Məhkəmə qərarları › İş №3(006)-3415/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3415/2023

27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3415/2023 27.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi və vəkili X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Nəsimi Rayon İcra Şöbəsinin böyük icra məmuru X1 tərəfindən tərtib edilmiş 06 iyul 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Nəsimi rayon məhkəməsinin 19 iyul 2022ci il tarixli, MTT(006)-169/2022 saylı icra sənədi üzrsüz səbəbdən icra edilmir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi və vəkili X5 bildirmişdir ki, icra sənədindən məlumatlıdır. Nümayəndəsi və vəkili olduğu şəxsin Nəsimi rayon məhkəməsinin 19 iyul 2022-ci il tarixli, MTT(006)-169/2022 saylı icra sənədindən məlumatı vardır. Lakin "xxxx" MMC-nin direktoru Şəxs Nəsimi rayon məhkəməsinin müvafiq qərarı üzrə hər hansı qərəzlilik nümayiş etdirməmiş və icra məmurunun qanuni tələbindən yayınmamışdır. Belə ki, 10 yanvar 2023-cü il tarixdə “söküntü, qazıntı və daşınma xidməti” müqaviləsi üzrə sifarişçi "xxxx" MMC-nin direktoru Şəxs və icraçı fərdi sahibkar X3 arasında bağlanmış müqaviləyə əsasən söküntü, qazıntı və daşınma xidmətlərinin həyata keçirilməsi icraçı tərəfindən təmin edilməlidir. Göründüyü kimi, "xxxx" MMC-nin direktoru Şəxs icra sənədi üzrə öhdəliyi olmamış və tələbkar Cavid Əliyevin mənzilinə dəymiş hər hansı ziyan üzrə müqaviləyə uyğun olaraq X3 məsuliyyət daşımalıdır. Göstərilənləri nəzərə alaraq, "xxxx" MMC-nin direktoru Şəxs barəsində tərtib edilmiş və protokol və ona əlavə edilmiş sənədlərin Nəsimi rayon İcra Şöbəsinə qaytarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokol tərtib etmiş orqan Nəsimi rayon İcra Şöbəsinin icra məmuruna və tələbkara qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol Nəsimi Rayon İcra Şöbəsinə qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 10 yanvar 2023-cü il tarixli “söküntü, qazıntı və daşınma xidməti” müqaviləsinin surətindən görünür ki, sifarişçi "xxxx" MMC-nin direktoru Şəxs və icraçı fərdi sahibkar X3 arasında bağlanmış müqaviləyə əsasən söküntü, qazıntı və daşınma xidmətlərinin həyata keçirilməsi icraçı X3 tərəfindən təmin edilməlidir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi icra şöbəsinin icraatına daxil olduqdan sonra subyekt düzgün müəyyən edilmədən, yəni icra məmurunun qanuni tələbini hansı şəxsin üzrsüz səbəbdən icra etmədiyini müəyyən etmədən və bu istiqamətdə araşdırmalar aparmadan icra məmuru protokol tərtib etmişdir. Göstərilənlərə əsasən hazırki halda iş üzrə toplanmış materiallara əsasən icra sənədi üzrə tələbin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən qərəzli və ya üzürsüz səbəbdən icra edilməməsini məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış Nəsimi Rayon İcra şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Nəsimi Rayon İcra Şöbəsinə qaytarılsın. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar