Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3308/2022 20.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati icraat aparılan «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X5 nümayəndəsi X1 iştirakı ilə, «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X5 barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi Dövlət X9 polis leytenantı X3 tərəfindən «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 10 avqust 2022-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X4 məxsus olan «FİAT DOBLO XÜSUSİ TƏY.» markalı, **- JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barəsində məlumatı sorğu daxil olduğu gündən 5 gün ərzində səlahiyyətli orqana təqdim etməmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X5 nümayəndəsi X2 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 10 avqust 2022-ci il tarixli, İXP seriyalı, ******* saylı protokoluna əsasən «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X4 məxsus olan «FİAT DOBLO XÜSUSİ TƏY.» markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməsi, əks halda Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X7 məxsus olan yol hərəkəti qaydalarını pozmuş nəqliyyat vasitəsinə görə üç yüz manat məbləğində cərimə olunacağı barədə xəbərdarlıq məktubu «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X10 tərəfindən qəbul edilmişdir. Lakin həmin avtomobil «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X5 balansında olmamışdır. Bu səbəbdən «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X10 barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin məsuliyyəti nəzərdə tutula bilməz. Belə ki, həmin maddənin tələbindən görünür ki, «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X10 tərəfindən Polis İdarəsindən göndərilmiş məktub qəbul edildikdən sonra 5 gün ərzində müvafiq orqana məlumat verilməlidir. Lakin həmin avtomobil «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X8 balansında olmadığından inzibati xəta tərkibi yaranmamışdır. Qeyd olunanları nəzərə alaraq «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X10 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, proses iştirakçısının izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi Dövlət X12 tərəfindən «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X8 ünvan 1 ünvanına göndərilmiş sorğu məktubunun surətindən görünür ki, «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X8 balansında olan «FİAT DOBLO XÜSUSİ TƏY.» markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol hərəkət qaydalarını pozması ilə əlaqədar tərtib olunmuş elektron protokollar barədə məlumatı qəbul edilən gündən 5 gün müddətində həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməsi xahiş olunmuş, əks halda Azərbaycan Respublikası İXM-in 347-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilmişdir. Lakin işə əlavə olunmuş digər iş materiallarından «FİAT DOBLO XÜSUSİ TƏY.» markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X8 balansında olması öz təsdiqini tapmamışdır . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün inzibati xəta törətmiş fiziki şəxs barəsində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən sorğu verilməli, həmin sorğu hüquqi şəxsə təqdim olunmalı (daxil olmalı) və bundan sonra hüquqi şəxs tərəfindən 5 gün müddətində sorğuya cavab verilməlidir. Hazırki iş üzrə Nəsimi Rayon Polis İdarəsinin Dövlət X9 sorğu məktubu «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X7 ünvanlandırılsa da, «FİAT DOBLO XÜSUSİ TƏY.» markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin faktiki olaraq həmin cəmiyyətə məxsus olunmasını təsdiq edən mötəbər sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X8 istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi məhkəmə araşıdırılması zamanı müəyyən edilməmiş, bu barədə möhtəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X8 istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3308/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3308/2022
20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver