, eləcə də iştirakçıların növbəti və nəvbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsi cavabdehlər "xxxx" MMC-nin, "xxxx" MMC-nin direktoru (qanuni təmsilçisi) Şəxs, "xxxx" MMC-nin iştirakçıları X3 və X1 üzərinə qoyulmuşdur. Lakin Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Tərəfimdən təqdim olunmuş materiallar, o cümlədən məhkəmə qərarları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Şəxs "xxxx" MMC-nin direktoru (qanuni təmsilçisi) deyil. Eyni zamanda, “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata görə o, hazırda "xxxx" MMC-nin direktor müavini vəzifəsində çalışır. Göründüyü kimi, inzibati məsuliyyətə vəzifəli şəxs kimi cəlb olunmasına dair təklif olunan Şəxs tərtib edilmiş protokolda və ona əlavə edilmiş sənədlərdə hazırda "xxxx" MMC-nin direktoru (qanuni təmsilçisi) olmasına dair sübutlara rast gəlinmir. Bununla da məhkəməyə təqdim edilmiş materialların natamam olması qənaətinə gəlinərək protokolun və ona əlavə edilmiş sənədlərin geri qaytarılması zəruri bilinir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3288/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3288/2024
15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver