Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3318/2025 10.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Kalyon RSY X38 Ticari İşletmesi Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili X2 iştirakları ilə, “Kalyon RSY X38 Ticari İşletmesi Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidməti tərəfindən “Kalyon RSY X38 Ticari İşletmesi Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaşlar X26 xx.xx.2025-ci il tarixdən, X30 xx.xx.2025-ci il tarixdən, X23 xx.xx.2025-ci il tarixdən, X27 xx.xx.2025-ci il tarixdən, X17 xx.xx.2025-ci il tarixdən, X18 xx.xx.2025-ci il tarixdən, X24 xx.xx.2025-ci il tarixdən hazırki tarixədək Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidmətinin nümayəndəsi X6 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Kalyon RSY X38 Ticari İşletmesi Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili X19 izahat verərək bildirmişdir ki, “Kalyon RSY X38 Ticari İşletmesi Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı barəsində tərtib edilmiş protokol qanunsuz və əsassızdır. Protokolda adları qeyd olunmuş şəxslər “Kalyon RSY X38 Ticari İşletmesi Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialında rəsmi formada işə qəbul edilmiş, həmin şəxslərlə əmək müqaviləsi bağlanaraq işçilərin Qarabağ və Şərqi Zəngəzur rayonlarına girişləri üçün icazə alınmışdır. Qeyd edilən işçilərin “Kalyon RSY X38 Ticari İşletmesi Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialında olan işləri bitdiyi üçün həmin şəxslərlə olan əmək müqavilələrinə xitam verilmiş və həmin şəxslərin icazələrinin ləğv edilməsi üçün müvafiq orqanlara rəsmi formada məlumat verilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, Filial barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, iş üzrə izahat vermələri üçün protokolda adları qeyd olunmuş şəxslər X11, X20, X7, X12, X3, X8 və X9 məhkəmə iclasında iştiraklarını təmin etmək məqsədi ilə həmin şəxslərlə dəfələrlə əlaqə yaratmağa cəhd göstərilsə də, X11, X20, X7, X12, X3, X8 və X9 məhkəmə iclasında iştiraklarını təmin etmək mümkün olmamışdır. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: "Kalyon RSY X38 Ticari İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş cədvəldən görünür ki, “Kalyon RSY X41 ticari işletməsi" şirkətinin Azərbaycar Respublikasındakı filialının 23 nəfər əməkdaşlarının "X16 Ağbənd" avtomobil yolunun tikintisi məqsədilə yol marşurutu boyunca olan ərazilərdə yerləşən Daxili İşlər Nazirliyinin postlarından keçərkən çətinlik yaşamaması üçün 2021-ci ildə alınmış müvafiq icazələrin, lazımi qurumlardan icazələrin ləğv olunması üçün köməklik göstərilməsi xahiş olunmuşdur. xx.xx.2025-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixdə X11 "Kalyon RSY X38 Ticari İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı filialında olan əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2025-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixdə X4 "Kalyon RSY X38 Ticari İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı filialında olan əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2025-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixdə X12 "Kalyon RSY X38 Ticari İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı filialında olan əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2025-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixdə X9 "Kalyon RSY X38 Ticari İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı filialında olan əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2025-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixdə X5 "Kalyon RSY X38 Ticari İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı filialında olan əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2025-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixdə X20 "Kalyon RSY X38 Ticari İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı filialında olan əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2025-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixdə X7 "Kalyon RSY X38 Ticari İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı filialında olan əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “Kalyon RSY X38 Ticari İşletmesi Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə, işin hallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə nəticəyə gəlir ki, X11, X20, X7, X12, X3, X8 və X9 “Kalyon RSY X38 Ticari İşletmesi Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən hər hansı bir işlərin yerinə yetirilməsinə cəlb edilməsi mötəbər sübutlarla təsdiq olunmur. Protokol tərtib edən orqan tərəfindən X11, X20, X7, X12, X3, X8 və X9 izahatları alınmamışdır. Belə ki, iş materiallarına X21, X25, X13, X22, X10, X14 və X15 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktublar əlavə edilərək, həmin məktublarda X11, X20, X7, X12, X3, X8 və X9 izahat vermələri üçün X28 Xidmətinə dəvət edilmələri göstərilsə də, lakin qeyd olunan məktubların imzası olmamış, məktubların həqiqətəndə həmin şəxslərə göndərilməsini təsdiq edəcək mötəbər sənəd təqdim edilməmişdir. Bu hal bir daha onu təsdiq edir ki, X28 Xidməti tərəfindən toplanmış material üzrə tam, obyektiv və hərtərəfli yoxlama aparılmamış, iş üzrə düzgün hüquqi nəticəyə gəlinməsini təmin edəcək işin faktiki halları araşdırılmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki “Kalyon RSY X38 Ticari İşletmesi Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, “Kalyon RSY X38 Ticari İşletmesi Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar “Kalyon RSY X38 Ticari İşletmesi Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş tərəflərin izahatları və digər sübutlarla “Kalyon RSY X38 Ticari İşletmesi Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının təqsirliliyi təkzib olunur. Belə ki, X28 Xidməti tərəfindən “Kalyon RSY X38 Ticari İşletmesi Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında” protokolda X26 xx.xx.2025-ci il tarixdən, X30 xx.xx.2025-ci il tarixdən, X23 xx.xx.2025-ci il tarixdən, X27 xx.xx.2025-ci il tarixdən, X17 xx.xx.2025-ci il tarixdən, X18 xx.xx.2025-ci il tarixdən, X24 xx.xx.2025-ci il tarixdən hazırki tarixədək Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildikləri göstərilsə də, iş materiallarından görünür ki, X11, X20, X7, X12, X3, X8 və X9 “Kalyon RSY X38 Ticari İşletmesi Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı ilə olan əmək müqavilələrinə xitam verilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, “Kalyon RSY X38 Ticari İşletmesi Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidməti tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Kalyon RSY X38 Ticari İşletmesi Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-3318/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3318/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver