Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3297/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 22 oktyabr 2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, Şəxs idarə etdiyi “Mazda 3” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomaşınla 17.09.2021-ci il tarixdə N.B.Yusifbəyli küçəsi ilə S.Vurğun küçələrinin kəsişməsində “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin İİİ hissəsinin tələbini pozaraq özündən irəlidə olan “Chevrolet Cruze” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və toqquşma nəticəsində “Chevrolet Cruze” markalı avtomaşında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarəti almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, o, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Belə ki, 17 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsindən keçən asfalt yolda idarə etdiyi “Mazda 3” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən işıqfordan hərəkətə başlayarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərim pozaraq ara məsafəsini gözləmədiyi üçün qarşısında hərəkətdə olan “Chevrolet Cruze” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisə zamanı onun idarə etdiyi avtomobildə sərnişin olmamış, digər avtomobildə isə sürücü Zərərçəkmiş şəxs2 və sərnişin Zərərçəkmiş şəxs1 olmuşdur. Hadisədən dərhal sonra o, həmin avtomobilin sürücüsü və sərnişinə yaxınlaşıb xəsarət alıb-almamalarını soruşmuş, həmin vaxt sürücü Zərərçəkmiş şəxs2 və anası Zərərçəkmiş şəxs1 heç bir xəsarət almadıqlarını bildirmişlər. Hadisədən bir gün sonra “Chevrolet Cruze” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 ilə görüşüb sonuncunun maşınına dəymiş maddi ziyanı (150 manat pul) ödəmişdir. Zərərçəkmiş şəxs1 xəsarət alması ilə bağlı onun məlumatı olmamışdır. Göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nin DYPŞ-nə və zərər çəkmiş şəxsə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və zərər çəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin və zərər çəkmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, aparılmış təhqiqat zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs idarə etdiyi “Mazda 3” markalı, ** PY *** dövlət nömrə nişanlı avtomobil ilə 17.09.2021-ci il tarixdə Nəsimi rayonu, N.B.Yusifbəyli küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində işıqforda yaşıl işıq yanan vaxt sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi “Chevrolet Cruze” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobili ehtiyatsızlıq edərək arxadan vurması nəticəsində “Chevrolet Cruze” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi "Məhkəmə- Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyi" X2 20 sentyabr 2021-ci tarixli, 868 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarət – ənsə nahiyəsinin geniş həcmli dərialtı hematoması küt əşyanın təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 17.09.2021-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, sürücü Şəxs 17 sentyabr 2021ci il tarixdə idarə etdiyi “Mazda 3” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomaşınla Nəsimi rayonu, N.B.Yusifbəyli küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin İİİ hissəsinin tələbini pozaraq eyni zolaqda özündən qabaqda gedən “Chevrolet Cruze” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və toqquşma nəticəsində sonuncu avtomaşında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarəti almışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmə hüququ 03 (üç) ay müddətində məhdudlaşdırılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3297/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3297/2021
11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver