Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3296/2020 20.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, qərarından şikayət verilən Azərbaycan Respublikası X3nin nümayəndəsi X2, şikayətçi X5 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 X3 Bakı Regional Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 Bakı Regional Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Biəqədi rayonunda yerləşən iaşə obyektinə X3 Bakı Regional Bölməsi tərəfindən aparılmış qeyri-qanuni yoxlama nəticəsində İXM-nin müvafiq maddəsinin pozulması müəyyən edilmişdir. Həmin yoxlama zamanı obyekt fəaliyyətdə olmamışdır. Təhvil-təslim işləri getmişdir. Fəaliyyətdə olmaması nəticəsində masalar və bu kimi hallar həmin protokolu və onun əsasında qəbul edilən qərar üçün əsas ola bilməz. Protokol tərtib olunan zaman təmizlik işləri getmişdir. Eyni zamanda obyektdə həmin zaman dezinfeksiya işləri getmiş, restoranda onlar və təmizlik işçilərindən başqa heç kəs olmamışdır. Bundan əlavə qardaşı X10 ön cəbhədə xidmət edir. Onun ailəsinə də, maddi köməkliyi edir. Belə çətin vəziyyətdə ona cərimə inzibati tənbeh tədbirinin tətbiq olunması tam qanunsuzdur. Restoranda aşbaz və digər işçilər də olmamışdır. Heç bir əsas olmadan ona Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi tətbiq olunmaqla 3000 manat cərimə hesablanmışdır. Qəbul edilmiş qərarda və protokolda karantin qaydalarının pozulması göstərilsə də, hansı formada işlətməyi göstərilməmişdir. Yuxarıda qeyd etdikləri ən əsasda video çəkilişdən də göründüyü kimi restoran fəaliyyət göstərməmişdir. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Lakin bunun üçün təqsirim sübut olunmalıdır. Çünki Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu İXM ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Beləliklə, hesab edir ki, İXM-nin 53-cü maddəsinin 53.0.1-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.0.2-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsində deyilir ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Göstərilən əsaslara görə, X3 Bakı Regional Bölməsinin onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarının qanunsuz olduğundan ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında X9 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, o, obyekti inzibati tənbeh tədbiri tətbiq edilərkən istifadə etməsə də, həmin vaxt orada olan qohum və tanışları vasitəsilə təmizlik işləri aparmışdır. Yəni həmin obyektdə heç bir işçi olmamış və müştərilərə xidmət göstərilməmişdir. Belə ki, o həmin obyekti yeni istifadəyə götürmüş və obyektin istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün tədbirlər görmüşdür. Həmçinin obyektdə mütəmadi olaraq dezinfeksiya işləri aparılmışdır. Qeyd olunanları nəzərə alaraq, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası X3nin nümayəndəsi X6 izahatında bildirdi ki, X1 Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərini pozduğu üçün X3 Bakı Regional Bölməsi tərəfindən xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla cərimə edilmişdir. Belə ki, X3 Bakı Regional Bölməsi əməkdaşları tərəfindən baxış keçirilərkən X5 işlətdiyi obyektdə olan şəxslərin maskadan istifadə etməməsi müəyyən olunmuş və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə maskadan istifadə edilməsi zərurəti olsa da, barəsində inzibati tənbeh qərarı qəbul edilmiş şəxs tərəfindən lazım olan nəzarət olmamış və onun işçiləri tərəfindən bu qaydaya əməl edilməmişdir. Həmçinin X3 Bakı Regional Bölməsi əməkdaşları tərəfindən fotoşəkillər çəkilmiş və akt tərtib olunsa da, X9 həmin aktı imzalamaqdan imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq, verilmiş şikayət təmin edilməməklə X3 Bakı Regional Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə qalmasını xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirib, tərəfləri dinləyərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan və xx xxxxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X9 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozduğu üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli aktdan və fotoşəkillərdən görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən X7 məxsus kafeyə X3 Bakı Regional Bölməsi əməkdaşları tərəfindən baxış keçirilərkən masalar arxasındakı oturacaqlar arası 1 metrlik məsafə gözlənilməmiş və işçilərin tibbi maskalardan və əlcəklərdən istifadə etmədiyi müəyyən olunmuş və fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X9 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından və şikayətin məzmununda qeyd olunan inzibati tənbeh vermə haqqında qərarın əsassız olaraq tərtib edilməsi ilə bağlı sübutlar təqdim edilmədiyindən şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 X3 Bakı Regional Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3296/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3296/2020
20.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver