Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3309/2025 04.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən "xxxx" ASC Saatlı Rayon Məhkəməsinin 2(055)-411/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Göstərilənlərə əsasən "xxxx" ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 bildirmişdir ki, Saatlı Rayon Məhkəməsinin 2(055)-411/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi tam olaraq icra edilmişdir. Qeyd olunan qərarın icrası ilə əlaqədar sənədləri məhkəməyə təqdim edir. Göstərilənləri nəzərə alaraq "xxxx" ASC-nin barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X4 bildirdi ki, Saatlı Rayon Məhkəməsinin 2(055)-411/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında yerləşən iddiaçı Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evi üçün quraşdırılan hesablaşma elektrik sayğacının texniki şərtdə göstərilən uçot nöqtəsinə-obyektin giriş hissəsinə keçirilməsi öhdəliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmuşdur. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təqdim edilmişdir. Qeyd olunanlara baxmayaraq məhkəmə qərarı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən icra edilməmişdir. Saatlı Rayon Məhkəməsinin 2(055)-411/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi ücün borclu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə məhkəməyə təqdim olunmuşdur. Qeyd olunanları nəzərə alaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində qanunuyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, Saatlı Rayon Məhkəməsinin 2(055)-411/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evi üçün quraşdırılan hesablaşma elektrik sayğacının texniki şərtdə göstərilən uçot nöqtəsinə-obyektin giriş hissəsinə keçirilməsi öhdəliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmuşdur. Qeyd olunan qərarın icrası ilə əlaqədar onun əsas tələbi ona məxsus fərdi yaşayış evi üçün quraşdırılan hesablaşma elektrik sayğacının texniki şərtdə göstərilən uçot nöqtəsinə-obyektin giriş hissəsinə keçirilməsi öhdəliyinin məhz texniki şərtə uyğun tətbiq edilməsidir. Qeyd olunanları nəzərə alaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində qanunuyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 2(055)-411/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evi üçün quraşdırılan hesablaşma elektrik sayğacının texniki şərtdə göstərilən uçot nöqtəsinə-obyektin giriş hissəsinə keçirilməsi öhdəliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmuşdur. İş materiallarına əlavə edilmiş 04 iyul 2025-ci il tarixli aktdan görünür ki, həmin akt tərtib edilmişdir ona görə ki, Saatlı EŞ-nin xidməti ərazisi olan M.F.Axundov 83-də qeydiyyatda yaşayan Zərərçəkmiş şəxs mənzilinin elektrik təsərrüfatına baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarxili ATS**********2114 saylı elektrik enerjisindən istifadə edilməsi üçün “AZƏRİŞİQ" ASC- dən texniki şərt almış və həmin mənzilə **********04149 saylı kod açılaraq **********62 saylı sayğac quraşdırılmışdır. Sonradan sayğac quraşdırılan yerin mənzildən aralı olduğu barədə Zərərçəkmiş şəxs müxtəlif ünvalara müraciət edərək sayğacın mənzilinin yaxınlığına gətirilməsini tələb etmişdir. EŞ-in əməkdaşları tərəfindən Saatlı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(055)-411/2024 saylı qətnaməsini əsas tutaraq adı gedən sayğacın Zərərçəkmiş şəxs mənzilindən 10 metr məsafədə beton dayaqda bərkidərək mənzilinin elektrik enerjisi bərpa edilməsini təmin etmişlər. Hal-hazırda mənzil beton dayaqda quraşdırılmış **********62 saylı Paud - smart kart tipli 1 (bir) fazalı elektrik sayğacından qidalanır. Lakin mənzildə yaşayış yoxdur. Həmin sayğacla yanaşı beton dayağın digər tərəfində abonent kodu **********4 olan Vüqar Dadaşova məxsus ********** saylı smart-kart tipli elektrik sayğacından da istifadə edilir. Sayğaclara baxış keçirən zaman Zərərçəkmiş şəxs mənzilində yaşayış olmaması və onun Bakı şəhərində müvəqqəti məskunlaşması barədə qardaşı Elçin Dadaşovdan xx.xx.2025-ci il tarixdə saat 10:36 da məlumat almışlar. Bunun üçündə müraciətçinin imzasını təşkil edə bilməmişlər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Saatlı Rayon Məhkəməsinin 2(055)-411/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi "xxxx" ASC tərəfindən tam olaraq icra edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi hazırda sözügedən icra sənədi üzrə "xxxx" ASC tərəfindən qərəzli olaraq icra edilməməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-yə istinad edilən inzibati xəta hadisəsi hal-hazırda mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-yə istinad edilən inzibati xəta hadisəsi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3309/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3309/2025
04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver