Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3317/2024 09.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində inzibati xəta haqqında Şəxs QSC-nin iş üzrə icraat aparılan şəxs: nümayəndəsi Nümayəndə2 qızının iştirakları ilə Şəxs QSC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsi, ev 16; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* (00100-01945/24) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-100/012/018352 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən Şəxs QSC tərəfindən H541EB05 nömrə nişanlı yük avtomaşını ilə Rusiya Federasiyasına göndərilmiş 1.4 kq, 1 ədəd sərnişin qatarının hərəkət parametrlərini qeyd edən qurğunun bloku yükü **********78420 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2024cü il tarixədək xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş, lakin yüklərin emal müddətinin bitməsinə baxmayaraq cəmiyyət tərəfindən yüklərin digər gömrük proseduru altında rəsmiləşdirililməsinə dair tədbir görülməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, QSC-yə məxsus 1,4 kq sərnişin qatarının hərəkət parametrlərini qeyd edən 01 ədəd “Блок РПДП-2 КНПС.468223.002” blok yükü təmir məqsədi ilə 17 avqust 2023-cü il tarixdə **********8420 saylı gömrük bəyannaməsinə görə xx.xx.2019-cü il tarixli, BM/Pİ/XM-S-19-122 saylı müqavilə əsasında Rusiya Federasiyasına “Metrovaqonmaş” şirkətinə xx.xx.2023-cü il tarixədək göndərilmişdir. Lakin, həmin müddətə kimi təmir bitməmiş və bu müddətin uzadılması üçün vaxtında müraciət etmək unudulmuş, buna görə də Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 3(006)-17/2024 saylı qərarı ilə Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 294,44 Avro məbləğində cərimə edilmişdir. Ancaq sonradan həmin mal təmir edilib Şəxs QSC-yə geriyə göndərilsə də, mal idxal edilərkən xx.xx.2023-cü il tarixli, **********4952 saylı bəyannamədə texniki səhvə yol verilmişdir. Belə ki, idxal bəyannaməsində həmin malın kodu təkrar idxal olunan kimi deyil, idxal olunan malın kodu kimi göstərilmişdir. Bu yanlışlığın aradan qaldırılması üçün 26 avqust 2024-cü il tarixli, 13-19/2-970/2024 saylı məktubla Bakı Baş Gömrük İdarəsinə müraciət edilmişdir. Onu da qeyd edir ki, bu mal artıq vaqon üzərində quraşdırılmış və bu barədə xx.xx.2024-cü il tarixli, Г-2023-331.1Б saylı akt da tərtib olunmuşdur. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • xx.xx.2023-cü il tarixli, **********8420 saylı gömrük bəyannaməsi və Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemindən əldə olunmuş çıxarışa əsasən Şəxs QSC tərəfindən H541EB05 nömrə nişanlı yük avtomaşını ilə ümumi dəyəri 981,47 Avro (1.813,46 manat) olan 1,4 kq bir ədəd “Блок РПДП-2 КНПС.468223.002” adlı mal xx.xx.2019-cü il tarixli, BM/Pİ/XM-S-19-122 saylı müqavilə əsasında Rusiya Federasiyasına “Metrovaqonmaş” şirkətinə göndərilmiş, yük xx.xx.2024-cü il tarixədək xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş, lakin yüklərin emal müddətinin bitməsinə baxmayaraq bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə xaricdə emal müddətinin qanunamüvafiq qaydada uzadılması və digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir; • Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 3(006)- 17/2024 saylı qərarı ilə Şəxs QSC tərəfindən yuxarıda qeyd olunan yüklə bağlı emal qaydaları pozulduğu üçün Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan malın dəyəri olmuş 981,47 Avro məbləğinin 30 faizi – 294,44 Avro məbləğində cərimə edilmişdir; • **********4952 saylı gömrük bəyannaməsinə əsasən Rusiya Federasiyasında fəaliyyət göstərən “Metrovaqonmaş” şirkəti tərəfindən xx.xx.2019-cü il tarixli, BM/Pİ/XM-S-19-122 saylı müqavilə üzrə Şəxs QSC-yə bir ədəd “Блок РПДП- 2 КНПС.468223.002” adlı mal xx.xx.2023-cü tarixdə ölkəyə idxal olunmuş, bəyannamənin 40-cı qrafasında əvvəlki bəyannamə kimi **********9100 göstərilmişdir; • Şəxs QSC-nin Bakı Baş Gömrük İdarəsinə ünvanladığı 26 avqust 2024-cü il tarixli, 13-19/2-970/2024 saylı məktubunda qeyd olunur ki, **********8420 saylı gömrük bəyannaməsi ilə “Xaricdə Emal” xüsusi gömrük proseduru altında Rusiya Federasiyasında fəaliyyət göstərən “Metrovaqonmaş” şirkətinə “Блок РПДП-2 КНПС.468223.002” mal təmir üçün göndərilmişdir. Həmin mal xx.xx.2023-cü il tarixdə, **********4952 saylı gömrük bəyannaməsinin 2-ci mal mövqeyində yanlış məlumat əsasında idxal proseduru altında rəsmiləşdirilmişdir. **********4952 saylı gömrük bəyannaməsinin 40-cı qrafasında əvvəlki **********8420 saylı bəyannamənin qeyd olunmasında köməklik göstərilməsi xahiş olunur; • xx.xx.2024-cü il tarixli, Г-2023-331.1Б saylı akta əsasən “Блок РПДП-2 КНПС.468223.002” mal idxal olunaraq metropoliten vaqonu üzərində quraşdırılmışdır. Beləliklə, məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs QSC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Məhkəmədə müəyyən edilir ki, Şəxs QSC tərəfindən H541EB05 nömrə nişanlı yük avtomaşını ilə ümumi dəyəri 981,47 Avro (1.813,46 manat) olan 1,4 kq bir ədəd “Блок РПДП-2 КНПС.468223.002” adlı mal xx.xx.2019-cü il tarixli, BM/Pİ/XM-S-19-122 saylı müqavilə əsasında Rusiya Federasiyasına “Metrovaqonmaş” şirkətinə göndərilmiş, yük xx.xx.2024-cü il tarixədək xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş, **********4952 saylı gömrük bəyannaməsinə əsasən Rusiya Federasiyasında fəaliyyət göstərən “Metrovaqonmaş” şirkəti tərəfindən xx.xx.2019-cü il tarixli, BM/Pİ/XM-S-19-122 saylı müqavilə üzrə Şəxs QSC-yə bir ədəd “Блок РПДП-2 КНПС.468223.002” adlı mal xx.xx.2023-cü tarixdə ölkəyə idxal olunmuş və metropoliten vaqonu üzərində quraşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından Şəxs QSC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3317/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3317/2024
09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver