Məhkəmə qərarları › İş №3(006)-3292/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3292/2020

30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3292/2020 30.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, «xxxxxxxxx» MMC tərəfindən Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx xxxxxxxx 2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: «xxxxxxxxx» MMC Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx xxxxxxxx 2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Şikayəti ona əlavə edilmiş sənədlərlə birgə nəzərdən keçirərək hesab edirəm ki, həmin mübahisələndirilən inzibati tənbeh haqqında qərar məhkəməyə təqdim olunmamış və ya şikayətdə onun əldə olunmasının qeyri-mümkünlüyü göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələləri həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: «xxxxxxxxx» MMC tərəfindən Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx xxxxxxxx 2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar