Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3301/2025 04.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X8, inzibati xəta haqqında protokolu tərtib edən orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 17A, VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4cü maddəsi üzrə tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC tərəfindən ünvan 2 ünvanında 20 may 2025-ci il tarixdə saat 16:00-da planlı yoxlama keçirilərkən X6 və digər şəxslərin sertifikasiyadan keçmədən praktik tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X14 izahatında göstərdi ki, 20 may 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən guya Şəxs MMC tərəfindən ünvan 2 ünvanında 20 may 2025-ci il tarixdə saat 16:00-da planlı yoxlama keçirilərkən X6 və digər şəxslərin sertifikasiyadan keçmədən praktik tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Halbuki, qeyd olunan şəxslər MMC tərəfindən müvafiq əmrlə tibbi və əczaçılıq fəaliyyətlərindən uzaqlaşdırılmış və sertifikasiyadan keçmədən həmin şəxslərin qeyd olunan fəaliyyətlərlə məşğul olması qadağan olunmuşdur. Lakin planlı yoxlama keçirilərkən əsassız olaraq Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X9 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 06 may 2025-ci il tarixli qərarına əsasən ünvan 2 ünvanında 20 may 2025-ci il tarixdə saat 16:00-da planlı yoxlama həyata keçirilərkən Şəxs MMC-nin X6 və digər şəxslərin sertifikasiyadan keçmədən praktik tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Həmin yoxlama nəticəsində Səhiyyə Nazirliyinin “X5” X22 tərəfindən T-173 nömrəli akt tərtib olunmuşdur. Həmin akt və digər sənədlər əsasında Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Səhiyyə Nazirliyinin “X5” X20 T-173 nömrəli planlı yoxlama aktından görünür ki, Şəxs MMC tərəfindən ünvan 2 ünvanında 20 may 2025-ci il tarixdə saat 16:00-da planlı yoxlama keçirilərkən X6 və digər şəxslərin sertifikasiyadan keçmədən praktik tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. İş materiallarında olan Şəxs MMC-nin direktoru Y.M.Alxazov tərəfindən qəbul edilmiş 04 yanvar 2025-ci il tarixli, 05/25 saylı, 13 yanvar 2025-ci il tarixli, 17/25 saylı, 04 mart 2025-ci il tarixli, 28/25 saylı və 13 mart 2025-ci il tarixli, 31/25 saylı əmrlərinin surətlərindən görünür ki, X4, X6, X15, X10, X12, X7 və X1 keçmədiyi üçün iş yeri saxlanılmaqla praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmayaraq fəaliyyətdən kənarlaşdırılmışlar. “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 1.4-cü bəndinə əsasən Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 49-1-ci maddəsinə əsasən ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Məhkəməyə təqdim olumuş sənədlər və qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin direktoru Y.M.Alxazov tərəfindən qəbul edilmiş 04 yanvar 2025-ci il tarixli, 05/25 saylı, 13 yanvar 2025-ci il tarixli, 17/25 saylı, 04 mart 2025-ci il tarixli, 28/25 saylı və 13 mart 2025-ci il tarixli, 31/25 saylı əmrlərinə əsasən X4, X6, X15, X10, X12, X7 və X1 keçmədiyi üçün iş yeri saxlanılmaqla praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmayaraq fəaliyyətdən kənarlaşdırıldıqları halda yuxarıda göstərilən hallar nəzərə alınmamış, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən inzibati xəta törədilmədiyindən sonuncu barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3301/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3301/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver