Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3405/2025 10.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26466324 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26466324 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 06 mart 2025-ci il tarixdə mülkiyyətində olan, idarə etdiyi “Prado” markalı, ** NF *** dövlət nömrə nişanlı avtomaşında Bakı şəhəri dəmir yolu vağzalının arxa tərəfindən, K.Səfərəliyeva küçəsi ilə hərəkət edərkən təqdim edilmiş fotoşəkildən göründüyü kimi yolda tıxac olmuş və tıxacın şəhərə gedən istiqamətində yol patrul xidmətinin əməkdaşı tıxacı nəzərə alaraq yolu boşaltmaq məqsədi ilə işarə edərək bütün maşınların keçməsini göstərmişdir. O, göstərilən işarəni nəzərə alaraq təqdim olunmuş fotoşəkildən göründüyü kimi yolun hərəkət hiissəinin qısa məsafəsini irəliləyərək sağa dəmir yolu vağzalına tərəf gedəcəyini nəzərə alaraq yenidən ona aid hissəsinə keçmiş və yoluna davam etmişdir. Lakin yolda quraşdırılmış kamera vasitəsi ilə barəsində EQ 26466324 saylı elektron protokol tərtib edilmiş və 150 manat cərmə olunmaqla qərarlı 4 balla cəzalandırılmışdır. O, tərtib olunmuş protokolla, onun əsasında verilmiş qərarla razı olmayıb protokoldan və onun əsasında tərtib edilmiş qərardan şikayət etmiş və Səbail rayon məhkəməsinin 3(009)-754/2025 saylı 18 mart 2025-ci il tarixli qərarı ilə şikayəti qismən təmin edilərək BDYPİ-nin EQ 26466324 saylı protokolu əsasında 06 mart 2025-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edilərək işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliy Baş X4 İdarəsinə göndərilmişdir. Təqdim olunmuş xəbərnaməyə əsasən BDYPİ-nin əməkdaşı Ə.Bədəlov tərəfindən 21 aprel 2025-ci il tarixdə Səbail rayon məhkəməsinin 3(009)-754/2025 saylı 18 mart 2025-ci il tarixli qərarı icraata qəbul edilmiş, lakin bu günə kimi icra edilməmiş, elektron sistemə yerləşdirilməmişdir, nəticədə elektron sistem vasitəsi ilə ona 28.5 AZN dəbbə pulu hesablanmış və hətta 19 may 2025-ci il tarixdə xəbərdarlıq göndərilərək 24 may 2025-ci il tarixə qədər EQ 26466324 saylı protokol ödənilmədiyi halda “Prado” markalı, ** NF *** dövlət nömrə nişanlı avtomaşının istifadəsinə həbs qoyulacağı bildirilmişdir. Göründüyü kimi uzun müddət keçməsinə baxmayaraq Səbail Rayon Məhkəməsinin 3(009)-754/2025 saylı 18 mart 2025-ci il tarixli qərarı icra edilməmiş və BDYPİ-nin əməkdaşı ona qarşı qərəzli mövqedə olmuş, EQ26466324 saylı protokol qanunsuz olmasına baxmayaraq icra etməmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26466324 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi bildiriş göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26466324 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 21:09:25-də idarə etdiyi “Toyota Prado” minik markalı, **- NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 150 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X2 Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.2025-ci il tarixdə saat 21:09:25-də idarə etdiyi “Toyota Prado” minik markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi üzrə 150 manat məbləğində cərimə edilmişdir. X2 həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək onun əsassız olduğunu iddia edərək qərarın qanuniliyini mübahisələndirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə - yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Ona görə də X2 barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26466324 saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26466324 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3405/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3405/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver