Məhkəmə qərarları › İş №3(006)-3292/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3292/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3292/2024 26.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu Azərbaycan Respublikası Dövlət Miqrasiya tərtib etmiş: Xidmətinin nümayəndəsi Nümayəndə1 Barəsində icraat aparılan şəxs: Şəxs MMC-nin baş direktoru Nümayəndə2 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Ali Mustafayev küçəsi, ev 05, məhəllə 3014, VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC iç icazəsi tələb olunduğu halda, belə icazə olmadan Türkiyə Respublikasının vətəndaşını işə cəlb etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, Türkiyə Respublikasının vətəndaşı, xx.xx.1993-cü il təvəllüdlü X4 ölkədə olma, yaşama qaydalarına əməl edib-etməməsi Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi tərəfindən araşdırılmışdır. Araşdırma zamanı əcnəbinin iş icazəsi olmadan Şəxs MMC-də nəzarətçi işlədiyi müəyyən edilmişdir. Əcnəbinin izahatı alınaraq Şəxs MMC tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb olunması qaydalarının pozulması faktı aşkar olunmuş, bu barədə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin baş direktoru Nümayəndə2 izahatında göstərdi ki, X4 müvəqqəti yaşamaq icazəsi olduğu üçün elə düşünmüşlər ki, bu şəxsə artıq iş icazəsinin almasına zərurət yoxdur və buna görə onunla əmək müqaviləsi bağlanılmışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan: • xx.xx.2024-cü il tarixli izahatında X5 bildirmişdir ki, o, sonuncu dəfə bacısı vasitəsilə “oturum izni” almış və hazırda da onun müddətinin uzadılması üçün müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə Şəxs MMC-də rəsmi iş icazəsi olmadan əmək müqaviləsi ilə işə qəbul olmuş və nəzarətçi kimi işləmişdir. Onun iş yeri “Hilton” otelidir və iş vaxtı 08:00-da başlayıb 18:00-da bitirdi. Aylıq 1.100 manat məbləğində əmək haqqı alır. Həmin şirkətdə 03 ay işləmiş, əmək haqqını şirkətin direktoru Nümayəndə2 nağd formada hər ayın sonunda almışdır. xx.xx.2024-cü il tarixdə öz ərizəsi ilə işdən çıxmışdır. Bunun qanun pozuntusu olmasından xəbəri olmamışdır; • Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X5 İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla 300 manat məbləğində cərimə edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, işəgötürən Şəxs MMC tərəfindən Türkiyə Respublikasının vətəndaşı X5 iş icazəsi olmadan nəzarətçi vəzifəsində haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 51.3-cü maddəsinə əsasən iş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir. Həmin Məcəllənin 63.2-ci maddəsinə görə hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, bu Məcəllənin 64-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, işə cəlb etmək istədikləri hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almalıdırlar. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş cərimə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ M: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 15.000 (on beş min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar