Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3347/2022 12.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, X1 xx.xx.2021-ci il tarixli, MN ******* saylı protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərardan verdiyi şikayətə məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: X2 xx.xx.2021-ci il tarixli, MN ******* saylı protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərardan verdiyi şikayətlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayəti ona əlavə edilmiş sənədlərlə birgə nəzərdən keçirərək hesab edirəm ki, mübahisələndirilən qərar məhkəməyə təqdim olunmamış və ya şikayətdə onun əldə olunmasının qeyri-mümkünlüyü göstərilməmişdir. Eyni zamanda qərarın nə vaxt qəbul edildiyi haqda məlumat qeyd olunmadığı üçün, bu qərardan şikayət qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirilməsi məlum deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələləri həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 xx.xx.2021-ci il tarixli, MN ******* saylı protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3347/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3347/2022
12.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver