Məhkəmə qərarları › İş №3(006)-3307/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3307/2021

05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3307/2021 05.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə rəisi tərəfindən tərtib edilmiş 26 aprel 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 28 aprel 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin rəisi tərəfindən tərtib edilmiş 26 aprel 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 28 aprel 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun qarşılaşdığı xoşagəlməz hal və hüquqlarının pozulması mənəvi təsir etmiş və onda mənəvi sarsıntı yaramışdır. Belə ki, 26.04.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində günorta saatlarında küçədə, açıq havada üzündə tibbi maska olduğu halda polis zabiti ona yaxınlaşaraq sənədlərini təqdim etməsini tələb etmişdir. Polisin şifahi əmrinə, tələbinə bir vətəndaş olaraq tabe olub sənədlərini ona vermişdir. Polis ona heçnə demədən, səbəb göstərmədən, şəxsiyyət vəsiqəsinin şəkilini şəxsi mobil telefonuna çəkmişdir. Çəkilişin səbəbini soruşduqda guya tibbi maska taxmadığı üçün İXM-nin 211-ci maddəsi ilə protokol yazacağını demişdir. O polis əməkdaşına maskasının üzündə olmasını nəinki demək, hətda barmağı ilə göstərmişdir. Cavabında isə “mən yazıram, sən məhkəmədə sübut edib ləğv edərsən” ifadəsini eşitmişdir. Ona inzibati orqan olaraq sübutetmə vəzifəsinin onun üzərinə düşdüyünü və onun maskasız olmasını ilk olaraq sübut etməsini tələb etmişdir, polis əməkdaşı bildirmişdir ki, gözü ilə görməsi ona bəs edir. Nəzərə çatdırır ki, nə polis haqqında qanunda, nə inzibati xətalar məcəlləsində gözlə görmənin sübut olması haqda qeydlər, o cümlədən də maddə yoxdur. O, polis əməkdaşına kağız üzərində protokol yazmasını tələb etmişdir ki, protokola öz yazılı etirazını bildirsin. O isə imtina edib elektron protokol göndərəcəyini demişdir. Polis zabitinə protokol yerində tərtib edilməli, vətəndaşın inzibati qayda pozuntusu qeydə alınmalı, şahidlərin iştirakı və hal şahidlərinin imzaları protokolda göstərilməlidir demişdir. Polis əməkdaşı isə bütün bu prosessual hərəkətləri etməkdən imtina etmiş, hansı ki, ətrafda onlarla şahid olmuşdur. Ondan adını soyadını soruşduqda polis əməkdaşı Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşı Sani Abdullayev olduğunu deyib getmişdir və ona “get məhkəmədə təqsirsizliyini sübut et protokolu ləğv et” sözünü demişdir. Hansı ki, İXM-nin 8.2-ci maddəsinin tələbinə görə, yəni təqsirisizlik prezumpsiyasının prinsipinə əsasən o, öz təqsirsizliyini sübut etməyə borclu deyil. Sübutetmə vəzifəsi polisin üzərinə düşür. İXM-nin 8.2-ci maddəsinin tələbində qeyd edilir ki, «İnzibati məsuliyyətə cəlb olıınmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir». Qeyd edir ki, bu ədalətsizlikdir. İXM-nin 9.1 maddəsinin tələbində qeyd edilir ki, «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır». Yəni heç bir sübut olmadan, şərlənmə yolu ilə ona 200 manat cərimə yazılmışdır. O, 28.04.2021-ci il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-nin dəftərxanasına yaxınlaşaraq, barəsində tərtib edilən EXP ******* nömrəli 26.04.2021-ci il tarixli protokolun və vəzifəli şəxsin qəbul etdiyi qərarın nüsxələrini tələb etmişdir. Orada ona nə qərar, nə də protokol verilməmiş və Sani Abdullayevin mobil nömrəsi verilmişdir ki, onunla əlaqə saxlasın. O polis əməkdaşı ilə əlaqə saxlayıb ad soyadını dedikdə, polis əməkdaşı bildirmişdir ki, ilk dəfədir belə ad soyad eşidir və ona protokol yazmadığını bildirmişdir. Çarəsizlikdən 01.05.2021-ci il tarixdə Nəsimi RPİ-nə qərarın və protokolun nüsxəsinin təqdim edilməsi haqqında ərizə ilə poçt vasitəsi ilə müraciət etmişdir. Müraciəti qanunla müəyyən edilmiş qaydada 15 gün ərzində cavablanmalı halda nədənsə cavablanmamış və o məcburiyyət qarşısında qalıb ikinci dəfə təkrarən eyni məzmunlu ərizə ilə 24.07.2021-ci il tarixdə Nəsimi RPİ-nə rəsmi müraciət etmişdir. Təssüflər olsun ki, məktubu yenə cavablanmamış və qanun keşikçisi olan polis orqanı bu hərəkəti ilə özü qanunları pozmuşdur. Məktublarına cavab gəlmədiyi üçün o məcburiyyət qarşısında qalaraq, 02.09.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia qaldıraraq öhdəliyin qoyulması tələbini irəli sürmüş və tələb etdiyi protokolu və qərarın nüsxələrini 15 oktyabır 2021-ci il tarixdə qəbzə imza atmaqla məhkəmə vasitəsi ilə almışdır. Göründüyü kimi 15 gün ərzində ona təqdim ediləcək sənədləri 6 aydan sonra məhkəmə vasitəsi ilə əldə etmişdir. Odur ki, tərəfindən prosessual müddət buraxılmamışdır. Qanun keçikçisi olan cavabdeh özü qanunu pozur və qanunlara hörmətsiz yanaşır. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 10.1-ci maddəsinin tələbində qeyd edilir ki, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Qərarı və protokolu oxuyanda isə ona cərimə yazan şəxsin Sani Abdullayev yox sahə inspektoru olan Elməddin Tağıyevin olduğunu görmüşdür. X1 tərəfindən yazılıbsa, o zaman Sani Abdullayev onu niyə saxlayıb? O bir çox şahidlərin gözü önündə maskadan istifadə etdiyi halda, ona heç bir sübut təqdim edilmədən polis tərəfindən əsassız olaraq, İXM-nin 211.2ci maddəsi ilə 200 (iki yüz) manat cərimə protokolu yazılmışdır. Aşağıdakı əsaslara görə hesab edir ki, EXP ******* saylı İnzibati xəta haqqında protokol və EPQ ******* saylı qərar ləğv edilməlidir. Heç bir foto və video görüntü ona polis tərəfindən sübut olaraq təqdim edilməmiş, onun hüquqları bildirilməmişdir, ətrafında iyirmiyə yaxın adam olduğu təqdirdə protokolda onun maskasız olduğunu təsdiq edə biləcək şahidlərin imzası yoxdur. Protokola qoşma olaraq əlavə edilən sənədlər yoxdur. Sübut və faktlar müəyyən deyildir. Göründüyü kimi heç bir əsas və sübut olmadan ona qarşı qərəzli və əsassız protokol tərtib edilmişdir. Əgər barəsində inzibati protokol tərtib edən polis hesab edirsə ki, haqlıdır, o zaman İXMnin 75.0.1-ci maddəsinin tələbinə riayət edib İnzibati xəta hadisəsini sübut etməyə borcludur. İXM-nin 76-cı maddəsinin tələbində qeyd edilir ki, İnzibati xatanın olubolmamasım, inzibati xata töradan şaxsin taqsirini va işin düzgün lıalli üçün ahamiyyatli olan digar halları müayyan etmak üçün hakimin, salahiyyatli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik malumatlar inzibati xatalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xata haqqında iş iizrə icraat aparılan şaxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digar sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 77.2-ci maddəsinin tələbində qeyd edilir ki, maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqınıla işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqınıla protokolda qeyd edilir. Odur ki, xahiş edir ki, inzibati xəta törətməyimlə bağlı cavabdehdən sübutları tələb edəsiniz və onun təqdim etdiyi sübutlara hüquqi qiymət verəsiniz. İXM-nin 84.1-ci maddəsinni tələbində qeyd edilir ki, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasımı əsaslanan öz daxili inıımı ilə sübutları qiymətləndirir. Odur ki, hörmətli məhkəmədən xahiş edir ki, işi araşdırarkən öz daxili inamına da əsaslansın. Digər tərəfdən də inzibati xəta protokolu tərtib edilərkən İXM-nin 100-cü maddəsinin aşağıda qeyd edilən maddələrinin tələblərinə də riayət olunmamışdır. İXM-nin 11-ci maddəsinin tələbinə görə qanunun geriyə qüvvəsi vardır və faktiki olaraq açıq havada tibbi maskadan istifadə edilməsini məcburiliyi Nazirlər Kabineti yanında Operativ Qərargahın 26 may 2021-ci il tarixli 151 nömrəli qərarının 2.1.1ci bəndi ilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilmişdir. İXM-nin 11.1ci maddəsinin tələbini görə Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər iizrə icraatın aparılması, inzibati xətalar haqqında işlər iizrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İXM-nin 11.2-ci maddəsinin tələbinə görə inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə rəisi tərəfindən tərtib edilmiş 26 aprel 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 28 aprel 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə lazımi qaydada məlumat verilsə də, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə rəisi tərəfindən tərtib edilmiş 26 aprel 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 28 aprel 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə rəisi tərəfindən tərtib edilmiş 26 aprel 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 28 aprel 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar