Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3346/2020 20.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X1 qızının katibliyi, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxx 2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx xxx 2020-ci il tarixdə, saat 17:00 radələrində S.Vurğun küçəsi ilə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin tələbini pozaraq özü ilə eyni istiqamətdə sağ tərəfi ilə hərəkətdə olan “İveco Creals” markalı, **- JH-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuş, toqquşma nəticəsində həmin avtobusda sərnişin olan S.Ə.Bəşirovanın baş və sifət nahiyəsi dəmir tutacağa dəyərək yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, xx xxx 2020-ci il tarixdə, saat 17 radələrində etibarnamə əsasında idarə etdiyi “Nazlifan” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Nəsimi rayonu, S.Vurğun küçəsi ilə üzü Təzə Bazar istiqamətində hərəkət edərkən Maliyyə Nazirliyinin qarşısından keçdikdə yolda asvalt örtüyü qazıldığı üçün asta sürətlə hərəkət etdiyi orta zolaqda olarkən yolun sağ tərəfində nisbətən ondan qarşıda dayanaraq sonradan hərəkətə başlayan “xxxx” MMC-yə məxsus “İveko Creails” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı marşurut avtobusu ön sol hissəsi ilə onu sola tərəf sıxdıqda avtomobilin ön sağ qanad hissəsi ilə avtobusun sol qabarit işığı sürtünməklə toqquşmuşdur. O, avtomobili saxlayıb maşından düşərək avtomobillərin əzilən hissəsinə baxmış və sürücüyə tərəf yaxınlaşmışdır. Yolda tıxac yarandığı, hadisə yerində özünü günahkar bilmədiyi və qəzada ciddi ziyan olmadığı üçün getmiş, hadisə nəticəsində avtobusda olan qadın sərnişinin xəsarət aldığını görməmiş, bu barədə yalnız polis əməkdaşları tərəfindən çağırıldıqdan sonra məlumatı olmuşdur. Avtomobili təxminən 10 km saat sürəti ilə idarə etmiş, hadisə ehtiyatsızlıq nəticəsində baş vermişdir. Həmin zaman onun avtomobilinin sağ qanad hissəsi sürtülmüş, avtobusun isə sol qabarit işığının üzlüyü sınmışdır. Lakin, buna baxmayaraq, həmin yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılarkən işin bütün halları hərtərəfli araşdırılmamış, inzibati xəta haqqında protokol əsassız olaraq onun barəsində tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana geri qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi RPİ-nin DYPŞ-nə və zərərçəkmiş şəxsə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Nəsimi RPİ-nin DYPŞ-nin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Nəsimi RPİ-nin DYPŞ-nin nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və CD-R diskdə olan videogörüntüləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2020-ci il tarixli, AP ******* saylı protokoldan görünür ki, Şəxs xx xxx 2020-ci il tarixdə, saat 17:00 radələrində S.Vurğun küçəsi ilə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin tələbini pozaraq özü ilə eyni istiqamətdə sağ tərəfi ilə hərəkətdə olan “İveco Creals” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuş, toqquşma nəticəsində həmin avtobusda sərnişin olan S.Ə.Bəşirovanın baş və sifət nahiyəsi dəmir tutacağa dəyərək yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olmuş, bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş CD-R diskdə olan videogörüntülərə məhkəmə iclasına baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər Təhlükəsiz Şəhər Xidmətinin kamerası ilə xx xxx 2020-ci il tarixdə, saat 17:07:55-dən 17:19:47-dək olan müddət ərzində qeydə alınmışdır. Görüntülərə əsasən, saat 17:07-dən 17:09-dək olan müddətdə “xxxx” MMC-yə məxsus “İveko Creails” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı marşurut avtobusu ilə yanaşı “Nazlifan” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət edir, saat 17:10:21-də “xxxx” MMC-yə məxsus “İveko Creails” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı marşurut avtobusunun sol hissəsi “Nazlifan” markalı, **- TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ hissəsinə sürtünür. Daha sonra “Nazlifan” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü maşından düşərək hadisə nəticəsində maşınına xəsarət dəyib-dəyməməsini yoxladıqdan sonra maşınına əyləşib çıxıb gedir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, xx xxx 2020-ci il tarixdə ictimai nəqliyyat vasitəsi olan “İveko Creails” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobil “Nazlifan” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, hadisə nəticəsində S.Ə.Bəşirova baş və sifət nahiyəsi dəmir tutacağa dəyərək yüngül bədən xəsarəti almış, daha sonra zərərçəkmişin ərizəsi əsasında Nəsimi RPİ-də araşdırılma aparılmış, xx xxxx 2020-ci il tarixdə cinayət işi başlanması rədd edilərək Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Nəsimi RPİ-nin DYPŞ-nə göndərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsi Nəsimi RPİ-nin DYPŞ-də düzgün araşdırma aparılmadan, iş materiallarında olan videogörüntülərə qiymət verilmədən Şəxs barəsində əsassız olaraq Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan videogörüntülərdən də göründüyü kimi baş vermiş yol-nəqliyyat hadisəsinin Şəxs tərəfindən törədilməsi faktı sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta hadisəsi olmadığına görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 115, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3346/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3346/2020
20.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver