Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3361/2023 17.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 12 iyun 2023-cü il tarixli, 00100-01502/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə bildiriş göndərilsə də, onlar məhkəməyə gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “Xocahəsən” gömrük postunun rəisi Vüsal Nuriyev tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC-nin (VÖEN:**********) ünvanına 33EGP11/33EGP12, DD404PP/MM404N, XU005Cİ/BA044B nömrəli nəqliyyat vasitəsi və xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli FOR2004964 nömrəli, xx.xx.2020-ci il tarixli FOR2005001 nömrəli invoys sənədləri ilə daxil olmuş və **********4160, **********9761 və **********9770 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş meyvə tərəvəz yüklərinə gömrük baxışı zamanı malların çəkiləri gömrük bəyannaməsində bəyan edilən çəkilərdən artıq çəkilər olduğu müəyyən edilmiş və 34/025/020098 saylı xx.xx.2020-ci il tarixli, 34/025/019647 saylı xx.xx.2020-ci il tarixli, 34/025/019648 saylı xx.xx.2020-ci il tarixli raportlarla araşdırılması üçün göndərilmiş və araşdırılmadan sonra göstərilən gömrük bəyan namələrində müvafiq düzəlişlərin olunması üçün **********4160, **********9761 və **********9770 sorğu nömrəli gömrük bəyannamələri bəvannaməçiyə qaytarılmış və **********9761 saylı gömrük bəyannaməsi ilə bəyan edilən yük üçün aşkar edilmiş 1841 kq limon yükü üçün **********2632 saylı gömrük bəyannaməsi ilə bəyan edilərək rəsimləsdirilmis, **********9770 saylı gömrük bəyannaməsi ilə bəyan edilən yük üçün aşkar edilmiş 1718 kq limon yükü üçün **********0449 saylı gömrük bəyannaməsi ilə bəyan edilərək rəsimləsdirilmişdir, lakin **********9761 və **********9770 sorğu nömrəli gömrük bəyannamələri üzrə aşkar edilmiş əlavə çəkilər **********2632 saylı və **********0449 saylı gömrük bəyannamələri ilə bəyan edilərək rəsimləşdirilsə də, göstərilən bəyannamələrin özləri (**********9761 və **********9770) hələdə bəvannaməçi tərəfindən yenidən bəyan edilməmiş və deklaranta qaytarılıb statusunda qalmaqdadır. **********4160 sorğu nömrəli gömrük bəyannaməsi üzrə aşkar edilmiş 1800 kq alma yükünə düzəliş olunarag yenidən bəyan edilməsi üçün bəvannaməçiyə qaytarılmış lakin bəyannaməçi tərəfindən müvafiq düzəlişlər edilərək yenidən bəyan edilməmiş, aşkar edilmiş çəkiyə görə yaranmış əlavə gömrük ödənişləri ödənilməmiş və göstərilən gömrük bəyannaməsi də deklaranta qaytarılıb statusunda qalmaqdadır. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin (VÖEN:**********) ünvanına 33EGP11/33EGP12, DD404PP/MM404N, XU005Cİ/BA044B nömrəli nəqliyyat vasitəsi və xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli FOR2004964 nömrəli, xx.xx.2020-ci il tarixli FOR2005001 nömrəli invoys sənədləri ilə daxil olmuş və **********4160, **********9761 və **********9770 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş meyvə tərəvəz yüklərinə gömrük baxışı zamanı malların çəkiləri gömrük bəyannaməsində bəyan edilən çəkilərdən artıq çəkilər olduğu müəyyən edilmiş və 34/025/020098 saylı xx.xx.2020-ci il tarixli, 34/025/019647 saylı xx.xx.2020-ci il tarixli, 34/025/019648 saylı xx.xx.2020-ci il tarixli raportlarla araşdırılması üçün göndərilmiş və araşdırılmadan sonra göstərilən gömrük bəyan namələrində müvafiq düzəlişlərin olunması üçün **********4160, **********9761 və **********9770 sorğu nömrəli gömrük bəyannamələri bəvannaməçiyə qaytarılmış və **********9761 saylı gömrük bəyannaməsi ilə bəyan edilən yük üçün aşkar edilmiş 1841 kq limon yükü üçün **********2632 saylı gömrük bəyannaməsi ilə bəyan edilərək rəsimləsdirilmis, **********9770 saylı gömrük bəyannaməsi ilə bəyan edilən yük üçün aşkar edilmiş 1718 kq limon yükü üçün **********0449 saylı gömrük bəyannaməsi ilə bəyan edilərək rəsimləsdirilmişdir, lakin **********9761 və **********9770 sorğu nömrəli gömrük bəyannamələri üzrə aşkar edilmiş əlavə çəkilər **********2632 saylı və **********0449 saylı gömrük bəyannamələri ilə bəyan edilərək rəsimləşdirilsə də, göstərilən bəyannamələrin özləri (**********9761 və **********9770) hələdə bəvannaməçi tərəfindən yenidən bəyan edilməmiş və deklaranta qaytarılıb statusunda qalmaqdadır. **********4160 sorğu nömrəli gömrük bəyannaməsi üzrə aşkar edilmiş 1800 kq alma yükünə düzəliş olunarag yenidən bəyan edilməsi üçün bəvannaməçiyə qaytarılmış lakin bəyannaməçi tərəfindən müvafiq düzəlişlər edilərək yenidən bəyan edilməmiş, aşkar edilmiş çəkiyə görə yaranmış əlavə gömrük ödənişləri ödənilməmiş və göstərilən gömrük bəyannaməsi də deklaranta qaytarılıb statusunda qalmaqdadır. Şəxs MMC gömrük ödənişlərinin ödənilməsində ümumilikdə 1779.60 (min yeddi yüz yetmiş doqquz manat altmış qəpik) manat məbləğində yayınmışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də cəmiyyət həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: 1. Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın obyekti olmuş pul məbləğinin 100 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 1779 (min yeddi yüz yetmiş doqquz) manat, 60 (altmış) qəpik gömrük ödənişləri məbləğinin 100 (yüz) faizi məbləğdə, yəni 1779 (min yeddi yüz yetmiş doqquz) manat, 60 (altmış) qəpik məbləğində inzibati cərimə edilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3361/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3361/2023
17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver