Məhkəmə qərarları › İş №3(006)-3340/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3340/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3340/2025 26.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi İbadzadə Anar Qənimət oğlu Şəxs barəsində toplanmış Azərbaycan Respublikasının İXM-nin 206, 327.1, 327.2, 327.3, 333-1.1, 511.1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəmənin icraatına 26 may 2025-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X4 yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 327.3, 333-1.1 və 511.1.3-cü maddələri ilə tərtib olunmuş İXP seriyalı ******* nömrəli, 26 may 2025-ci tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, məhkəmənin icraatına Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru – X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 26 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuş və 3(006)-3339/2025 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respblikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Barəsində inzibati icraat aparılan Şəxs eyni vaxtda törətdiyi bir neçə inzibati xəta ilə bağlı iki ayrı-ayrı inzibati materiallar 26 may 2025-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmənin icraatında olan 3(006)- 3339/2025 və 3(006)-3340/2025 nömrəli inzibati işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilməli və iş 3(006)-3339/2025 nömrə ilə davam etdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən məhkəmə, QƏRARA ALDİM:

1. Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1, 327.2, 327.3, 333- 1.1 və 511.1.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilsin.

2. Məhkəmənin icraatında olan 3(006)-3339/2025 və 3(006)-3340/2025 nömrəli inzibati işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilsin və iş 3(006)-3339/2025 ilə davam etdirilsin.

3. İşə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında dərhal baxılsın.

4. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçıları məhkəmə baxışında iştirak etmələri üçün çağırılsın.

5. İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar