Məhkəmə qərarları › İş №3(006)-3343/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3343/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3343/2024 27.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1990-cı il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, Ağsu rayonu, Göydəlləkli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:15 radələrində etibarnamə əsasında idarə etdiyi “TOYOTA PRİUS” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində düzgün ara məsafəsi seçmədiyindən tıxac səbəbi ilə dayanan “DAEWOO NEXİA” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə arxadan dəymiş, zərbənin təsirindən həmin avtomobil önündə dayanan “CHEVROLET AVEO” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilə arxadan dəymiş və bunun nəticəsində “DAEWOO NEXİA” markalı avtomobilin sərnişləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yüngül bədən xəsarətlərinin almasına səbəb olan yol-nəqliyyat hadisəsi törədilmişdir. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməlində cinayət tərkibi olmadığından xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələrinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə, saat 10:15 radələrində etibarnamə ilə idarə etdiyi “TOYOTA PRİUS” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində körpünün üzərində tıxac səbəbindən dayanan “DAEWOO NEXİA” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə arxadan dəymiş, zərbənin təsirindən həmin avtomobil önündə dayanan “CHEVROLET AVEO” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilə arxadan dəymişdir. Hadisə nəticəsində “DAEWOO NEXİA” markalı avtomobilin sərnişləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yüngül bədən xəsarətləri almışlar. Zərər çəkmiş şəxslərlə barışmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin nümayəndəsi və zərər çəkmiş şəxslər məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan: • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində, 3-cü mikrorayon dairəsi üzərindən keçən körpünün üzərində baş vermişdir; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 Nəsimi rayon şöbəsinin: - xx.xx.2024-cü il tarixli, 854 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə xəstəxanaya müraciət edərkən ona “qarının küt travması, sağ dizin əzilməsi” diaqnozu qoyulmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna olunmur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər; - xx.xx.2024-cü il tarixli, 853 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə xəstəxanaya müraciət etmiş və ona “baş beyin silkələnməsi” diaqnozu qoyulmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi; • 22.10.2018-ci il tarixli, AC seriyalı, 101285 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «B, C» kateqoriyaları üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; • Müvafiq portaldan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli, BD234483 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “TOYOTA PRİUS (HİBRİD)” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 məxsusdur və bu avtomobil xx.xx.2024-cü il tarixli etibarnamə ilə xx.xx.2028-ci il tarixədək idarə edilməsi üçün Şəxs verilmişdir; • Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, xx.xx.2024-cü il tarixdə, saat 10:15 radələrində qızı Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşadıqları evdən Heydər Əliyev prospekti istiqamətində getmək üçün əyləşdikləri “DAEWOO NEXİA” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində körpünün üzərində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığından xəstəxanaya müraciət etmişdir; • Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə anası Zərərçəkmiş şəxs2 izahatı ilə eyni məzmunda izahat vermişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİİ hissəsinə görə sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxsnın şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar