Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3364/2023 20.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İş № 3(006)-3364/2023 QƏRAR (İnzibati xəta haqqında iş üzrə) 20 iyul 2023-cü il Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Şəxs MMC-nin tərəfindən ətraf mühitin müəssisə monitorinqinin, ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatı aparılmamışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi S.Y.Əhmədov inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəxs MMCdə vətəndaş X1 MMC tərəfindən yerli və beynəlxalq qanunvericiliyin tələblərinə riayət edilməməsi şirkətin ekoloji normativ sənədlərin olmaması və ətraf mühitin çirkləndirilməsi barəsində Nazirliyə daxil olmuş və araşdırılması üçün idarəyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-14/2-A-9xxxx/2023 nömrəli elektron məktubunda göstərilənlərlə əlaqədar idarənin əməkdaşları tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı müvafiq qanunvericilik əsasında ödənişlərin hesablanması üçün Şəxs MMC tərəfindən təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ekoloji normativ sənədlər əsasən ətraf mühitə atılan (axıdılan) çirkləndirici maddələrin aylıq uçot və hesabatının o, cümlədən əmələ gələn istehsalat və məişət tullantılarının (təhlükəli və təhlükəsiz) həcmi barədə məlumatların idarəyə təqdim edilmədiyi həmçinin məlumatlar əsasında tərtib edilmiş 2TÇ (hara, təhlükəli tullantılar su təsərrüfatı) illik statistik hesabatların qanunla müəyyən olunmuş vaxtda (xx.xx.2023-cü il tarixinədək) idarəyə təqdim edilərək razılaşdırılmadığı və ətraf mühitə atılan tullantılara görə ödənişlərin “Ətraf mühitinin mühafizəsi üzrə Dövlət Fondu” na ödənilmədiyi müəyyən edildi. Ekoloji normativ sənədlərin və 2TÇ illik statistik hesabatların idarəyə təqdim edilməsi üçün Şəxs MMC-yə xx.xx.2023-cü il tarixli 3-14-26/2-612/2023 nömrəli məktub ünvanlanmış, lakin müəssisə tərəfindən məktuba heç bir cavab verilməmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi N.F.Əhmədova bildirmişdir ki, Ekologiya və Təbii sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən № 3-14-26/2- 612/2023, xx.xx.2023-cü il tarixli məktubu xx.xx.2023-cü il tarixdə mail ünvanlarına daxil olmuşdur. Məktubun məzmunu əsasında şirkətində rəhbərliyin iştirakı ilə təhlil aparılmışdır. Təhlilin nəticəsi olaraq xx.xx.2023-cü il tarixində müvafiq məktuba 013.23 nömrəli məktubla cavab verilmişdir. Məktub kuriyer və elektron poçt vasitəsiylə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Şirkətə 3(006)-3364/2023 nömrəli iş üzrə xx.xx.2023-cü ii tarixində elektron olaraq inzibati xətalar haqqında işlər üzrə bildiriş daxil olmuşdur. Bildiriş əsasında Ekologiya və Təbii sərvətlər Nazirliyi ilə xx.xx.2023-cü il tarixində məhkəməyə verilmə səbəbinin araşdırılması üçün telefon əlaqəsi saxlanılmışdır. Telefon danışığı əsnasında onlara № 3-14-26/2-612/2023, xx.xx.2023-cü il tarixli məktubun məzmununu nümayəndələri izlə müzakirə etmək üçün xx.xx.2023cü il tarixində görüş keçirilməsi üçün məktub göndəriblər. Lakin onlar bildirmişdir ki, müvafiq bildiriş məktubu onlara kuryer vasitəsiylə və elektron ünvanlarına göndərilməmişdir. Təyin olunan tarixdə müvafiq görüşə getmədikləri üçün onları məhkəməyə verdiklərini qeyd ediblər, belə ki, müvafiq tarixdə görüşün təyin olunması üzrə məktub onlara təqdim edilsə idi, şirkət tərəfindən müvafiq nümayəndə ayrılıb mütləq görüşə göndəriləcəkdi. Məhkəmə iddiasında bildirildiyi kimi qanunvericilik əsasında ödənişlərin hesablanması üçün şirkət tərəfindən təsərrüfat fəaliyyətlərinin 013.23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda göstərdikləri xidmətlər əsasında ödənişlərin edilməməsi səbəblərini nəzərlərinə çatdırmışdırlar. Şirkətin Nizamnaməsində fəaliyyətinin təsviri aşağıdakı kimi qeyd olunmuşdur. Cəmiyyət Azerbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Belə ki, onlar Şəxs MMC olaraq Kalibrləmə və İnspeksiya xidmətləri göstərirlər. Fəaliyyət sahələri Nizamnamədə qeyd edildiyi kimi xüsusi icazə tələb edilən istiqamətə aiddir. Buna görə də şirkət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzindən Kalibrləmə laboratoriyası və inspeskiya Orqanı olaraq akkreditasiyadan keçmişdir. Kalibrləmə Laboratoriyası olaraq: Akkreditasiya attestatı № AZ 09.0572.01.21, xx.xx.2021-ci il tarixli, İnspeksiya Orqanı olaraq: Akkreditasiya attestatı AZ 05.0576.01.21, xx.xx.2021/Dəyişiklik xx.xx.2023-cü il tarixli. Kalibrləmə və inspeksiya xidmətlərinin göstərilməsi üzrə şirkət İSO 14001:2015 “Ətraf mühiti idarəetmə sistemləri-Tələblər və tətbiq üzrə rəhbərlik” standartının tələblərinə uyğun olaraq İNTERTEK şirkəti tərəfindən aparılan auditdən uğurla keçmiş və müvafiq standart üzrə xx.xx.2022-ci il tarixində sertifikatlaşdırılmışdır. Akkreditasiya sahəsində nəzərdə tutulan xidmətləri zamanı ətraf-mühitə zərərli tullantılar atılmır. Bu xidmətlər onların sahəsində ve zərurət yarandıqda müştəri sahəsində aparılır. Həmçinin qeyd edir ki, kiçik təmir və qaynaq işləri üzrə gələn sifarişlər onlar tərəfindən deyil, podratçılara yönləndirməklə həyata keçirilir. Bu xidmətə daxil olan işlər yalnız müştəri sahəsində yerinə yetirilir. İşlər bilavasitə podratçı tərəfindən və müştəri ərazisində görüldüyü üçün şirkət tərəfindən ətraf-mühitə zərərli tullantılar atılmır. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il iyun tarixli 1175- VQ nömrəli Qanununa Əlavədə göstərilən “Ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısı”nda onların fəaliyyət növləri qeyd edilmədiyinə görə müvafiq ödənişlərin tərəflərindən heyata keçirilməmişdir. Göstərilənləri, MMC-nin əməlində inzibati xəta hadisəsinin olmamasını nəzərə alaraq MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 79840 saylı aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs MMCdə vətəndaş E.M.Abdullayevin MMC tərəfindən yerli və beynəlxalq qanunvericiliyin tələblərinə riayət edilməməsi şirkətin ekoloji normativ sənədlərin olmaması və ətraf mühitin çirkləndirilməsi barəsində Nazirliyə daxil olmuş və araşdırılması üçün idarəyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-14/2-A-9xx-xx/2023 nömrəli elektron məktubunda göstərilənlərlə əlaqədar idarənin əməkdaşları tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı müvafiq qanunvericilik əsasında ödənişlərin hesablanması üçün Şəxs MMC tərəfindən təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ekoloji normativ sənədlər əsasən ətraf mühitə atılan (axıdılan) çirkləndirici maddələrin aylıq uçot və hesabatının o, cümlədən əmələ gələn istehsalat və məişət tullantılarının (təhlükəli və təhlükəsiz) həcmi barədə məlumatların idarəyə təqdim edilmədiyi həmçinin məlumatlar əsasında tərtib edilmiş 2TÇ (hara, təhlükəli tullantılar su təsərrüfatı) illik statistik hesabatların qanunla müəyyən olunmuş vaxtda (xx.xx.2023-cü il tarixinədək) idarəyə təqdim edilərək razılaşdırılmadığı və ətraf mühitə atılan tullantılara görə ödənişlərin “Ətraf mühitinin mühafizəsi üzrə Dövlət Fondu” na ödənilmədiyi müəyyən edildi. Ekoloji normativ sənədlərin və 2TÇ illik statistik hesabatların idarəyə təqdim edilməsi üçün Şəxs MMC-yə xx.xx.2023-cü il tarixli 3-14-26/2-612/2023 nömrəli məktub ünvanlanmış, lakin müəssisə tərəfindən məktuba heç bir cavab verilməmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin xx.xx.2014-cü il tarixli Nizamnaməsindən görünür ki, Nizamnamənin 3-cü paraqrafı “cəmiyyətin fəaliyyəti”ndə cəmiyyətin Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ-nin xx.xx.2021-ci il tarixdə verilmiş akkreditasiya attestatından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 10, Dostluq 32i ünvanında yerləşən Şəxs MMC-nin Kalibrləmə laboratoriyası təzyiq, qoruyucu klapan, temperatut, sərfiyyat və elektrik ölçmə vasitələrinin kalibrlənməsini həyata keçirilməsi üçün AZS İSO/İEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunmuşdur və bu attestata əlavə olunan akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir (etibarlıdır: xx.xx.2024). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ-nin xx.xx.2021-ci il tarixdə verilmiş akkreditasiya attestatından görünür ki, Bakı şəhəri, Bakı-ünvan 2 ünvanında yerləşən Şəxs MMC-nin A tipli inspeksiya xidməti göstərən orqanı inspeksiya faəliyyətinin həyata keçirilməsi üçün AZS İSO/İEC 17020:2021 “Uyğunluğun qiymətləndirilməsi-İnspeksiya həyata keçirən müxtəlif növ orqanların fəaliyyətinə dair tələblər” standartına akkreditasiya olunmuşdur və bu attestata əlavə olunan akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən ətraf-mühitə zərərli tullantılar atılmamış, cəmiyyətin Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul olmuş, Şəxs MMCnin Kalibrləmə və İnspeksiya xidmətləri göstərmiş, fəaliyyət sahəsinin Nizamnamədə qeyd edildiyi kimi xüsusi icazə tələb edilən istiqamətə aid olmuş, şirkətin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzindən Kalibrləmə laboratoriyası və inspeskiya Orqanı olaraq akkreditasiyadan keçdmiş və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il iyun tarixli 1175-VQ nömrəli Qanununa Əlavədə göstərilən “Ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısı”nda onların fəaliyyət növləri qeyd edilmədiyinə görə müvafiq ödənişlərin tərəflərindən heyata keçirilməmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 239-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3364/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3364/2023
20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver