Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3290/2021 27.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 06.01.1993-cü ildə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Saltaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə Nəsimi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 08.01.2016-cı il tarixli, 2(006)- 800/2016 saylı, 21.10.2016-cı il tarixli, 2(006)-10159/2016 saylı, 03.08.2016-cı il tarixli, 2(006)-7562/2016 saylı, 24.04.2017-ci il tarixli, 2(006)-4492/2017 saylı, 19.10.2017-ci il tarixli, 2(006)-6170/2017 saylı və Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 19.09.2016-cı il tarixli, 2(010)-8169/2016 saylı icra vərəqələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhər Nəsimi rayon məhkəməsinin və Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qəbul etdiyi icra sənədlərindən xəbəri olsa da, maddi imkanının olmaması səbəbindən həmin icra sənədləri üzrə ödənişləri yerinə yetirə bilməmişdir. Onun əvvəllər iş yeri olduğundan kreditləri vaxtında ödəmiş, sonradan işlədiyi şirkətdən ayrıldığı üçün kreditləri vaxtında ödəyə bilməmiş və bu səbəbdən də borcu yaranmışdır. Hal-hazırda icra sənədlərinin icrasından yayınmır, sadəcə olaraq maddi imkanı olmadığı üçün tələbkarlara olan borcunu birdəfəlik ödəyə bilmir. Əgər ona vaxt verilərsə, borcunu hissə-hissə ödəyə bilər. İcra məmuru tərəfindən tərtib edilmiş protokolla razı deyil və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 08 yanvar 2016-cı il tarixli, 2(006)-800/2016 saylı məhkəmə əmrinə əsasən borclu Şəxs 1111 ABŞ dolları əsas borc və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1 faizi həcmində 167 ABŞ dolları cərimə, cəmi 1278 ABŞ dolları məbləğində pulun tutlduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qərar qəbul olunmuş və icraya yönəlmişdir. Məhkəmə əmri qəbul olunduğu vaxtdan uzun müddət keçməsinə baxmayaraq borclu tərəfindən borcun çox cüzi hissəsi ödənilmiş, qalan borcun ödənilməsi ilə bağlı ümumiyyətlə heç bir cəhd etməmişdir. Hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dəymiş ziyan 1102 dollar təşkil edir, borcluya qarşı şikayətçidirlər və borcun tam olaraq ödənilməsini tələb edirlər. Məhkəmə iclasında iştirak etmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhər Nəsimi rayon məhkəməsinin 08.01.2016-cı il tarixli, 2(006)-800/2016 saylı, 21.10.2016-cı il tarixli, 2(006)-10159/2016 saylı, 03.08.2016-cı il tarixli, 2(006)-7562/2016 saylı, 24.04.2017-ci il tarixli, 2(006)- 4492/2017 saylı, 19.10.2017-ci il tarixli, 2(006)-6170/2017 saylı və Bakı şəhər Suraxanı rayon məhkəməsinin 19.09.2016-cı il tarixli, 2(010)-8169/2016 saylı icra vərəqələri üzrə öödənişlərin yerinə yetirilməsi barədə qərar qəbul olunmuşdur. İcra vərəqələri icra olunması üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmiş və icraata başlamaq haqqında qərarlar qəbul olunmuşdur. Bundan sonra tələbin könüllü icrası ilə bağlı borclunun ünvanına rəsmi qaydada bildirişlər göndərilmiş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri izah olunmuşdur. Borclu tərəfindən icra sənədi icra olunmadığı üçün borclunun ünvanına xəbərdarlıq məktubları göndərilmişdir. Görülən tədbirlərə və edilən xəbərdarlıqlara baxmayaraq icra sənədləri borclu tərəfindən icra olunmamışdır. Şəxs Nəsimi rayon İcra Şöbəsinə dəvət edilərək izahatı alınmış və sonuncu həmin izahatda maddi imkanı olamdığını bildirmişdir. Bundan sonra borclu Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Bakı şəhər Nəsimi rayon məhkəməsinin 08.01.2016-cı il tarixli, 2(006)- 800/2016 saylı, 21.10.2016-cı il tarixli, 2(006)-10159/2016 saylı, 03.08.2016-cı il tarixli, 2(006)-7562/2016 saylı, 24.04.2017-ci il tarixli, 2(006)-4492/2017 saylı, 19.10.2017-ci il tarixli, 2(006)-6170/2017 saylı və Bakı şəhər Suraxanı rayon məhkəməsinin 19.09.2016-cı il tarixli, 2(010)-8169/2016 saylı icra vərəqələrinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhər Nəsimi rayon məhkəməsinin 08.01.2016-cı il tarixli, 2(006)-800/2016 saylı, 21.10.2016-cı il tarixli, 2(006)-10159/2016 saylı, 03.08.2016-cı il tarixli, 2(006)-7562/2016 saylı, 24.04.2017-ci il tarixli, 2(006)-4492/2017 saylı, 19.10.2017-ci il tarixli, 2(006)-6170/2017 saylı və Bakı şəhər Suraxanı rayon məhkəməsinin 19.09.2016-cı il tarixli, 2(010)-8169/2016 saylı icra vərəqələrinə əsasən Şəxs vəsaitlərin alınaraq tələbkarlara ödənilməsi barədə qərar qəbul olunmuşdur. İş materiallarında olan icraata başlamaq haqqında qərarlardan görünür ki, Bakı şəhər Nəsimi rayon məhkəməsinin 08.01.2016-cı il tarixli, 2(006)-800/2016 saylı, 21.10.2016-cı il tarixli, 2(006)-10159/2016 saylı, 03.08.2016-cı il tarixli, 2(006)-7562/2016 saylı, 24.04.2017-ci il tarixli, 2(006)-4492/2017 saylı, 19.10.2017-ci il tarixli, 2(006)- 6170/2017 saylı və Bakı şəhər Suraxanı rayon məhkəməsinin 19.09.2016-cı il tarixli, 2(010)-8169/2016 saylı icra sənədləri üzrə icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmişdir. İş materiallarında olan borclu Şəxs ünvanına göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, borcluya tələbin könüllü icra edilmədiyi təqdirdə məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıqlar edilmişdir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Şəxs Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs təqsiri üzündən icra sənədləri icra edilməmiş və icra sənədlərinin icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. Şəxs tərəfindən icra sənədinin icra edilməməsi, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3290/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3290/2021
27.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver