Məhkəmə qərarları › İş №3(006)-3402/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3402/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3402/2025 11.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, «X3» MMC-nin direktoru Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru X1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə görə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6397/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh «X3» MMC-dən 10230,60 (on min iki yüz otuz manat altmış qəpik) manat məbləğində əsas borc, 500 (beş yüz) manat cərimə, ümumilikdə 10730,60 (on min yeddi yüz otuz manat altmış qəpik) manat məbləğində pulun və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Həmçinin, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-519/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh «X3» MMC-dən ƏDV daxil 37.288 manat məbləğində avans ödənişi, 2000 manat məbləğində dəbbə pulu, cəmi 39.288 manat məbləğində pul vəsaitinin, mediasiya xərclərinin əvəzi olaraq 180 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 16,8 manat pul vəsaitinin tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Bundan başqa, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 1492/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh «X3» MMC-dən 5503,52 manat əsas borc, 196,48 manat cərimə, cəmi 5700 manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 74,52 manat məbləğində vəsaitin tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Lakin borclu tərəfindən icra sənədlərinin icrası tam təmin edilməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, icra məmuru, tələbkarların nümayəndələri və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında iştirakı etməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini bildirmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6397/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh «X3» MMC-dən 10230,60 (on min iki yüz otuz manat altmış qəpik) manat məbləğində əsas borc, 500 (beş yüz) manat cərimə, ümumilikdə 10730,60 (on min yeddi yüz otuz manat altmış qəpik) manat məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarının və həmin tarixli müvafiq bildirişin surətindən görünür ki, borclu «X3» MMC-yə icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6397/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-519/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh «X3» MMC-dən ƏDV daxil 37.288 manat məbləğində avans ödənişi, 2000 manat məbləğində dəbbə pulu, cəmi 39.288 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 180 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 16,8 manat pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarının və həmin tarixli müvafiq bildirişin surətindən görünür ki, borclu «X3» MMC-yə icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-519/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1492/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh «X3» MMC-dən 5503,52 manat əsas borc, 196,48 manat cərimə, cəmi 5700 manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 74,52 manat məbləğində vəsait tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarının və həmin tarixli müvafiq bildirişin surətindən görünür ki, borclu «X3» MMC-yə icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1492/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1477/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, «X3» MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6397/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən «X3» MMC tərəfindən "xxxx" MMC-yə ödənilməli olan 10930,60 (on min doqquz yüz otuz manat altmış qəpik) manat məbləğində pulun 2000 (iki min) manatı Nəsimi Rayon İcra Şöbəsi vasitəsilə nağd şəkildə ödənilmişdir. Qalıq borc 8930,60 (səkkiz min doqquz yüz otuz manat altmış qəpik) manatdır. Beləliklə, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, «X3» MMC-nin direktoru Şəxs Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6397/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-2(113)-519/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2-2(113)-1492/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə üzərinə düşən öhdəlilkləri tam icra etməmiş və ona görə də onun barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, «X3» MMC-nin direktoru Şəxs məhkəmə qərarları ilə üzərinə qoyulmuş öhdəlikləri üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-6397/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-2(113)-519/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2-2(113)-1492/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasını tam təmin etməmiş, icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, «X3» MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. «X3» MMC-nin direktoru Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında «X3» MMC-nin direktoru Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, «X3» MMC-nin direktoru Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, «X3» MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «X3» MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar