Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3371/2022 26.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Nəsimi RPİ-nin DYPŞ tərəfindən xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs QSC “HOWO ZZ3537N32D7A” yük markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixdə, saat 10:35-də inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi İ.H.İsmayılov məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, AR Prezidentinin Sərəncamı əsasında Azərbaycan İnvestisiya Holdinqin idarəetməsinə verilmiş Beynəlxalq Bank ASC-nin törəmə müəssisəsi Şəxs QSC (əvvəlki adı X4 QSC) barəsində Nəsimi RPİ DYPŞ tərəfindən tamamilə qanunsuz və əsassız olaraq inzibati xəta haqqında İXP № ******* saylı, xx.xx.2022-ci il tarixli protokol tərtib edilmiş və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, əvvəlki adı “X4” QSC olan Şəxs QSC-yə məxsus “HOWO ZZ3537N32D7A” yük markalı, **-JJ-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən fiziki şəxs barəsində Nəsimi RPİ DYPŞ tərəfindən məlumat verilməsi tələb edilməsinə baxmayaraq Şəxs QSC tərəfindən qanunvericilikdə nəzərdə tutulan 5 iş günü müddətində cavab verilməmişdir. Bu səbəbdən də QSC barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə verilmişdir. Bildirmişdir ki, inzibati protokolu əsassız tərtib etmiş qurum və yaxud da digər qurumlar tərəfindən qeyd edilən məlumatlarla bağlı Şəxs QSC-yə daxil olmuş bütün sorğuya cavab məlumatları qanunla nəzərdə tutulan 5 iş günü müddətindən daha tez cavablandırılaraq xüsusi fəaliyyət göstərən poçt kuryer xidmətindən istifadə edilməklə cavablandırılır. İnzibati protokol tərtib edilməsi üçün əsas kimi göstərilən yuxarıda qeyd edilən avtonəqliyyat vasitəsilə bağlı Şəxs QSC-yə Nəsimi DYP tərəfindən daxil olan müraciətin alınma tarixi poçt məktubunda xx.xx.2022-ci il tarix göstərilir. Nəzərə çatdırır ki, 06-07 avqust 2022-ci il tarixləri həftənin qeyri-iş günləri şənbə və bazar olduğu üçün həmin məktubun Beynəlxalq Lizinq QSC-nin əməkdaşı tərəfindən alınması qeyrimümkündür. İnzibati protokolu məhkəməyə təqdim etmiş qurum tərəfindən iş materiallarına əlavə edilmiş sorğunun çatdırılma qəbzində xx.xx.2022-ci il tarixə imza etmiş Cəbiyev S. soyadlı şəxs ümumiyyətlə Beynəlxalq Lizinq QSC-də işləməmiş və hazırda da işləmir. xx.xx.2022-ci il tarixdə, günün ikinci hissəsində Beynəlxalq Lizinq QSCyə daxil olmuş sorğuda sorğunu göndərən qurumun adı, əməkdaşın vəzifəsi, sovadı, xüsusən də imza və möhür olmasa da xx.xx.2022-ci il tarixdə sorğuya cavab QSC əməkdaşının vasitəsilə Nəsimi DYPŞ-ə şəxsən təqdim edilmişdir. DYP tərəfindən əsassız tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP-da Beynəlxalq Lizinq QSC-nin AR İXM-nin 347-ci maddəsi ilə tənbeh edilməsi göstərilsə də inzibati tənbeh verilməsi üçün əsas göstərilən hal heç də mövcud deyil. Heç bir inzibati xəta hadisəsi olmadığı halda Şəxs QSC barəsində qanunsuz və əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilməsi həqiqətən də təəccüb və təəssüf hissi doğurur. İnzibati xəta haqqında protokol ümumiyyətlə düzgün tərtib edilməmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs QSC-nin reyestr məlumatları (qanuni təmsilçisi) və s. protokolda qeyd edilməmişdir. Bundan başqa inzibati xəta haqqında protokolun QSC nümayəndəsi tərəfindən qəbul edilməsi ilə bağlı poçt göndərişinin verilməsi və çatdırılması haqqında xəbərnamə iş materiallarına əlavə edilməmişdir. Həmçinin inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi dəvət edilərək, inzibati xəta haqqında izahatı alınmamış və ümumiyyətlə, protokolla tanış edilməmişdir. Protokol birtərəfli qaydada tərtib edilmiş, nəticədə, əsassız olaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi izahat vermək, protokolun məzmunu barəsində öz rəy və mülahizələrini bildirmək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək hüquqlarından məhrum edilmişdir. Həmçinin, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə hüquq və vəzifələrinin izah edilib-edilməməsi haqqında hər hansı qeyd aparılmamış və ya belə qeydiyyatın aparılmamamasının səbəbləri göstərilməmişdir. İnzibati xəta haqqında protokol nə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə şəxsən təqdim edilmiş, nə də ki, həmin hüquqi şəxsin ünvanına göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakının təmin edilməməsi, hüquq və vəzifələrinin izah edilməməsi şəxsin öz müdafiə hüququnu qurmaqdan məhrum olunması anlamına gəlir. Bütün bunlar isə ona dəlalət edir ki, əsassız tərtib edilmiş Protokol vəzifəli şəxsin öz fərziyyələri əsasında tərtib edilib. Göstərilən halları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Nəsimi RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi RPİ-nin Şəxs QSC-yə ünvanladığı xx.xx.2022ci il tarixli sorğudan görünür ki, “HOWO ZZ3537N32D7A” yük markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixdə, saat 10:35-də inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 iş günü müddətində verilməməsinə görə hüquqi şəxs (vəzifəli şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, həmin sorğu xx.xx.2022-ci il tarixdə Şəxs QSC-nin məsul şəxsi tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs QSC tərəfindən Nəsimi RPİ-nin DYPŞ-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli əktubun surətindən görünür ki, Nəsimi RPİ-nin sorğusu QSC-yə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Məktub cavab olaraq “HOWO ZZ3537N32D7A” yük markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin lizinq müqaviləsi əsasında fiziki sahibkar VÖEN ********** X2 (Ş/V: AA 1131615, FİN: 0Z7PJ9T) istifadəsində olduğu bildirilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi RPİ tərəfindən Şəxs QSC-yə QSC-nin balansında olan nəqliyyat vasitələri və onların sürücüləri barədə məlumatın verilməsi barədə sorğu 06 avqust 2022-ci il tarixdə göndərilmiş, 06-07 avqust 2022-ci il tarixləri qeyri-iş günü olduğundan həmin sorğu QSC tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Bundan başqa, Nəsimi RPİ tərəfindən poçt göndərişlərinin izlənilməsinə dair xəbərnamədə həmin sorğunun xx.xx.2022-ci il tarixdə, "xxxx" adlı şəxs tərəfindən təhvil alınması göstərilsə də məhkəmə iclasında QSC-nin nümayəndəsi tərəfindən QSCdə "xxxx" adlı şəxsin işləmədiyi bildirilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, QSC barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən hüquqi şəxsə bununla bağlı hər hansı məlumat verilməmişdir. Bununla da, Şəxs QSC-nin Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3371/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3371/2022
26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver