Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3407/2022 13.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Bakı şəhəri 13 saylı dövlət notariat konturunun dövlət notarisunun xx.xx.2015-ci il tarixli, 7E-6795 saylı, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-2183/2019 saylı, 19 saylı notariat konturunun xx.xx.2017-ci il tarixli, 7E-26903 saylı icra qeydinə, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-938/2022 saylı, xx.xx.2021-ci il tarixli, 2(006)-6458/2021 saylı, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-116/2022 saylı, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2519/2021 saylı icra sənədlərini üzrsüz səbəbdən icra etmir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi rayon İcra Şöbəsinin icra məmuru P.M.Babayev inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri 13 saylı dövlət notariat konturunun dövlət notarisunun xx.xx.2015-ci il tarixli, 7E-6795 saylı icra qeydinə əsasən xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 13 saylı dövlət notariat konturunda 3M278 №-li reyestrdə qeyd edilmiş kredit müqaviləsi əsasında ünvan 2 ünvanında qeydiyyatda olan X5 xeyrinə ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1962-ci il təvəllüdlü Şəxs xx.xx.2015-ci il tarixədək ödənilməmiş 40.000-0 (qırx min) manat və tələbkar tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu, cəmi 40.010-0 (qırx min on) manat pul tutulmalıdır. İcra sənədi üzrə icraata xx.xx.2015-ci il tarixli qərarla başlanılmış, tələbin könüllü icrası barədə borcluya məlumat göndərilmiş və xx.xx.2022-ci il tarixdə borclu həmin bildirişi rəsmi şəkildə qəbul etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-2183/2019 saylı icra vərəqəsinə əsasən 1388,82 manat əsas borc, 112,44 manat faiz borcu, 13,30 manat penya borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 1544,56 manat məbləğində pul cavabdeh Şəxs tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2019-cu il tarixli qərarla başlanılmış, tələbin könüllü icrası barədə borcluya məlumat göndərilmişdir. 19 saylı notariat konturunun xx.xx.2017-ci il tarixli, 7E-26903 saylı icra qeydinə əsasən X2 xeyrinə Şəxs müddət üçün vaxtında ödənilməmiş 40.000 manat və tələbkar tərəfindən ödənilmiş 92 (doxsan iki) manat məbləğində dövlət rüsumu, cəmi 40.092-0 (qırx min doxsan iki) manat pul tutulmalıdır. İcra sənədi üzrə icraata xx.xx.2018ci il tarixli qərarla başlanılmış, tələbin könüllü icrası barədə borcluya məlumat göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-938/2022 saylı icra vərəqəsinə əsasən maddi zərər kimi 1700 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) mənəvi zərər kimi 50 manat və dövlət rüsumu kimi ödənilmiş 120 manatın 11 manatı cavabdeh Şəxs tutularaq iddiaçı X1 ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla başlanılmış, tələbin könüllü icrası barədə borcluya məlumat göndərilmişdir. Həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(006)- 6458/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 19.000 manat maddi ziyan və 30 manat dövlət rüsumu pul tutularaq iddiaçı X7 xeyrinə tutulmalıdır. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla başlanılmış, tələbin könüllü icrası barədə borcluya məlumat göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-116/2022 saylı icra vərəqəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 200 manat Şəxs tutulub dövlət büdcəsinin hesabına keçirilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2022ci il tarixli qərarla başlanılmış, tələbin könüllü icrası barədə borcluya məlumat göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2519/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 49.000 (qırx doqquz min) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 49.030 (qırx doqquz min otuz) manat məbləğində pul alınaraq iddiaçı X3 ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2021-ci il tarixli qərarla başlanılmış, tələbin könüllü icrası barədə borcluya məlumat göndərilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərar qəbul edilmiş, borcluya xəbərdarlıq edilmiş, xx.xx.2022-ci il tarixli borclunun əmlakının üzərinə həbs qoyulması haqqında qərarla borcluya məxsus “VAX-21061” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21214” minik markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı və “VAZ-21074” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuş, xx.xx.2022-ci il tarixli borclunun axtarılması və borclunun əmlakının axtarılması haqqında qərarlar qəbul edilmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-292/2022 saylı qərardadı ilə icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs məxsus “VAX-21061” minik markalı, **-DT- *** dövlət qeydiyyat nişanlı, “VAZ-21214” minik markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı və “VAZ-21074” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Qanuni qüvvədə olan məhkəmə qətnaməsini bugünədək icra etməməsi borclu Şəxs icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına əsas verir. Göstərilənlərə əsasən borclu Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə icra məmuru P.M.Babayev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclu ümumilikdə 151.000 manat borcundan, 22.400 manat ödəmiş, qalan borcu isə 128.193 manat təşkil edir. Həmçinin 49.000 manat Kamandar Nəsibova, 19.000 manat isə digər tələbkara borcu var. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır və icra sənədinin icra edilməsi ilə bağlı əlindən gələni edir. O, icra şöbəsinin bütün çağırışlarına vaxtlı-vaxtında gəlmişdir. Həmçinin borcundan ödənişlər etmişdir, lakin hazırda səhhəti yaxşı olmadığından ödəniş edə bilmir. O, 40 ilə yaxın Azərbaycan Respublikası Tibb Universitetində müəllim kimi pedoqoji fəaliyyət göstərmişdir. Həmçinin bildirmişdir ki, onun səhhəti yaxşı deyil, yoldaşı İ qrup əlil olmaqla bərabər eyni zamanda yataq xəstəsidir. Halhazırda xəstə olduğundan əmək fəaliyyəti ilə məşğul ola bilmir və buna görə də borcu ödəmək qabiliyyətində deyil. Göstərilənləri, səhhətinin yaxşı olmamasını, yoldaşının İ qrup əlil olmaqla bərabər eyni zamanda yataq xəstəsi olmasını, xəstə olduğunu borcu ödəmək iqtidarında olmamasını nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol Nəsimi rayon İcra şöbəsinə qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədləri icra şöbəsinin icraatına daxil olduqdan sonra icra sənədləri üzrə icraata başlanılmış, borcluya tələbin könüllü icra edilməsi barədə bildiriş göndərilmiş, borclunun əmlaklarının üzərinə həbs qoyulmuşdur. Həmçinin məhkəmə iclasında verilmiş izahatlardan da müəyyən edilmişdir ki, borclu icra məmurunun çağırışlarına vaxtlı-vaxtında gəlmiş, icra sənədləri üzrə qismən ödənişlər etmişdir. Lakin hazırda icra məmuru tərəfindən borclunun icra sənədləri üzrə nə qədər borcunun olduğu, həmin borcdan nə qədər ödənildiyi, eləcə də ümumilikdə həmin borcdan nə qədər qaldığı araşdırılmamışdır. Bununla da məhkəmə qeyd etməyi zəruri hesab edir ki, icra məmuru tərəfindən borclunun yığılmış və ödənilməmiş borcunun dəqiqləşdirilməməsi səbəbindən hazırki halda iş üzrə toplanmış materiallara əsasən icra sənədi üzrə tələbin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən qərəzli və ya üzürsüz səbəbdən icra edilməməsini məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Nəsimi rayon İcra şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Nəsimi rayon İcra şöbəsinə qaytarılsın. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3407/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3407/2022
13.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver