Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-329/2024 09.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X1 nümayəndəsi və vəkili Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin icraçı direktoru X6 barəsində tərtib edilmiş 2023-cu ıl 19 dekabr tarixli MN ******* nömrəli protokol əsasında Azərbaycan Respublkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən 28 dekabr 2023-cü ıl tarixli MN ******* nömrəli inzibatı tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərarda Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibatı xəta törədildiyi qeyd edilmişdir. Qərarda tibb müəssisəsinin direktoru X1 vəzifəli şəxs qismində Azərbaycan Respublikası İXM-nin 192.4 və 198.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibatı xəta törətdiyi bildirilərək barəsində 1200 (bir min iki yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Aşağıda göstərilən səbəblərə görə həmin qərarı əsassız sayırlar. İnzibati tənbeh vermə haqqında qərarda İ.Abdullayevanın və C.Əlasİanovanın əmək müqavilələrində qeyd olunan iş saatları və ış günlərindən fərqli vaxtlarda işlərə cəlb edilməklə əmək və istirahət rejimlərinin pozulduğu qeyd edilsə də, göstərilən iddia əsassız olduğuna görə subuta yetirilməmişdir. Belə ki, əmək müqavilələri bağlanarkən işçilərlə ilkin olaraq razılaşdırılmış əmək və istirahət vaxtları müəyyən edilmiş və sonradan onlarla razılaşdırılmış iş qrafiki müəyyənləşdirilərək. işçilər tərəfindən hər ay həmin iş qrafiklərinə imza edilmişdir. Göründüyü kimi burada işçilərin İnzibatı Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində göstərilən normal əmək və istirahət rejimləri pozulmamışdır. Belə ki, işçilər hər ay növbətçilik qrafikinə imza etməklə öz iş rejimlərini müəssisə ilə razılaşdırmışlar. Bundan başqa, İradə Abdullayevanın son haqq-hesabı gec ödənilməmişdir. Belə ki, işçinin son haqq-hesabı banka təqdim edilərək bank tərəfindən 01 may 2023-cü il tarixində işçinin kart hesabına yerləşdirilmişdir. 05 may 2023-cü il tarixində ödənilən vəsait isə işçinin əlavə məzuniyyətinə görə hesablanan kompensasiya olmuşdur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144 maddəsinin 2-cı hissəsinə uyğun olaraq həmin vəsait son haqq-hesabın predmeti deyildir Belə ki, həmin maddədə qeyd olunur ki, “Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Göründüyü kimi, İXM 172.4-cü maddəsinin də tələbləri pozulmamışdır. Həmçinin bildirirlər ki, işçiyə əmək haqqından aşağı əmək haqqı ödənilməmişdir. Belə ki, işçi razılaşdırılmış əmək haqqı hər iki tərəfin imza etdiyi əmək müqaviləsidir və həmin müqavilədə qeyd edilən əmək haqqı ödənilmişdir. Ümumiyyətlə həmin qərarda bu nəticəyə hansı əsaslarla gəlindiyi və göstərilmiş halların hansı mötəbər dəlillərlə müəyyən olunduğu göstərilməmişdir. Bildirirlər ki, araşdırma zamanı müəyyən edilmiş son haqq-hesabın düzgün hesablanmaması icraçı direktorun deyil, baş mühasibin əmək funksiyalarına aiddir. Qeyd edilənlər barədə araşdırma zamanı məlumat verilməsinə baxmayaraq, vəzifəli şəxs qismində qərar məhz İcraçı direktor barəsində qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən şəxsin vəzifəli şəxs qismində inzibatı məsuliyyətə cəlb edilməsi üçün onun öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi əsas ola bilər Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 nömrəli qərarı ilə “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X3”nda Baş mühasibin vəzifələrinə əmək haqqının, pul təminatının və ona bərabər tutulan ödənişlərin hesablanması üzrə hesablama cədvəlinin, əmək haqqının, pul təminatının və ona bərabər tutulan (məzuniyyətə çıxma xidmətdən buraxılma və digər hallarla bağlı) ödənişlərin qabaqcadan verilməsi, birdəfəlik haqq-hesabın işlənilməsi və ödənişlərin aparılması dövlət büdcəsinə ödəmələr, məcburi dövlət sosial sığorta və digər icbari sığorta haqların ödənməsi” aid edilmişdir Həmçinin, müəssisənin baş mühasibi ilə bağlanmış əmək müqaviləsində də bu normalar təsbit edilmişdir. İXM-nin 192.4-cü maddəsinin dispoziyasında “İşçinin əmək və məzuniyyət haqlarının ezamiyyə xərclərinin əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə” tələbi qoyulduğuna görə bu inzibati xətaya görə müəssisənin İcraçı direktoru barəsində vəzifəli şəxs qismində inzibatı tənbeh tətbiq edilə bilməz İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibatı xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, son haqq-hesabın hesablanıb, ödənməsi İcraçı direktorun səlahiyyətlərinə aid edilmədiyindən, onun əməlində inzibati xəta tərkibi yarana bilməz. Çünki artıq qeyd olunduğu kimi həmin öhdəliklərin icrası müəssisənin Maliyyə və planlama şöbəsinin müdiri-baş mühasib inzibati vəzifəsini icra edən şəxsin səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X1 nümayəndəsi və vəkili Nümayəndə şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilən orqanın nümayəndəsi X8 bildirmişdir ki, vətəndaşlar X4 və Əlasİanova Ceyhunə Möhübbət qızı əmək müfəttişliyinə şikayət edərək əmək hüquqlarının pozulduğunu bildirmişlər. Araşdırma zamanı müəyyən edilmişdir ki, İradə Abdullayeva və Ceyhunə Əlasİanova əmək müqaviləsində qeyd olunan iş saatları və iş günlərindən fərqli vaxtlarda işlərə cəlb edilməklə, əmək və istirahət günləri pozulmuşdur. Bundan başqa, İradə Abdullayevanın və Ceyhunə Əlasİanovanın əmək müqavilələrinə xitam verilərkən İradə Abdullayevanın son haqq-hesab vaxtında edilməmiş, Ceyhunə Əlasİanovanın isə əmək müqaviləsində qeyd olunan əmək haqqından aşağı əmək haqqı ödənilmiş, hətta bəzi aylar üzrə əmək haqqısı və məzuniyyət üçün orta əmək haqqısı gecikdirilərək ödənilmişdir. Göstərilənlərin nəzərə alınaraq şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023cü il tarixli, MN ******* saylı qərardan görünür ki, İradə Abdullayeva və Ceyhunə Əlasİanova əmək müqaviləsində qeyd olunan iş saatları və iş günlərindən fərqli vaxtlarda işlərə cəlb edilməklə, əmək və istirahət günləri pozulmuşdur. Bundan başqa, İradə Abdullayevanın və Ceyhunə Əlasİanovanın əmək müqavilələrinə xitam verilərkən İradə Abdullayevanın son haqq-hesab vaxtında edilmədiyi, Ceyhunə Əlasİanovanın isə əmək müqaviləsində qeyd olunan əmək haqqından aşağı əmək haqqı, bəzi aylar üzrə əmək haqqısı və məzuniyyət üçün orta əmək haqqısı gecikdirilərək ödənildiyi üçün X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 1200 manat məbləğində cərimə olunmuşdur. “Bakı Sağlamlıq Mərkəzi” Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 119/k saylı əmrdən görünür ki, X4 öz xahişi ilə onunla bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin “2” hissəsinin “a” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilməsi, həmçinin istifadə etmədiyi əmək məzuniyyətinə görə 33 təqvim gününün kompensasiyası ödənilməsi və son haqq-hesab aparılması əmr edilmişdir. “Bakı Sağlamlıq Mərkəzi” Publik hüquqi şəxsin Maliyyə və planlama şöbəsinin müdiri N.A.İbrahimov tərəfindən imzalanmış son haqq-hesaba dair cədvəllərdən görünür ki, X2 əvvəlcə xx.xx.2023-cü il tarixdə 960,72 manat, daha sonra xx.xx.2023-cü il tarixdə isə 926,91 manat ödəniş edilərək karta köçürülmüşdür. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən materiallara, məlumatlara və ərizələrə inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin materiallarda, məlumatlarda və ərizələrdə inzibati xətanın əlamətləri göstərilən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işlərin başlanmasına əsasdır. Həmin Məcəllənin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlarından şikayət, prokuror isə protest verilə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından–yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi tarixdən on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 ilə “Bakı Sağlamlıq Mərkəzi” Publik hüquqi şəxslə bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin “2” hissəsinin “a” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilməsinə baxmayaraq son haqq-hesab əvvəlcə xx.xx.2023-cü il tarixdə 960,72 manat, daha sonra xx.xx.2023-cü il tarixdə isə 926,91 manat ödəniş edilərək karta köçürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, işçiyə ödənilməli son haqq-hesab sonuncu iş günü yəni xx.xx.2023-cü il tarixində verilməli olduğu halda, İradə Abdullayevaya ödənilməli son haqq-hesab xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə ödənilmişdir. X7 və Ceyhunə Əlasİanova əmək müqaviləsində qeyd olunan iş saatları və iş günlərindən fərqli vaxtlarda işlərə cəlb edilməklə, əmək və istirahət günləri pozulmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, şikayətçi X6 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi üçün əsas ola biləcək hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə X1 şikayət ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99100, 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-329/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-329/2024
09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver