Məhkəmə qərarları › İş №3(006)-3369/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3369/2023

20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3369/2023 20.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixdə Şəxs MMC tərəfindən istehlakçı hüquqlarının pozulmasının aradan qaldırılması barədə Dövlət Xidmətinin qanuni yazılı tələbləri yerinə yetirilməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi S.M.Bağırov inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 20 artıq istehlakçının şikayəti var, bağlamar çatdırılmır, dövlət xidmətinin də göstərişləri yerinə yetirilmir, hadisə keçən ildən başlamışdır. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 2i rayonu, Səməd Vurğun küçəsi, ev 34, Af Mall, 19cu mərtəbədir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Şəxs MMC-nin yerləşdiyi ünvan 2i rayonu, Səməd Vurğun küçəsi, ev 34, Af Mall, 19-cu mərtəbə ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx.xx.2023-cü il tarixli reyestr nömrəsi 22). İş materiallarına əlavə edilmiş poçt göndərişi zərfindən görünür ki, ünvan 2i rayonu, Səməd Vurğun küçəsi, ev 34, Af Mall, 19-cu mərtəbə ünvanına bildiriş göndərilmiş, lakin “köçüb” qeydi ilə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Şəxs MMC-nin yerləşdiyi ünvan 2i rayonu, Səməd Vurğun küçəsi, ev 34, Af Mall, 19-cu mərtəbə ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx.xx.2023-cü il tarixli reyestr nömrəsi 15). İş materiallarına əlavə edilmiş poçt göndərişi zərfindən görünür ki, ünvan 2i rayonu, Səməd Vurğun küçəsi, ev 34, Af Mall, 19-cu mərtəbə ünvanına bildiriş göndərilmiş, lakin “köçüb” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli fəaliyyət sahəsinin müvafiq qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə göstərişdən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinə Şəxs MMC tərəfindən istehlakçıların düzgün məlumatlandırılmaması, sifariş verilən bağlamaların öncədən bəyan edilən müddətdə çatdırılmaması və ya bağlamaların şirkət tərəfindən itirilməsi, həmçinin ödənilən vəsaitin geri qaytarılmaması mövzularında daxil olmuş çcxsaylı istehlakçı müraciətlərinə aidiyyəti üzrə baxılmışdır. İstehlakçı müraciətlərinin araşdırılaraq qanunamüvafiq tədbirlərin görülməsi və nəticəsi barədə nəlumatın Dövlət Xidmətinə təqdim edilməsi məqsədilə ilkin olaraq Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış bir sıra sorğu məktublarına eyni məzmunda münasibət bildirilmiş, belə ki xx.xx.2022-ci il tarixdən etibarən şirkətin X2 yerləşən anbarının fəaliyyətinin dayandırıldığı əsas gətirilməklə xx.xx.2023-cü il tarixinədək bağlamaların Azərbaycan Respublikasına çatdırılacağı bildirilsə də, öhdəliyə əməl edilməmişdir. Şirkət tərəfindən bağlamalar öncədən bəyan edilən müddətdə çatdırılmadığından işin keyfiyyətsiz yerinə yetirilməsi halının mövcud olduğu müəyyən edilmiş və Şəxs MMC barəsincə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd olunan protokol baxılması üçün xx.xx.2023-cü il tarixli 3- 21-1/2-4702/2023 nömrəli məktubla Nəsimi Raycn Məhkəməsinə göndərilmişdir. Göstərişə qoşma şəklində əlavə edilmiş siyahıda adları əks olunan vətəndaşların müraciətləri ilə bağlı Şəxs MMC-nin rəhbərliyinə sorğu məktubları ünvanla isa da. əksər məktublara rəsmi qaydada münasibət bildirilməmişdir. Digər siyahıda (cədvəl 2) isə yaxın tarixlərdə və eyni predmet üzrə Dövlət Xidmətinə müraciət etmiş vətəndaşların adları əks olunmuş, belə ki, sözügedən vətəndaş müraciətləri kütləvi hal aldığından həmin müraciətlərlə bağlı rəsmi sorğu məktubları ünvanlanmadan şirkət nı mayəndələrı bu barədə dəfələrlə məlumatlandırılmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş. xidmət) haqqında satıcının (istehsalçının, icraçı) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi melumata uyğun olan mal verməlidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, icraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. İşlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradar qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var. Şəxs MMC siyahıları əlavə edilən istehlakçı müraciətlərini təhlil edərək bağlamaların vətəndaşlara təhvil verilməsini təmin etsin, çatdırılması mümkün olmayan və ya itirilən bağlamalar üçün ödənilən vəsaitlərin geri qaytarılması istiqamətində müvafiq tədbirlər görülməsi və nəticəsi barədə 15 (on beş) gün müddətində Dövlət Xidmətinə rəsmi məlumat verilməsi, göstərişin icra edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə inzibati məsuliyyət nəzərdə tutulduğu Şəxs MMC-nin rəhbərliyinin nəzərinə çatdırılması tələb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyinin tələblərinin pozulması barədə Şəxs MMC-yə ünvanladığı məktubdan görünür ki, Şəxs MMC tərəfindən istehlakçıların düzgün məlumatlandırılmaması, sifariş verilən bağlamaların öncədən bəyan edilən müddətdə çatdırılmaması və ya bağlamaların şirkət tərəfindən itirilməsi, həmçinin ödənilən vəsaitin geri qaytarılmaması mövzularında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş çoxsaylı vətəndaş müraciətlərinin araşdırılması zamanı vətəndaşların istehlakçı hüquqlarının pozulması faktı müəyyən edilmişdir. Dövlət Xidməti tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanan xx.xx.2023-cü il tarixli, 3-21-1/2-6879/2023 nömrəli göstəriş xarakterli məktuba qoşma şəklində əlavə edilmiş siyahılarda adları əks olunan istehlakçı müraciətlərinin şirkət tərəfindən təhlil edilərək, bağlamaların vətəndaşlara təhvil verilməsinin təmin edilməsi, çatdırılması mümkün olmayan və ya itirilən bağlamalar üçün ödənilən vəsaitlərin geri qaytarılması istiqamətində müvafiq tədbirlər görülməsi və nəticəsi barədə 15 (on beş) gün müddətində Dövlət Xidmətinə rəsmi məlumat verilməsi nəzərdə tutulsa da, göstərişə bu günədək əməl edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında xx.xx.2023cü il tarixdə Şəxs MMC tərəfindən istehlakçı hüquqlarının pozulmasının aradan qaldırılması barədə Dövlət Xidmətinin qanuni yazılı tələbləri yerinə yetirilməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 544.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4.000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar