Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3383/2025 11.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nəsimi rayon Polis İdarəsi tərəfindən toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 20 may 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin X6 Şöbəsinin 20 may 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs MMC mülkiyyətində olan “X7” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi və sürücüsü tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi əsasında başqa şəxsə verildikdə onu təkrar qeydiyyatdan keçirməmişdir. Məhkməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərilmiş etiraz ərizəsindən görünür ki, Türkiyə Respublikasının parlamenti tərəfindən xx.xx.2016-cı il tarixində, 6721 nömrəli qanun ilə qurulan X5 ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi arasında xx.xx.2021-ci ildə əməkdaşlıq protokolu imzalanmışdır. X4 Azərbaycanda "xxxx" MMC təmsil edir. "xxxx" MMC"-nin təhsil fəaliyyəti üçün qurduğu "xxxx" MMC-yə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi xx.xx.2022-ci il tarixində Dövlət ümumi təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) fəaliyyətini həyata keçirmək üçün Xüsusi lisenziya (EL- 576/2022) vermişdir. X3 bir qurumu olaraq Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasında bütün sahələrdə dərinləşən əməkdaşlığı təhsil sektorunda da inkişaf etdirir. Bu məqsədlə Bakı şəhərində 2 ədəd tam orta məktəb qurmuşlar və hazırda hər 2 məktəbdə təhsil fəaliyyəti davam etməkdədir. Məktəblərdən biri Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev 5 ünvanında, digəri isə ünvan 1də tədris davam etməkdədir. "xxxx" MMC-nin mülkiyyətində bir neçə avtomobil mövcuddur və əməkdaşlar tərəfindən idarə edilir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev 5 ünvanıdır, hansı ki, orada məktəb yerləşir və gələn məktublar əməkdaşlar tərəfindən qəbul edilir. Bu günə qədər yol polisi tərəfindən göndərilən və poçtalyonun təqdim etdiyi bütün sorğular tərəflərindən cavablandırılmışdır. Lakin xx.xx.2025-ci il tarixdə Nəsimi DYPŞ tərəfindən onunla əlaqə saxlanılaraq xx.xx.2025-ci il tarixdə Şirkətin mülkiyyətində olan "FİAT DOBLO" markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı törədilən inzibati xəta üzrə sürücü barədə məlumatların hansı səbəbdən təqdim edilməməsi soruşulmuşdur. Onlar da şirkətə bu barədə sorğu məktubunun daxil olmadığını bildirmişlər. Nəsimi DYPŞ əməkdaşı müvafiq xəbərnamə olduğunu bildirdikdə, həmin xəbərnamənin fotoşəkilini tələb etmişlər və fotoşəkilə nəzər yetirdikdə sorğu məktubunu gətirən poçtalyonun xəbərnaməyə "bu ünvanda yaşamır" qeydi yazdığını və beləliklə məktubun şirkətə çatdırılmadığını müəyyən etmişlər. Halbuki, həmin ünvanda məktəb yerləşir, 24 saat fəaliyyət göstərən mühafizə xidməti mövcuddur. Onlar həmin zəngdən sonra dərhal sürücü barədə məlumatları təqdim edərək cərimə məbləğini ödəmişlər. Amma Nəsimi DYPŞ İXM-nin 347ci maddəsi ilə protokol tərtib edə bilmədiyi üçün İXM-nin 339.1-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə göndərmişdir. Bununla da şirkəti bir növ "cəzalandırmışdır". Məhkəməyə təqdim edilən inzibati xəta haqqında protokola nəzər yetirəndə görürük ki, protokolda sadəcə şəxsin təqsirli bilindiyi İXM-nin müvafiq maddəsinin nömrəsi göstərilməklə, həmin maddənin tələblərinin pozulduğu göstərilmişdir. Protokolda pozuntu qismində "nəqliyyat vasitələrinin sahibləri və sürücüləri tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməmək" göstərilmişdir. Halbuki, "xxxx" MMC mülkiyyətində olan "FİAT DOBLO" markalı, 77AR387 dövlət qeydiyyat nişanlı avtomobili icarə müqaviləsi əsasında hər hansı fiziki və ya hüquqi şəxsin istifadəsinə verməmişdir. Həmin avtomobili şirkətin işlərinin görülməsi üçün şirkətin sürücüləri yol vərəqələri əsasında idarə edir. Ümumiyyətlə, yol polisi şöbələrinin İXM-in 339.1-ci maddəsinə dair tərtib etdikləri protokollardan görünür ki, hüquqi şəxsin mülkiyyətində olan avtomobilin öz işçilərin tərəfindən idarə edilməsi üçün verilən yol vərəqələri ilə fiziki şəxsin mülkiyyətində olan avtomobilin idarə edilməsi üçün digər fiziki şəxslərə verilən etibarnamələr qarışdılır, onlar bir-birindən fərqləndirilmir, hər 2 hala eyni münasibət göstərilir. Halbuki, mülkiyyətçi olan hüquqi şəxs, yəni "xxxx" MMC mahiyyət etibarilə hər hansı avtomobili idarə edə bilməz, hüquqi şəxs dedikdə kağız üzərində mövcud olan qurum başa düşülür. Hər bir halda bu avtomobili bir insan idarə etməlidir və hüquqi şəxsin işçisi olan şəxslər hüquqi şəxsə münasibətdə üçüncü şəxslər hesab edilməməlidir. Təbii olaraq hüquqi şəxs öz işçilərinə yol vərəqələri verməklə onların qanuna uyğun şəkildə avtomobili idarə etmələrini təmin edirlər. Amma bu yol vərəqələri hər hansı əşya hüquqları baxımıdan işçilər üçün heç bir hüquq yaratmır. Göründüyü kimi, protokolda göstərilən dispozitiv əlamət işin hallarına uyğun gəlmir. Nəsimi DYPŞ tərəfindən məhkəməyə hər hansı icarə müqaviləsi təqdim edilməmişdir. İş materialları ilə şirkətin öz mülkiyyətində olan adıçəkilən avtomobili icarəyə verməsi faktı təsdiq edilmir. Halbuki, Azərbaycan Respublikası İXM-in 115.1.4-cü maddəsinə əsasən işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında iş üzrə qərarda göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 339.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3- cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə tərtib edilmiş 20 may 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 20 may 2025-ci il tarixli İXP seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs MMC tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verdikdən sonra onu təkrar dövlət qeydiyyatından keçirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinin tələblərini pozmuş, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokolda sadəcə şəxsin təqsirli bilindiyi İXM-nin həmin maddəsinin yalnız nömrəsi göstərilməklə, həmin maddənin tələblərinin pozulduğu göstərilmişdir. Lakin həmin maddədə bir neçə pozuntu əlamətləri, əməllər, yəni inzibati məsuliyyətə səbəb ola biləcək bir neçə əlamətlər və hallar (dispozitiv əlamətlər) müəyyən edilmişdir. Həmçinin qeyd edilməlidir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə protokolun tərtib edilməsinə baxmayaraq iş materiallarında inzibati xətanın törədilməsinə istinad olunan sənədlər Şəxs MMC-nin təqsirli olmasını təsdiq etmir və iş üzrə icraata xitam verilməlidir. Halbuki, Azərbaycan Respublikası İXM-in 115.1.4-cü maddəsinə əsasən işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında iş üzrə qərarda göstərilməlidir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC -nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 339.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, protokol tərtib edən orqan tərəfindən məhkəməyə təqdim olunan sübutlar Şəxs MMC-nin təqsirli olması və barəsində tənbeh tədbiri tətbiq edilməsi üçün kifayət deyil, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3383/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3383/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver