Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-331/2024 01.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X3 iştirakı ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, akademik Şamil Əzizbəyov küçəsi, ev 158, mənzil 25; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* (10000-00005/24) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, EP ******* (10000-00005/24) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Böyük Britaniyada (Virgin adaları) qeydiyyatda olan hüquqi şəxs - “X6 Limited” şirkətinin tapşırığı ilə Bolqarıstan Respublikasında qeydiyyatda olan hüquqi şəxs - “SKS Engineering and Materials LTD” şirkətindən ünvan 2 ünvanında qeydiyyatda olan hüquqi şəxs - “X7 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına 382H643/38BA217 dövlət nömrə nişanlı yük avtomobilində idxal olunmuş və gömrük rəsmiləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin “Şirvan” gömrük postuna təyinat alaraq **********3146 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə “son istifadə” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş ümumi invoys dəyəri 34140,00 ABŞ dolları, netto çəkisi 20000 kiloqram təşkil edən “neft sənayesində istifadə olunan quyuların sementlənməsi üçün yüngülləşəbilən tomponai” yükü xx.xx.2024-cü il tarixdə saat 14:24-də Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Lakin sözügedən yüklərin “Şirvan” gömrük postunda “son istifadə” xüsusi gömrük prosedurunda rəsmiləşdirilməsi zamanı mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə saat 23:08-də sözügedən yüklərlə bağlı elektron formada **********0587 sorğu nömrəli qısa idxal bəyannaməsinin verildiyi müəyyən edilmiş, bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan hüquqi şəxsə bildirişin göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarında olan daxil olmuş 3-33-/001/000028 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan hüquqi şəxs - “X7 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Bolqarıstan Respublikasında qeydiyyatda olan hüquqi şəxs - “SKS Engineering and Materials LTD” şirkətindən 38BA217 nömrəli nəqliyyat vasitəsilə idxal edilmiş neft sənayesində istifadə olunan sementlər gömrük ərazisinə gətirilmiş həmin mallara dair gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi tərtib edilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid X1 mövcud olan məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hüquqi şəxs - “X8 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına idxal olunaraq “Şirvan” gömrük postunda **********3146 sorğu nömrəli xx.xx.20243-cü il tarixli gömrük bəyannaməsi ilə “son istifadə” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş mallar 38ZH643/38BA217 dövlət nömrə nişanlı yük avtomobilində xx.xx.2024-cü il tarixdə saat 14:24-də Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Lakin sözügedən yük avtomobilində idxal olunmuş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə saat 23:08-də **********0587 sorğu nömrəli qısa idxal bəyannaməsi verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid X2 inteqrasiya olunmuş məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hüquqi şəxs - Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının vergi orqanlarında ********** nömrəli VÖEN əsasında hüquqi şəxs qismində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır, şirkətin hüquqi ünvanı ünvan 4əri X4r, rəhbərin şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi 5P9BQEN-qdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid X1 mövcud olan məlumatlara baxış keçirilməsi haqqında” haqqında protokoldan görünür ki, hüquqi şəxs - “X8 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına idxal olunaraq “Şirvan” gömrük postunda **********3146 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə “son istifadə” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş mallarla bağlı yüklərin gömrük rəsmiləşdirilməsinin aparılmasından ötrü idxalatçı hüquqi şəxs - “X8 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “NTD Service S.R.O” şirkətinə xx.xx.2023ci il tarixli 737/12 nömrəli etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında da “NTD Service S.R.O” şirkəti tərəfindən “X8 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına idxal olunmuş yüklərin rəsmiləşdirilməsi xx.xx.2024cü il tarixli etibarnamə ilə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunmuşdur. Həmçinin bununla bağlı tərəflər arasında gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında müqavilələr bağlanmışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Həmin Məcəllənin 114.1 və 114.3-cü maddələrinə müvafiq olaraq qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir. Qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edən şəxs tərəfindən verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxs MMC-yə həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-331/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-331/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver